Mosul savaşı davam edir: insanlar şəhərdən qaçırlar - FOTO


Dünya 19 Okt 2016 12:16:00 55 0

Mosul savaşı davam edir: insanlar şəhərdən qaçırlar - FOTO

İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad olunmasına yönəlmiş genişmiqyaslı hərbi əməliyyatlar davam edir

.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, İraq ordusunun birləşmələri və kürd "peşmərgə"lər ölkənin ikinci ən böyük şəhərinin nəzarətinin İŞİD yaraqlılarından alınması əməliyyatları çərçivəsində Mosul ətrafında bir neçə kəndi ələ keçirdiklərini bildiriblər.

Beynəlxalq koalisiyanın havadan dəstəyi, eləcə də sünni icmalarının hərbi dəstələri və şiə hərbi qruplaşmalarının köməyilə həyata keçirilən əməliyyat ikinci gündür davam edir. Döyüşlər Mosul şəhərinin ətrafında və müxtəlif istiqamətlərdə üç cəbhədən aparılır.

ABŞ prezidenti Barak Obama Mosul uğrunda döyüşün asan olmayacağını, lakin İŞİD-in məğlub ediləcəyinə ümid bəslədiyini bildirib.

"Orada, yəqin ki, milyonlarla mülki əhali yaşayır. Buna görə də İŞİD-in kökünü kəsməklə yanaşı, döyüşlərdən qaçan mülki əhalinin təhlükəsiziyi və onlara humanitar yardım bizim diqqət mərkəzimizdədir", - deyə o bildirib.

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin prezidenti Məsud Barzani əməliyyatın ilk günü 200 kvadrat kilometr ərazinin azad edildiyini bildirib. "Mosul azad ediləcək", - deyə o söz verib. Barzani onun döyüşçülərinin şəhərin Suriyada mühasirəyə alınmış Hələbin taleyini bölüşməməsi üçün mümkün hər şeyi edəcəklərini deyib.

Əməliyyatın başlaması ilə döyüşlərin getdiyi yerlərdə yüz minlərlə dinc əhalinin təhlükəsiziyi ilə bağlı narahatlıqlar mövcuddur.

İraq rəsmliəri Mosulda bir milyondan artıq mülki vətəndaş arasında tələfatlara yol verməmək üçün şəhərin mərkəzində davamlı hava hücumlarının keçirilməyəcəyini bildirib.

Beynəlxalq koalisiyanın nümayəndəsi əməliyyatın planlaşdırıldığı kimi getdiyini və yaraqlıların yüngül silahlar və əldəqayırma partlayıcılarla İraq və kürd qüvvələrinin qarşısını ala bilmədiyini bildirib.

Bu, beş il öncə ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmasından sonra İraqda ən genişmiqyaslı hərbi əməliyyatdır. Hərbi əməliyyatlarda İraq qüvvələrinin 94 min əsgəri, koalisiya qüvvələrinin və İraqın 90 təyyarəsi, sünni və şiə yarıhərbi dəstələri iştirak edir.

İŞİD iki ildən artıqdır Mosula nəzarət edir.

BMT isə bəyanat yayaraq bildirib ki, təxminən 900 insan Mosul şəhərini tərk edərək Suriyaya qaçıb.

Bu, İraq hökumətinin Mosulu İŞİD-dən geri almaq üçün əməliyyata başladıqdan bəri əhalinin hərəkəti barədə ilk məlumatdır.

Hazırda Mosulda 1.5 milyon əhalinin qaldığı və 5000-ə yaxın döyüşçünün olduğu güman edilir.

Həmçinin ABŞ bildirib ki, İraq ordusu Mosula yaxınlaşdıqca qiyamçıların insanları sipər kimi istifadə edəcəyi barədə qorxular var.

Vaşinqtonda jurnalistlərin İŞİD-in dinc əhalini canlı qalxan kimi istifadə edib-etməməsi barədə suallarına Pentaqonun sözçüsü, Hərbi-Dəniz Qüvvələrinin kapitanı Jeff Davis "tamamilə" deyə cavab verib.

