Hakim Binəqədidə yanan bina ilə bağlı zamində olan şəxsi həbs etmək istədi


Digərləri 19 Okt 2016 14:58:00 50 0

Hakim Binəqədidə yanan bina ilə bağlı zamində olan şəxsi həbs etmək istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs Ağacavad Məmmədov yenə gəlməyib. A.Məmmədovun vəkili Məzahir Şahlarov bildirib ki, müdafiə etdiyi şəxs ürək çatışmazlığından əziyyət çəkir, bu xəstəliklə bağlı 10 oktyabr 2016-cı ildə xəstəxanaya yerləşdirilib: "Hazırda xəstəxanada stasionar müalicə alır. A.Məmmədov sərbəst gəzə bilmir, ürək xəstəliyindən əziyyət çəkir, şəkərli diabet xəstəsidir. Onun dəfələrlə məhkəmə proseslərində səhhəti pisləşib".

Vəkil müdafiə etdiyi şəxsin barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsini istəyib.

Hakim vəsatəti baxılmamış saxlayıb. Bildirib ki, A.Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: "Xəstəxanadan gətirilən sənədin möhürü yoxdur. Onun xəstəliyi ilə bağlı dəqiqləşdirmə aparılandan sonra vəsatət müzakirə ediləcək. Burada mühakimə olunan Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır. Bunu verilən ekspertiza rəyinə əsasən deyirəm. Amma onun barəsində həbs qərarı seçilib və həbsdə olduğu müddətdə də müalicə olunur. Təklif edirəm ki, Ağacavad Məmmədovun barəsində olan ev dustaqlığı qəti imkan tədbirinin həbs qəti imkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin".

A.Məmmədovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsin vəziyyəti ağırdır.

Dövlət ittihamçısı Fərid Nağıyev hakimin A.Məmmədovun barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini deyib.

Hakimlər müşavirədən sonra A.Məmmədovun barəsindəki qəti imkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul ediblər. Proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

loading...
“İnanıram ki, “Qarabağ” “Fiorentina”ya məğlubiyyəti qələbə ilə unutduracaq” like
  • 19 Okt 14:56  
İdman “İnanıram ki, “Qarabağ” “Fiorentina”ya məğlubiyyəti qələbə ilə unutduracaq”

Təcrübəli mütəxəssis Yunis Hüseynovun müsahibəsi - “Qəbələ” v

arrow Ətraflı
Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi - FOTO like
  • 19 Okt 14:55  
Digərləri Facebook canlı yayım xüsusiyyətinə daha bir funksiya əlavə etdi - FOTO

Son zamanlar Facebook canlı yayım funksiyası üzərində ciddi dəyişiklikl

arrow Ətraflı
"Ailəmi sən dağıtdın" deyərək 500 min tələb etdi like
  • 19 Okt 14:52  
Digərləri "Ailəmi sən dağıtdın" deyərək 500 min tələb etdi

Model Demet Şener 11 illik həyat yoldaşı İbrahim Kutluaydan boşanmaqda isr

arrow Ətraflı
İlham Əliyev "Azərbaycan" və "Xalq qəzeti" ilə bağlı fərman imzaladı like
  • 19 Okt 14:51  
Digərləri İlham Əliyev "Azərbaycan" və "Xalq qəzeti" ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Normativ hüquqi aktlar haqqında” Az

arrow Ətraflı
Bakıda QƏRİBƏ CİNAYƏT - Həbs olunmaq üçün... - FOTO like
  • 19 Okt 14:49  
Digərləri Bakıda QƏRİBƏ CİNAYƏT - Həbs olunmaq üçün... - FOTO

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

arrow Ətraflı
Xalq artistinin oğlu hələ də ağır vəziyyətdədir - FOTO like
  • 19 Okt 14:48  
Digərləri Xalq artistinin oğlu hələ də ağır vəziyyətdədir - FOTO

Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun oğlu aktyor Məmməd Zeynalovun

arrow Ətraflı
Xalq artisti: "Bu mənim üçün əlçatmaz idi" - FOTO like
  • 19 Okt 14:46  
Kriminal Xalq artisti: "Bu mənim üçün əlçatmaz idi" - FOTO

Xalq artisti Gülyaz Məmmədova uzun illərdir ki, teatrda çalışır. O arzul

arrow Ətraflı
“Kəpəz” üçün şad xəbər like
  • 19 Okt 14:44  
İdman “Kəpəz” üçün şad xəbər

“Qarabağ”a qarşı Gəncə şəhər stadionunda keçirilən çempionat mat

arrow Ətraflı
Mosuldakı İŞİD-çilərin sayı açıqlandı like
  • 19 Okt 14:43  
Digərləri Mosuldakı İŞİD-çilərin sayı açıqlandı

İraq Silahlı Qüvvələri Mosuldakı İŞİD üzvlərinin sayının 5-

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib like
  • 19 Okt 14:41  
İqtisadiyyat Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib

Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspe

arrow Ətraflı
ATƏT XİNŞ-in növbəti iclasının keçirələcəyi yer və tarix bilindi like
  • 19 Okt 14:41  
Dünya ATƏT XİNŞ-in növbəti iclasının keçirələcəyi yer və tarix bilindi

ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti 23-cü iclası

arrow Ətraflı
Hakimin təqsirləndirilən şəxsin həbsi təklifi qəbul olunmadı like
  • 19 Okt 14:35  
Digərləri Hakimin təqsirləndirilən şəxsin həbsi təklifi qəbul olunmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonundakı y

arrow Ətraflı
Xalq artisti qızından cavan görünür - FOTO like
  • 19 Okt 14:34  
Şou-biznes Xalq artisti qızından cavan görünür - FOTO

Modelyer Valentin Yudaşkin Moskvada yeni defilesini təşkil edib

arrow Ətraflı