Azərbaycanda sahibkarların "buxqalter" dərdi


Digərləri 19 Okt 2016 13:52:00 71 0

Azərbaycanda sahibkarların "buxqalter" dərdi

Bəzi sahibkarlar öz gəlirlərinin və xərclərinin uçotunu aparmır və ya uçotun aparılması üçün mühasiblərdən istifadə etmirlər.

Son.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirib.

İdarə rəisi qeyd edib ki, vergi ödəyiciləri tərtib edilmiş aktlarla razılaşmadıqda onların hüquqlarının qorunması, narazılıqlarının aradan qaldırılması məqsədilə həmin aktlara yuxarı vergi orqanı tərəfindən baxılır. Bu məqsədlə yuxarı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan müddəaların düzgün tətbiq olunması və prosedur qaydalarına tam əməl edilməsi araşdırılır. Tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun olmadıqda vergi ödəyicisi məsuliyyətə cəlb olunmur və bu hal vergi ödəyicilərinin tərtib olunmuş aktlardan narazı qalmamaları ilə nəticələnir:

"İdarəyə daxil olan şikayət xarakterli müraciətlər "Vətəndaş müraciətləri haqqında" və "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun olaraq baxılır. Şikayətlərin araşdırılması zamanı məlum olur ki, kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər öz maliyyə-təsərrüfat fəaliyyətlərinin (gəlirlərinin və xərclərinin) uçotunu aparmırlar və ya uçotun aparılması üçün mühasiblərdən istifadə etmirlər. Sahibkarlar mühasibat xidmətindən istifadə etməklə öz iqtisadi fəaliyyətlərinə nəzarəti təşkil edə, bununla da gələcəkdə baş verənlərin proqnozunu müəyyənləşdirə, ən əsası da qanunvericiliyin tələblərinin pozulmasının qarşısını ala bilərlər".

T.Quliyev əlavə edib ki, Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinin haqlı narazılıqları olduğu hallarda onların şikayətləri təmin olunur. Bununla yanaşı, ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür: "Dövlət tərəfindən sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb. Sahibkarlar da, öz növbələrində, qanunvericiliyin tələblərinə əməl etməli, gəlir və xərclərin uçotunu düzgün aparmalı, vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməlidirlər. Bu, hər bir vergi ödəyicisinin Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir və hamı bu vəzifəni yerinə yetirməyə borcludur".

İlkin İzzət

loading...
Bakıda 20 yaşlı gənc həbs olunmaq məqsədi ilə oğurluq edib - FOTO like
  • 19 Okt 13:51  
Sosial Bakıda 20 yaşlı gənc həbs olunmaq məqsədi ilə oğurluq edib - FOTO

"Oğurluqlar etdim ki, azı beş il həbs cəzası alıb "içəridə" islah olun

arrow Ətraflı
Ərdoğan da Konstitusiya referendumuna gedir like
  • 19 Okt 13:49  
Digərləri Ərdoğan da Konstitusiya referendumuna gedir

Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağl

arrow Ətraflı
Azərbaycanlı qız əvvəl tanqo oynadı, sonra ağladı - VİDEO like
  • 19 Okt 13:49  
Şou-biznes Azərbaycanlı qız əvvəl tanqo oynadı, sonra ağladı - VİDEO

Zuhal Topalın evlilik proqramında iştirak edən azərbaycanlı qız Naz dün

arrow Ətraflı
Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb like
  • 19 Okt 13:47  
İqtisadiyyat Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb

Bunu Vergi auditi və operativ vergi nəzarəti İdarəsinin rəisi Toğrul Quli

arrow Ətraflı
Suriya Krımı tanıdı like
  • 19 Okt 13:47  
Dünya Suriya Krımı tanıdı

"Suriya hökuməti Krımı Rusiyanın tərkib və ayrılmaz hissəsi sayır"

arrow Ətraflı
Bakı sakini elə bir silah tapdı ki... like
  • 19 Okt 13:46  
Digərləri Bakı sakini elə bir silah tapdı ki...

Bakı şəhər sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.

arrow Ətraflı
Bakıda 18-45 yaşlı qızların 30 faizi ailə qurmayıb like
  • 19 Okt 13:43  
Digərləri Bakıda 18-45 yaşlı qızların 30 faizi ailə qurmayıb

“Bu gün gənclərin vaxtında ailə qurmasına ehtiyac var. 35 yaşı

arrow Ətraflı
Biznesmen intim münasibət zamanı çıxardığı səslərə görə döyüldü - VİDEO like
  • 19 Okt 13:43  
Digərləri Biznesmen intim münasibət zamanı çıxardığı səslərə görə döyüldü - VİDEO

Onlar seks zamanı elə səslər çıxarıblar ki, oteldəki digər qonaqlar nar

arrow Ətraflı
Baş mama-ginekoloq: "Son bir ayda iki ana ölümü baş verib" like
  • 19 Okt 13:42  
Sosial Baş mama-ginekoloq: "Son bir ayda iki ana ölümü baş verib"

"Hazırda bunun baş vermə səbəbləri araşdırılır"

arrow Ətraflı
Masazırda QORXUNC OLAY: evlərin yaxınlığında torpaq uçqunu oldu like
  • 19 Okt 13:41  
Digərləri Masazırda QORXUNC OLAY: evlərin yaxınlığında torpaq uçqunu oldu

"Son günlər yağan yağışların təsirindən Masazırda Mirzə İbrahim

arrow Ətraflı
Hamilə xalq artisti övladının cinsiyyətini açıqladı like
  • 19 Okt 13:40  
Şou-biznes Hamilə xalq artisti övladının cinsiyyətini açıqladı

Hamilə xalq artisti Gülyanaq Məmmədova övladının cinsiyyətini açıqlay

arrow Ətraflı
ABŞ-dakı Gülən məktəbləri də bağlandı like
  • 19 Okt 13:37  
Digərləri ABŞ-dakı Gülən məktəbləri də bağlandı

ABŞ-da FETÖ ilə əlaqəli olduğu iddia edilən məktəblər bağlanıb.

arrow Ətraflı