Peşə təhsili mərkəzlərində yaşlı insanlar da təhsil ala biləcək


Sosial 19 Okt 2016 12:35:00 66 0

Peşə təhsili mərkəzlərində yaşlı insanlar da təhsil ala biləcək

32 müəssisədən 13 peşə təhsili mərkəzləri yaradılıb

Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı brifinqkeçirilib.

“Report” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib: "Nəticədə 32 peşə təhsili müəssisəsi rasionallaşdırılaraq 13 peşə təhsili mərkəzi yaradılıb".

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur: “Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış dövlət peşə təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcək. Yeni peşə təhsil mərkəzlərinin fəaliyyəti dövlət-biznes tərəfdaşlığı prinsiplərinə əsaslanaraq əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”.

Onun sözlərinə görə, peşə təhsil mərkəzlərinə təhsil almaq istəyənlərin asan qəbulu (“ASAN peşə” layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək: "Peşə təhsil mərkəzlərində iş tapa bilmədiyi üçün peşəsini dəyişmək istəyən yaşlı insanların da təhsil alması təmin olunacaq.Peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidən hazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək”.

F.Mustafayev qeyd edib ki, peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu (ETF), “British Council”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək peşə təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq: “Ola bilər ki, gələn ildən təhsil mərkəzlərini bitirən bəzi ixtsas sahiblərinə beynəlxalq sertifikatların alınması ilə müşahidə olunacaq diplomlar verilsin. Bu da həmin insanlara dünyanın müxtəlif ölkələrində iş imkanı yaradacaq”.

loading...
Pentaqon rəhbəri Türkiyəyə gəlir like
  • 19 Okt 12:34  
Dünya Pentaqon rəhbəri Türkiyəyə gəlir

Pentaqonun rəhbəri Eşton Karter oktyabrın 21-də Türkiyəyə səfər edəc

arrow Ətraflı
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək like
  • 19 Okt 12:32  
Siyasət Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Herbert Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək

arrow Ətraflı
DƏHŞƏTLİ KADR: Mosuldan canlı yayım zamanı terrorçu... - FOTO like
  • 19 Okt 12:32  
Dünya DƏHŞƏTLİ KADR: Mosuldan canlı yayım zamanı terrorçu... - FOTO

Peşmərgə və İraq ordusunun Mosul əməliyyatı davam edir.

arrow Ətraflı
Azərbaycan və İraq aviasiya administrasiyalarının nümayəndə heyətləri görüşüblər like
  • 19 Okt 12:31  
Siyasət Azərbaycan və İraq aviasiya administrasiyalarının nümayəndə heyətləri görüşüblər

Respublikasının aviasiya administrasiyalarının nümayəndə heyətləri aras

arrow Ətraflı
Rusiya və İtaliya yığmaları yoldaşlıq görüşü keçirəcək like
  • 19 Okt 12:29  
İdman Rusiya və İtaliya yığmaları yoldaşlıq görüşü keçirəcək

Bu barədə Rusiya Futbol İttifaqının prezidenti açıqlama verib

arrow Ətraflı
Dələduzluqda təqsirləndirilən iş adamı məhkəmə zalından azadlığa buraxıldı like
  • 19 Okt 12:28  
Digərləri Dələduzluqda təqsirləndirilən iş adamı məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqd

arrow Ətraflı
Göygölə 25-30 santimetr qar yağdı: ağaclar qırıldı - FOTO like
  • 19 Okt 12:27  
Digərləri Göygölə 25-30 santimetr qar yağdı: ağaclar qırıldı - FOTO

Ölkə ərazisinə yağan güclü yağışların bölgələrdə qara keçməsi b

arrow Ətraflı
Deputat: "Şəhid ailəsi üçün 10 min manat çox azdır" like
  • 19 Okt 12:25  
Digərləri Deputat: "Şəhid ailəsi üçün 10 min manat çox azdır"

"Hərbi qulluqçular şəhid olarkən onların ailələrinə ödənilən s

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO like
  • 19 Okt 12:23  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO

Oktyabrın 19-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapd

arrow Ətraflı
KTMT-nın yeni baş katibi Nazarbayevə görə seçilməyib like
  • 19 Okt 12:22  
Digərləri KTMT-nın yeni baş katibi Nazarbayevə görə seçilməyib

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sammitdə iştirak etməməsinə g

arrow Ətraflı
Kişi erotik fantaziyasının "qurbanı oldu" like
  • 19 Okt 12:22  
Digərləri Kişi erotik fantaziyasının "qurbanı oldu"

Cinsiyyət orqanı ilişib qalan kişi 4 gün utandığından həkimə gedə bil

arrow Ətraflı