"Nardaran işi" üzrə təqsirləndirilən şəxslərin vəsatəti təmin edilməyib


Sosial 19 Okt 2016 14:17:17 66 0

"Nardaran işi" üzrə təqsirləndirilən şəxslərin vəsatəti təmin edilməyib

Proses hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov ifadə verib. O bildirib ki, 5 gün karserdə saxlanılıb.

Daha sonra həbsdə Rasim Bünyətov şahid qismində ifadə verib. O deyib ki, çörək alıb evə qayıdan zaman polislərlə rastlaşıb: "Sonra bizim hamımızı tutaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər".

O istintaq zamanı verdiyiifadədən imtina etdiyini də deyib.

Məhkəmə prosesində həbsdə olan Ürfan Nəbizadə də şahid qismində ifadə verib: "Mənə istintaq zamanı işgəncə verilməyib. Mənim evimdən 9 güllə, iki qumbara aşkar edilərək götürülüb, onlar mənə məxsus deyil".

Sonra vəkillər hal şahidlərinin əvvəllər məhkum olunub-olunmamasının yoxlanılması barədə vəsatət qaldırıblar. Məhkəmə bu vəsatəti təmin etməyib. Vəkil Yalçın İmanov hadisə zamanı yaralanan nardaranlıların qəsəbə sakinləri tərəfindən xəstəxanaya çatdırıldığını deyib: "Bunu sübut edən şəkillər cinayət işinə əlavə edilməlidir". Məhkəmə vəsatəti təmin edib.

Vəkil Fariz Namazlı da vəsatət qaldırıb. O deyib ki, bu hadisədə polis əməkdaşları zərərçəkmiş kimi tanınmamalıdır. Məhkəmə bu vəsatəti müzakirə edəcək.

Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

F.Qəhrəmanlıdan başqa, həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 28,214.2.1-ci (terrorçuğa hazırlıq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28,214.2.3-cü (terrorçuğa hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

F.Qəhrəmanlı isə keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.

loading...
Ana ölümləri azalıb, amma statistika hələlik açıqlanmır like
  • 19 Okt 14:17  
Sosial Ana ölümləri azalıb, amma statistika hələlik açıqlanmır

Ötən illərlə müqayisədə ana ölümlərinin sayında azalm

arrow Ətraflı
Futbol üzrə Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub like
  • 19 Okt 14:16  
İdman Futbol üzrə Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub

Artur Petrosyan noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq

arrow Ətraflı
Azərbaycanda ana ölümlərinin səbəbləri... like
  • 19 Okt 14:16  
Digərləri Azərbaycanda ana ölümlərinin səbəbləri...

"Ötən illərlə müqayisədə ana ölümlərinin sayında azalma qeydə a

arrow Ətraflı
İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar - FOTO like
  • 19 Okt 14:07  
Dünya İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar - FOTO

45 min hərbçinin iştirakı ilə başlanan Mosul əməliyyatı çərçivəsind

arrow Ətraflı
Masazırda qorxulu tendensiya: torpaq uçqunu evlərə yaxınlaşır like
  • 19 Okt 14:06  
Digərləri Masazırda qorxulu tendensiya: torpaq uçqunu evlərə yaxınlaşır

"Son günlər yağan yağışların təsirindən Masazırda Mirzə İbrahimo

arrow Ətraflı
Köhnə nişanlısı canlı yayımda studiyaya girdi: ara qarışdı like
  • 19 Okt 14:04  
Dünya Köhnə nişanlısı canlı yayımda studiyaya girdi: ara qarışdı

"Star TV"də Zuhal Topalın aparıcılığı ilə yayımlanan izdivac

arrow Ətraflı
Bəşər Əsədin xanım 8 il sonra - like
  • 19 Okt 14:02  
Dünya Bəşər Əsədin xanım 8 il sonra -

Suriya lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd 8 illik aradan so

arrow Ətraflı
Mosulda 100 İŞİD-çi öldürülüb like
  • 19 Okt 14:01  
Dünya Mosulda 100 İŞİD-çi öldürülüb

Mosulun azad edilməsi əməliyyatının üçüncü günündə rəsmi Vaşinqton

arrow Ətraflı
Baqali Dabo: "Sent Etyen" favoritdir" like
  • 19 Okt 14:00  
İdman Baqali Dabo: "Sent Etyen" favoritdir"

“Hər kəs Sent Etyendəki futbol atmosferini görmək istəyər. Mən də bu

arrow Ətraflı
Məşhur azərbaycanlı riyaziyyatçı dünyasını dəyişdi like
  • 19 Okt 13:59  
Digərləri Məşhur azərbaycanlı riyaziyyatçı dünyasını dəyişdi

Dünyaca tanınmış azərbaycanlı riyaziyyatçı, Rusiyada və Türkiyədə m

arrow Ətraflı
Akif Çovdarov: “15 günə 56 tom oxumaq olar?” like
  • 19 Okt 13:59  
Sosial Akif Çovdarov: “15 günə 56 tom oxumaq olar?”

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhl&uu

arrow Ətraflı
Sosial şəbəkələrdə qadın alveri: "3 qıza 60 AZN" - FOTO like
  • 19 Okt 13:58  
Digərləri Sosial şəbəkələrdə qadın alveri: "3 qıza 60 AZN" - FOTO

Azərbaycanda sosial şəbəkələrdə açıq-aşkar qadın alveri ilə məşğu

arrow Ətraflı
Bakıda qızların çoxu niyə bu yaşda evlənir? like
  • 19 Okt 13:55  
Digərləri Bakıda qızların çoxu niyə bu yaşda evlənir?

"Bakıda reproduktiv dövrdə qızların 30%-i, yəni hər 3-cü qız ailə

arrow Ətraflı