Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb


İqtisadiyyat 19 Okt 2016 13:47:46 48 0

Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb

Bunu Vergi auditi və operativ vergi nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev bildirib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı azdır. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev məlumat verib.

Onun sözlərinə görə, 2015-ci ilin ilk 9 ayı ərzində 58 574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66 527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövründə 12 735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14 567 akt tərtib edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə aktların sayının 4,6 dəfə azalması deməkdir.

T.Quliyev qeyd edib ki, hesabat dövründə tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği isə keçən ilin ilk 9 ayına nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 mln. manat təşkil edib: "Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması faktlarının aşkar edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə görə 7292 halda vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haqqında qərar çıxarılıb".

Onun sözlərinə görə, aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisi tərəfindən 398 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib. Bu hallar Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər əsasında cinayət işi başlanılıb.

Riskli hesab edilmiş 1148 vergi ödəyicisi üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4,7 dəfə azaldıldığı müəyyən edilib. Bundan əlavə, aksizli malların istehsalı və satışı fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 23,7 min manat məbləğində 2,4 min ədəd saxta aksizli mal, 55,8 min manat məbləğində 16,7 min ədəd aksiz markası olmayan malların satışı halları aşkar olunub.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 312 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək məhkəmələrə göndərilib və məhkəmələr tərəfindən tətbiq edilmiş inzibatı cərimələrin miqdarı 439,5 min manat təşkil edib.

loading...
Suriya Krımı tanıdı like
  • 19 Okt 13:47  
Dünya Suriya Krımı tanıdı

"Suriya hökuməti Krımı Rusiyanın tərkib və ayrılmaz hissəsi sayır"

arrow Ətraflı
Bakı sakini elə bir silah tapdı ki... like
  • 19 Okt 13:46  
Digərləri Bakı sakini elə bir silah tapdı ki...

Bakı şəhər sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.

arrow Ətraflı
Bakıda 18-45 yaşlı qızların 30 faizi ailə qurmayıb like
  • 19 Okt 13:43  
Digərləri Bakıda 18-45 yaşlı qızların 30 faizi ailə qurmayıb

“Bu gün gənclərin vaxtında ailə qurmasına ehtiyac var. 35 yaşı

arrow Ətraflı
Biznesmen intim münasibət zamanı çıxardığı səslərə görə döyüldü - VİDEO like
  • 19 Okt 13:43  
Digərləri Biznesmen intim münasibət zamanı çıxardığı səslərə görə döyüldü - VİDEO

Onlar seks zamanı elə səslər çıxarıblar ki, oteldəki digər qonaqlar nar

arrow Ətraflı
Baş mama-ginekoloq: "Son bir ayda iki ana ölümü baş verib" like
  • 19 Okt 13:42  
Sosial Baş mama-ginekoloq: "Son bir ayda iki ana ölümü baş verib"

"Hazırda bunun baş vermə səbəbləri araşdırılır"

arrow Ətraflı
Masazırda QORXUNC OLAY: evlərin yaxınlığında torpaq uçqunu oldu like
  • 19 Okt 13:41  
Digərləri Masazırda QORXUNC OLAY: evlərin yaxınlığında torpaq uçqunu oldu

"Son günlər yağan yağışların təsirindən Masazırda Mirzə İbrahim

arrow Ətraflı
Hamilə xalq artisti övladının cinsiyyətini açıqladı like
  • 19 Okt 13:40  
Şou-biznes Hamilə xalq artisti övladının cinsiyyətini açıqladı

Hamilə xalq artisti Gülyanaq Məmmədova övladının cinsiyyətini açıqlay

arrow Ətraflı
ABŞ-dakı Gülən məktəbləri də bağlandı like
  • 19 Okt 13:37  
Digərləri ABŞ-dakı Gülən məktəbləri də bağlandı

ABŞ-da FETÖ ilə əlaqəli olduğu iddia edilən məktəblər bağlanıb.

arrow Ətraflı
Almaniyada ekstremist polislərə atəş açıb: yaralılar var like
  • 19 Okt 13:37  
Dünya Almaniyada ekstremist polislərə atəş açıb: yaralılar var

Almaniyanın Bavariya bölgəsində sağçı ekstremist polislərə atəş açı

arrow Ətraflı
Napolidə türk jurnalistlərə silahlı hücum oldu like
  • 19 Okt 13:32  
Dünya Napolidə türk jurnalistlərə silahlı hücum oldu

ÇL-nın 3-cü turuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.

arrow Ətraflı
Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul like
  • 19 Okt 13:31  
Digərləri Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul

Bu layihə küçələrin təmiz saxlanılması, yoluxucu xəstəliklərin yayıl

arrow Ətraflı
Türkiyədə referendumun ilkin tarixi açıqlandı like
  • 19 Okt 13:30  
Dünya Türkiyədə referendumun ilkin tarixi açıqlandı

"Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağlı yeni Kon

arrow Ətraflı
Regionlarda aparılan ginekoloji əməliyyatların statistikası açıqlandı like
  • 19 Okt 13:26  
Sosial Regionlarda aparılan ginekoloji əməliyyatların statistikası açıqlandı

Regionlarda aparılan ginekoloji cərrahiyyə əməliyyatlarının sayı ü&

arrow Ətraflı
"Uzun illərdir pul qazanırsız, bir dəfə də Eldar Mahmudova pay ayırmamısız..." like
  • 19 Okt 13:25  
Digərləri "Uzun illərdir pul qazanırsız, bir dəfə də Eldar Mahmudova pay ayırmamısız..."

Xəbər verdiyimiz kimi, MTN generalı Akif Çovdarovun  barəsində aparılmı

arrow Ətraflı