Məşhur azərbaycanlı riyaziyyatçı dünyasını dəyişdi


Digərləri 19 Okt 2016 13:59:00 121 0

Məşhur azərbaycanlı riyaziyyatçı dünyasını dəyişdi

Dünyaca tanınmış azərbaycanlı riyaziyyatçı, Rusiyada və Türkiyədə məşhur universitetlərdə dərs deyən professor Afət Fətullayev 54 yaşında dünyasını dəyişib.

Son.az axar.az-a istinadən bildirir ki, həmyerlimiz son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkirdi. Türkiyə Başkənt Universitetində Afət Fətullayevin ölümü ilə bağlı bir sıra tədbirlər keçirilib. Həmkarları və tələbələri onun haqqında xatirələrini danışarkən göz yaşlarını saxlaya bilməyiblər. Bu barədə Türkiyə mətbuatında da məlumatlar dərc edilib.   Qeyd edək ki, professor Başkənt Universitetində Riyaziyyat bölməsinin rəhbəri olub. Dünyada isə həmyerlimizi daha çox Afət Qolayoğlu kimi tanıyırdılar.   Afət Fətullayev Qolay oğlu 1962-ci il aprelin 10-da Füzuli rayonunda anadan olub, 1978-ci ildə fizika-riyaziyyat təmayüllü liseyi fərqlənmə diplomu ilə bitirərək, Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olub. Universiteti fərqlənmə ilə bitirdikdən sonra elə oradaca aspiranturanı oxuyub. 42 yaşında artıq professor elmi adını qazanıb.   1992-ci ildə Bakı Dövlət Universitetində 1 il çalışıb. Sonra isə Türkiyədə İzmit şəhəri Koceli Universitetində dərs deyib. Daha sonra Başkənt Universitetinə dəvət edilib və 2000-ci ildən orada çalışıb.   Bildirək ki, professor Bakıda dəfn ediləcək. Onun ən məşhur məqalələri ilə http://tbf.baskent.edu.tr/kw/ozgecmis.php?id=4901 bu link vasitəsilə tanış ola bilərsiniz.

loading...
Sosial şəbəkələrdə qadın alveri: "3 qıza 60 AZN" - FOTO like
  • 19 Okt 13:58  
Digərləri Sosial şəbəkələrdə qadın alveri: "3 qıza 60 AZN" - FOTO

Azərbaycanda sosial şəbəkələrdə açıq-aşkar qadın alveri ilə məşğu

arrow Ətraflı
Bakıda qızların çoxu niyə bu yaşda evlənir? like
  • 19 Okt 13:55  
Digərləri Bakıda qızların çoxu niyə bu yaşda evlənir?

"Bakıda reproduktiv dövrdə qızların 30%-i, yəni hər 3-cü qız ailə

arrow Ətraflı
Azərbaycanda sahibkarların "buxqalter" dərdi like
  • 19 Okt 13:52  
Digərləri Azərbaycanda sahibkarların "buxqalter" dərdi

Bəzi sahibkarlar öz gəlirlərinin və xərclərinin uçotunu aparmır və ya

arrow Ətraflı
Bakıda 20 yaşlı gənc həbs olunmaq məqsədi ilə oğurluq edib - FOTO like
  • 19 Okt 13:51  
Sosial Bakıda 20 yaşlı gənc həbs olunmaq məqsədi ilə oğurluq edib - FOTO

"Oğurluqlar etdim ki, azı beş il həbs cəzası alıb "içəridə" islah olun

arrow Ətraflı
Ərdoğan da Konstitusiya referendumuna gedir like
  • 19 Okt 13:49  
Digərləri Ərdoğan da Konstitusiya referendumuna gedir

Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağl

arrow Ətraflı
Azərbaycanlı qız əvvəl tanqo oynadı, sonra ağladı - VİDEO like
  • 19 Okt 13:49  
Şou-biznes Azərbaycanlı qız əvvəl tanqo oynadı, sonra ağladı - VİDEO

Zuhal Topalın evlilik proqramında iştirak edən azərbaycanlı qız Naz dün

arrow Ətraflı
Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb like
  • 19 Okt 13:47  
İqtisadiyyat Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb

Bunu Vergi auditi və operativ vergi nəzarəti İdarəsinin rəisi Toğrul Quli

arrow Ətraflı
Suriya Krımı tanıdı like
  • 19 Okt 13:47  
Dünya Suriya Krımı tanıdı

"Suriya hökuməti Krımı Rusiyanın tərkib və ayrılmaz hissəsi sayır"

arrow Ətraflı
Bakı sakini elə bir silah tapdı ki... like
  • 19 Okt 13:46  
Digərləri Bakı sakini elə bir silah tapdı ki...

Bakı şəhər sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.

arrow Ətraflı
Bakıda 18-45 yaşlı qızların 30 faizi ailə qurmayıb like
  • 19 Okt 13:43  
Digərləri Bakıda 18-45 yaşlı qızların 30 faizi ailə qurmayıb

“Bu gün gənclərin vaxtında ailə qurmasına ehtiyac var. 35 yaşı

arrow Ətraflı