Akif Çovdarovun məhkəməsinin vaxtı niyə dəyişdi?


Digərləri 19 Okt 2016 12:59:00 61 0

Akif Çovdarovun məhkəməsinin vaxtı niyə dəyişdi?

Bu gün Sabunçu rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 MTN əməkdaşının məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarovun vəkili Kamandar Nəsibov cinayət işinin materialları ilə hələ tanış ola bilmədiyindən məhkəmədən vaxt istəyib.

Vəkilin vəsatəti təmin olunub və məhkəmə prosesi oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

loading...
Bakının bəzi yollarında tıxac yaranıb like
  • 19 Okt 12:57  
Digərləri Bakının bəzi yollarında tıxac yaranıb

Bakı Nəqliyyat Agentliyindən Son.az-a bildiriblər ki, oktyabrın 19-da payta

arrow Ətraflı
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ like
  • 19 Okt 12:56  
Digərləri Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departam

arrow Ətraflı
AKP rəsmisi: "Türkiyədə apreldə referendum keçirilə bilər" like
  • 19 Okt 12:55  
Dünya AKP rəsmisi: "Türkiyədə apreldə referendum keçirilə bilər"

Konstitusiyaya 12-15 maddəlik dəyişiklik təkilf edilir

arrow Ətraflı
Murad Dadaşov oğlu ilə - FOTO like
  • 19 Okt 12:52  
Şou-biznes Murad Dadaşov oğlu ilə - FOTO

Əməkdar artist Murad Dadaşov oğlu ilə fotosunu paylaşıb

arrow Ətraflı
Akif Çovdarovun məhkəməsi təxirə salındı like
  • 19 Okt 12:51  
Digərləri Akif Çovdarovun məhkəməsi təxirə salındı

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edil

arrow Ətraflı
Deputatdan Mütəllibova: "Azərbaycana ermənilər qədər ağır zərbə vurub" like
  • 19 Okt 12:44  
Dünya Deputatdan Mütəllibova: "Azərbaycana ermənilər qədər ağır zərbə vurub"

"Ayaz Mütəllibov Azərbaycana ermənilər qədər ağır zərbələr vuru

arrow Ətraflı
Akif Çovdarovun məhkəməsi təxirə salınıb like
  • 19 Okt 12:43  
Sosial Akif Çovdarovun məhkəməsi təxirə salınıb

Vəkil cinayət işinin materialları ilə hələ də tanış ola bilmədiyini d

arrow Ətraflı
Fahriyedən estetik əməliyyatı xəbərlərinə REAKSİYA like
  • 19 Okt 12:43  
Digərləri Fahriyedən estetik əməliyyatı xəbərlərinə REAKSİYA

Ötən gün Nejat İşler və Serenay Sarıkayanın baş rollarda çəkildiklər

arrow Ətraflı
ABŞ-da kişi xəstəxanada özünü partladıb like
  • 19 Okt 12:41  
Dünya ABŞ-da kişi xəstəxanada özünü partladıb

Hadisənin baş vermə səbəbi və özünü partladan kişinin şəxsiyyəti m

arrow Ətraflı
"Cəhənnəm"ə açılan dəliyi tapdılar - VİDEO like
  • 19 Okt 12:40  
Dünya "Cəhənnəm"ə açılan dəliyi tapdılar - VİDEO

Bu görüntülər görənləri xeyli təəccübləndirib.

arrow Ətraflı
Xalq artistinin Mələyi - FOTO like
  • 19 Okt 12:37  
Şou-biznes Xalq artistinin Mələyi - FOTO

Xalq artisti Mələkxanım Əyyubova nəvəsi Mələyin yeni fotolarını payla

arrow Ətraflı
Peşə təhsili mərkəzlərində yaşlı insanlar da təhsil ala biləcək like
  • 19 Okt 12:35  
Sosial Peşə təhsili mərkəzlərində yaşlı insanlar da təhsil ala biləcək

32 müəssisədən 13 peşə təhsili mərkəzləri yaradılıb

arrow Ətraflı