İqor Kşnyakin kimdir? – Özünü sərnişinlərə fəda edən QƏHRƏMAN
Digərləri 28 Dek 2024 21:38:00 146 0
AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakin sözün əsl mənasında özünü şəhid edib, insanlarımızın bir çoxunun həyatını xilas edə bildi. Onun fədakarlıqları bütün dünya mediasında manşet xəbəri oldu.
Bu xəbəri də oxu: Azərbaycan Tibb elminə AĞIR İTKİ FOTO
Bir daha xatırladaq ki, dekabrın 25-də AZAL-ın "Bakı-Qroznı" reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Dünya təcrübəsi göstərir ki, bu cür qəzalarda sağ qalma şansı çox nadir olur. Lakin bizim həm günümüzün, həm də mövzumuzun qəhrəmanı kapitan İqor Kşnyakinin sayəsində xeyli insan sağ qaldı və əslində baş verən həqiqətləri hamıya çatdıra bildilər. Hansı ki, plan o olub ki, təyyarəmiz Xəzərə düşsün və bir nəfər belə şahid qalmasın.
İqor Kşnyakin, Hökümə Əliyeva, Aleksandr Kalyaninov
Son.az qəhrəman kapitan İqor Kşnyakin barədə məlumat verir.
- İqor Kşnyakin nə vaxt anadan olub?
İqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olub.
- İqor Kşnyakin harada təhsil alıb?
İqor Kşnyakin pilot kimi ilk təhsilini 1982-ci ildə Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində pilot ixtisası üzrə alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib.
- İqor Kşnyakinin ilk iş yeri hara olub?
İqor Kşnyakin 1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.
- İqor Kşnyakin karyerasına necə davam edib?
İqor Kşnyakin 1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 Hava Gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə Yak-40 Hava Gəmisinin komandiri, 1997-ci ildə "Azal" Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə Tu-134 Hava Gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə An-140 Hava Gəmisinin kapitanı, 2008-ci ildən etibarən ATR-42/72 Hava Gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.
İqor Kşnyakin 2013-cü iyunun 3-dən etibarən, Embraer-170/190 Hava Gəmisi üzrə yenidən təlim kursunu müvəffəqiyyətlə bitirdikdən sonra həmin Hava Gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embraer-170/190 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib.
İqor Kşnyakin və övladları
- İqor Kşnyakinin havada nə qədər olub?
İqor Kşnyakinin 2024-cü il dekabrın 25-nə kimi olan uçuş saatlarını təqdim edirik:
An2:2300 saat
Yak-18:37 saat
Yak-40:2923 saat
"Rusiya ilə NATO arasında səhnə arxasında soyuq savaş dərinləşir.

Bal ayına başlayandan bir neçə saat sonra bank onun kartını bloklayanda qa

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q

Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin

Yüksək qan təzyiqi olan insanlar həkim nəzarəti altında təzyiq dərmanla

ABŞ prezidenti Co Bayden administrasiyasının gələn həftə Ukraynaya 1,25 m

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan

28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının və Rusiya Federa

24 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniy

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenl

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nə

Yaponiyanın məşhur avtomobil istehsalçısı Suzuki Motor Corporation-a 40 il

Canan Karatay həm beyinə, həm də bağırsaqlara inanılmaz faydası olan bu
