Hakimin təqsirləndirilən şəxsin həbsi təklifi qəbul olunmadı


Digərləri 19 Okt 2016 14:35:00 65 0

Hakimin təqsirləndirilən şəxsin həbsi təklifi qəbul olunmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Ağacavad Məmmədovun vəkili Məzahir Şahmarov vəsatətlə cıxış edib.

O bildirib ki, müdafiə etdiyi şəxs 10 oktyabr 2016-cı ildə Kardiologiya institutuna yerləşdirilib, hazırda stansionar qaydada müalicə alır: "Şəkər xəstəsidir, ürək çatışmazlığından əziyyət çəkir, gəzib otura bilmir, sərbəst nitq qabiliyyətini itirib. Dəfələrlə məhkəmə prosesləri zamanı onun vəziyyəti ağırlaşıb, məhkəməyə təcili yardım çağırılıb, tibbi yardım göstərilib. Amma tibbi yardımlara baxmayaraq onun səhhəti yaxşılaşmayıb".

Vəkil müdafiə etdiyi şəxslə bağlı məhkəmə- tibbi ekspertizasının təyin edilməsini istəyib.

Hakim vəsatəti baxılmamış saxlayıb. Bildirib ki, məhkəməyə A.Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı rəsmi məlumat daxil olmayıb: "Xəstəxanadan gətirilən sənədin möhürü yoxdur. Onun xəstəliyi ilə bağlı dəqiqləşdirmə aparılandan sonra vəsatət müzakirə olunacaq”.

Hakim, həmçinin hazırda həbsdə olan Qəzənfər Novruzivun vəziyyətinin daha ağır olduğunu diqqətə çatdırıb: "Bunu ona verilən ekspertiza rəyinə əsasən deyirəm. Amma həbsdədir, orada müalicə olunur”.

Hakim təqsirləndirilən Ağacavad Məmmədovun barəsindəki qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz olunması məsələsinin müzakirə edilməsini təklif edib.

Bundan sonra həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsi müzakirə edilib. Hakimin bu təklifinə təqsirləndirilən şəxsin vəkili Məzahir Şahmarovun münasibəti bu cür olub: "Nə vaxt müzakirə edəcəksiniz? Öləndən sonra? Bu, insanlığın ayaq alyına atılması deməkdir. Mən bu məhkəmədən ədalətli qərar gözləmirəm".

Dövlət ittihamçısı Fərid Nağıyev hakimin A.Məmmədovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmınin mülahizəsinə buraxıb.

Digər müdafiəçilər bildiriblər ki, A.Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi müzakirə mövzusu ola bilməz: "İstintaq təcridxanasına ağır xəstənin yerləşdirilməsi düzgün deyil".

Zərərçəkən Feyzulla Bağırov A.Cavadovun həbs olunmasını istəmədiyini məhkəmənin diqqətinə çatdırıb: "35 ildir həkim işləyirəm. Ağacavad müəllimin ağır xəstə olmasına heç bir şübhəm yoxdur. Onun həbs olunmasını istəmirəm".

Daha sonra təqsirləndirilən Miryusif Mahmudov çıxış edərək A.Məmmədovun həbs edilməsinin əleyhinə olduğunu deyib: "O adam yaşının bu vaxtında psixoloji təsirlərə məruz qalır. Həbs etsəniz ürəyi dözməz, ölər. Bu adam professordur, onun heç bir günahı yoxdur. Həm psixoloji, həm də mənəvi zərbə alıb. İnsanın xəstəliyi xarici görünüşünə görə müəyyən edilmir. Xətaidəki yanğınla bağlı həbs olunan TNH şirkətinin tikinti işlər üzrə direktor müavini Nüsrət Muxtarov içəridə vəfat etdi. Mən də xəstəyəm, çoxlu sayda dərmanlar qəbul edirəm. Allah bizi yavaş-yavaş azadlığa qovuşdurur. Yəqin ki, növbədə mənəm. Günahsız insanın mühakimə olunması acınacaqlıdır".

Məhkəmınin qərarı ilə hazırkı mərhələdə A.Məmmədov barəsində qətimkan tədbiri dəyişdirilməyib.

Məhkəmə prosesi 24 oktyabra qədər təxirə salınıb.

İnarə Rafiqqızı

loading...
Xalq artisti qızından cavan görünür - FOTO like
  • 19 Okt 14:34  
Şou-biznes Xalq artisti qızından cavan görünür - FOTO

Modelyer Valentin Yudaşkin Moskvada yeni defilesini təşkil edib

arrow Ətraflı
Etopaz-da bu gün  27 canlı oyun like
  • 19 Okt 14:24  
İdman Etopaz-da bu gün 27 canlı oyun

Azərbaycanda mərc oyunlarının yeganə qanuni elektron ünvanı www.etopaz.az

arrow Ətraflı
İMF: Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək like
  • 19 Okt 14:22  
İqtisadiyyat İMF: Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək

Gələn il neftin orta qiyməti 51 dollar/barel təşkil edəcək

arrow Ətraflı
Sarkisyanın növbəti "forum" şousu: siyasi səbatsızlığın fəsadları like
  • 19 Okt 14:22  
Dünya Sarkisyanın növbəti "forum" şousu: siyasi səbatsızlığın fəsadları

Dünyanın enerji sahəsində aparıcı dairələri İstanbulda Enerji Konqresin

arrow Ətraflı
Çiçək: "Türkan Şorayı canlandırmağımı istədilər" - FOTO like
  • 19 Okt 14:19  
Şou-biznes Çiçək: "Türkan Şorayı canlandırmağımı istədilər" - FOTO

"Biri şeirlərlə bağlıdır, digəri “Şans mələyi” adlanır. Burada im

arrow Ətraflı
Ana ölümləri azalıb, amma statistika hələlik açıqlanmır like
  • 19 Okt 14:17  
Sosial Ana ölümləri azalıb, amma statistika hələlik açıqlanmır

Ötən illərlə müqayisədə ana ölümlərinin sayında azalm

arrow Ətraflı
Futbol üzrə Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub like
  • 19 Okt 14:16  
İdman Futbol üzrə Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub

Artur Petrosyan noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq

arrow Ətraflı
Azərbaycanda ana ölümlərinin səbəbləri... like
  • 19 Okt 14:16  
Digərləri Azərbaycanda ana ölümlərinin səbəbləri...

"Ötən illərlə müqayisədə ana ölümlərinin sayında azalma qeydə a

arrow Ətraflı
İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar - FOTO like
  • 19 Okt 14:07  
Dünya İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar - FOTO

45 min hərbçinin iştirakı ilə başlanan Mosul əməliyyatı çərçivəsind

arrow Ətraflı
Masazırda qorxulu tendensiya: torpaq uçqunu evlərə yaxınlaşır like
  • 19 Okt 14:06  
Digərləri Masazırda qorxulu tendensiya: torpaq uçqunu evlərə yaxınlaşır

"Son günlər yağan yağışların təsirindən Masazırda Mirzə İbrahimo

arrow Ətraflı
Köhnə nişanlısı canlı yayımda studiyaya girdi: ara qarışdı like
  • 19 Okt 14:04  
Dünya Köhnə nişanlısı canlı yayımda studiyaya girdi: ara qarışdı

"Star TV"də Zuhal Topalın aparıcılığı ilə yayımlanan izdivac

arrow Ətraflı