Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gedib


Siyasət 19 Okt 2016 13:12:16 62 0

Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gedib

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfərə gedib.

“Report” xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

Dövlət başçısıoktyabrın 19-da Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.

Respublikamızda bütün sahələrin inkişafında, dövlətimizin beynəlxalq nüfuzunun artmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin zəngin irsi ölkəmizin bütün bölgələrində öyrənilir. Ümummilli Liderin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədi ilə Ulu Öndərin adını daşıyan muzeylər və mərkəzlər müstəsna əhəmiyyətə malikdir. Son dövrlərdə bir çox bölgələrdə bu cür mərkəz və muzeylər istifadəyə verilib. Bu baxımdan Ağstafada əsaslı şəkildə təmir edilərək yenidən qurulan Heydər Əliyev Mərkəzi də xüsusi rola malikdir.

Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü, havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla qarşılanır.

Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə “Saloğlu” mebel və “Akkord” tikiş fabriklərinin sərgi salonları açılıb.

Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.

loading...
“Günəşli” yatağındakı daha bir quyu istismara verilib like
  • 19 Okt 13:12  
İqtisadiyyat “Günəşli” yatağındakı daha bir quyu istismara verilib

Quyu sutkalıq 40 ton neft və 7 min kubmetr qaz hasilatı ilə istismar fonduna

arrow Ətraflı
Azərbaycanda daha iki kənd qazlaşdırılıb like
  • 19 Okt 13:10  
İqtisadiyyat Azərbaycanda daha iki kənd qazlaşdırılıb

Hazırda İmişli rayonunun daha 11 kəndində tikinti quraşdırma işləri dav

arrow Ətraflı
"Xaç ataları"nın hakimi güllələndi - VİDEO - FOTO like
  • 19 Okt 13:10  
Dünya "Xaç ataları"nın hakimi güllələndi - VİDEO - FOTO

Meksikada ölkənin ən məşhur hakimlərindən biri Visente Bermudes Sarakis e

arrow Ətraflı
Peşə təhsili müəssisələrində axşam növbələri yaradılacaq like
  • 19 Okt 13:08  
Sosial Peşə təhsili müəssisələrində axşam növbələri yaradılacaq

Bakı şəhəri üzrə 26 peşə təhsil müəssiəsi birləşdirilərək 1 təh

arrow Ətraflı
Zığda tuneli su basdı, yol bağlandı like
  • 19 Okt 13:08  
Digərləri Zığda tuneli su basdı, yol bağlandı

Oktyabrın 17-dən paytaxta yağan güclü yağış şəhərin bir sıra ərazil

arrow Ətraflı
Nazirlik: "Bəzi sahibkarlara cinayət işi açılıb" like
  • 19 Okt 13:07  
Digərləri Nazirlik: "Bəzi sahibkarlara cinayət işi açılıb"

Bir sıra vergi ödəyiciləri onlar üçün yaradılmış şəraiti düzgün qi

arrow Ətraflı
Bakıda 18-45 yaş arasında olan qadınların 30 faizi ailə qurmayıb like
  • 19 Okt 13:06  
Sosial Bakıda 18-45 yaş arasında olan qadınların 30 faizi ailə qurmayıb

"Bu da reproduktiv sağlamlığa zərər vuran əsas amillərdir"

arrow Ətraflı
Azərbaycanda bu da varmış - Gölün içində qəbristanlıq - FOTO like
  • 19 Okt 13:04  
Digərləri Azərbaycanda bu da varmış - Gölün içində qəbristanlıq - FOTO

Bəzi mənbələrə görə, əvvəllər Kürdəxanı üç tərəfdən dənizlə

arrow Ətraflı
Lənkəranskinin 100 milyon avroluq iki oteli ortaya çıxdı - FOTO like
  • 19 Okt 13:01  
Kriminal Lənkəranskinin 100 milyon avroluq iki oteli ortaya çıxdı - FOTO

Bu il avqustun 18-də İstanbulda güllələnən məşhur azərbaycanlı krimina

arrow Ətraflı
Akif Çovdarovun məhkəməsinin vaxtı niyə dəyişdi? like
  • 19 Okt 12:59  
Digərləri Akif Çovdarovun məhkəməsinin vaxtı niyə dəyişdi?

Bu gün Sabunçu rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlük

arrow Ətraflı
Bakının bəzi yollarında tıxac yaranıb like
  • 19 Okt 12:57  
Digərləri Bakının bəzi yollarında tıxac yaranıb

Bakı Nəqliyyat Agentliyindən Son.az-a bildiriblər ki, oktyabrın 19-da payta

arrow Ətraflı
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ like
  • 19 Okt 12:56  
Digərləri Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departam

arrow Ətraflı
AKP rəsmisi: "Türkiyədə apreldə referendum keçirilə bilər" like
  • 19 Okt 12:55  
Dünya AKP rəsmisi: "Türkiyədə apreldə referendum keçirilə bilər"

Konstitusiyaya 12-15 maddəlik dəyişiklik təkilf edilir

arrow Ətraflı