Şəhərdəki sakinlərlə telefon əlaqəsi saxlayan Reuters xəbər agentliyi bildirir ki, İŞİD şəhərdən qaçan insanların qarşısını alıb və onların bəzilərini havadan zərbələr endirilən binaların istiqamətinə göndərib.

BMT Mosuldan kənarda yeni qaçqın düşərgələri yaratmağa çalışır.

Yaxınlıqdakı şəhər Qaraqoşun azad olması barədə xəbərləri isə sonradan hökumət komandiri təkzib edib.

Ancaq ABŞ-ın dəstəklədiyi koalisiya bildirir ki, onlar 10 kəndi İŞİD-dən azad ediblər.

İraq üçün BMT-nin humanitar koordinatoru Lise Qrande deyib ki, təşkilat əməliyyatın birinci günü və ya həftəsi azı 200 min nəfərin sığınacaq tələb edə biləcəyi ehtimalını nəzərdən keçirib.

BMT ərazidə yaşayan 1,2 milyon insanın təhlükəsizliyi üçün "son dərəcə narahatlıq" ifadə edib.

loading...
Baş həkim: "Regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı üç dəfə artıb" like
  • 19 Okt 12:15  
Sosial Baş həkim: "Regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı üç dəfə artıb"

Mirələm Cəlalov: “Keçən illə müqayisədə bu il çağırışların say

arrow Ətraflı
Pirallahı sakini pulemyot tapdı like
  • 19 Okt 12:14  
Digərləri Pirallahı sakini pulemyot tapdı

Bakı şəhər sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.

arrow Ətraflı
Mehriban Xanlarovadan ŞOK AÇIQLAMA: "Bioloji ana olmamışam" - FOTO like
  • 19 Okt 12:10  
Şou-biznes Mehriban Xanlarovadan ŞOK AÇIQLAMA: "Bioloji ana olmamışam" - FOTO

Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə danışıb. Lent.a

arrow Ətraflı
KTMT-nin yeni baş katibinin seçilməməsinin səbəbi məlum olub like
  • 19 Okt 12:08  
Dünya KTMT-nin yeni baş katibinin seçilməməsinin səbəbi məlum olub

Nikolay Bordyuja: "Bu məsələ bütün prezidentlərin iştirakı ilə həll ed

arrow Ətraflı
Maraqlı kampaniya: Ad-soyadını dəyişdir, pulsuz iPhone 7 al - FOTO like
  • 19 Okt 12:07  
Digərləri Maraqlı kampaniya: Ad-soyadını dəyişdir, pulsuz iPhone 7 al - FOTO

Kampaniyaya görə adını və soyadını dəyişdirənlərə pulsuz "iPhone 7"

arrow Ətraflı
Neftin qiyməti yenidən qalxır like
  • 19 Okt 12:05  
Digərləri Neftin qiyməti yenidən qalxır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

arrow Ətraflı
"Mühasibat uçotu haqqında" qanuna dəyişiklik edildi like
  • 19 Okt 12:02  
Siyasət "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Mühasibat uçotu haqqında" Azərbaycan Re

arrow Ətraflı
Röyanın Türkiyədəki evi - FOTO like
  • 19 Okt 12:01  
Şou-biznes Röyanın Türkiyədəki evi - FOTO

Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan Türkiyədə ev alıb

arrow Ətraflı
Alış-veriş mərkəzində QORXULU hadisə: like
  • 19 Okt 11:58  
Digərləri Alış-veriş mərkəzində QORXULU hadisə:

Alış-veriş mərkəzində çəkilən dəhşətli görüntülər yayılıb

arrow Ətraflı
Qazaxıstanın energetika nazirinin müavini Azərbaycanın energetika naziri ilə görüşüb like
  • 19 Okt 11:56  
İqtisadiyyat Qazaxıstanın energetika nazirinin müavini Azərbaycanın energetika naziri ilə görüşüb

Maqzum Mirzaqaliyev “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Fo

arrow Ətraflı
ABŞ Azərbaycana dəstək verməyə hazırdır like
  • 19 Okt 11:56  
Digərləri ABŞ Azərbaycana dəstək verməyə hazırdır

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın müstəqilliyinin 25-ci

arrow Ətraflı