SOCAR-ın yeni ofisi "İlin ən yaxşı ofis binası" seçilib


İqtisadiyyat 19 Okt 2016 11:50:54 93 0

SOCAR-ın yeni ofisi "İlin ən yaxşı ofis binası" seçilib

Mükafat Nyu-Yorkda təqdim olunub

Nyu-Yorkda ENR (Engineering News Record) jurnalı tərəfindən keçirilən ənənəvi Beynəlxalq Tikinti Sammitində “İlin ən yaxşı qlobal layihələri” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Şirkətin yeni inzibati binası – “SOCAR Tower” ofis binaları nominasiyasında qalib gəlib.Bu nominasiyada “İlin ən yaxşı layihəsi” mükafatı SOCAR‐ın sosial məsələlər üzrə vitse‐prezidenti Bədəl Bədəlov, layihənin məsul mühəndisləri Cavid Nəcəfov və Tural Ramazanova, həmçinin əsas layihəçi “Heerim Architects and Planners”, struktur üzrə layihəçi “Thornton Tomasetti” və podratçı “Tekfen İnşaat və Təchizat” şirkətlərinin nümayəndələrinə təqdim edilib.

Mərasimdə dünyanın müxtəlif yerlərində inşa edilən və digər nominasiyalarda “Ən yaxşı layihə” mükafatına layiq görülən layihələrin nümayəndələri, sifarişçi, layihəçi, idarəetmə və podratçı şirkətlərin rəhbər işçiləri iştirak ediblər.

Qeyd edək ki, ENR tikinti biznesində inkişaf etməkdə olan firmalar, yeni layihələr və vacib xəbərlərin dərc edildiyi nüfuzlu jurnaldır. Jurnalın təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçmiş, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil etmiş, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirib. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları, eləcə də digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb.

Ötən ilki sammitdə Bakı Olimpiya Stadionu “Ən yaxşı idman layihəsi” nominasiyasının qalibi olub. Bu il qaliblər haqqında məlumat jurnalın 2016-cı il sentyabr sayında dərc edilmişdir. SOCAR-ın yeni inzabati binası – “SOCAR Tower” Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd.” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb. “SOCAR Tower” beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

loading...
Əməliyyatların 3-cü günü Mosulun peykdən çəkilmiş FOTOları yayılıb like
  • 19 Okt 11:49  
Dünya Əməliyyatların 3-cü günü Mosulun peykdən çəkilmiş FOTOları yayılıb

ABŞ-ın "Stratfor" təhlükəsizlik şirkəti əməliyyatların üç

arrow Ətraflı
Bakıda ixrac imkanlarına dair konfrans keçirilib like
  • 19 Okt 11:48  
İqtisadiyyat Bakıda ixrac imkanlarına dair konfrans keçirilib

İxrac missiyalarının Avropa, MDB, Körfəz və ərəb ölkələri, eləcə d

arrow Ətraflı
BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib - FOTO like
  • 19 Okt 11:46  
Digərləri BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yan

arrow Ətraflı
Bakı məktəbində inanılmaz olay like
  • 19 Okt 11:44  
Digərləri Bakı məktəbində inanılmaz olay

Bakı şəhəri, Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad di

arrow Ətraflı
Hind məbədindən Bakıya gətirilən saçlar: onlar kimindir? - FOTO like
  • 19 Okt 11:43  
Digərləri Hind məbədindən Bakıya gətirilən saçlar: onlar kimindir? - FOTO

"Başımı qırxdırdım ki, Tanrılara təşəkkürümü bildirim"

arrow Ətraflı
Azərbaycanla İraq arasında birbaşa aviareys açıla bilər like
  • 19 Okt 11:40  
İqtisadiyyat Azərbaycanla İraq arasında birbaşa aviareys açıla bilər

Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə h

arrow Ətraflı
Azərbaycanda şəxsiyyət vəsiqələrində like
  • 19 Okt 11:40  
Digərləri Azərbaycanda şəxsiyyət vəsiqələrində

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən mə

arrow Ətraflı
BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib like
  • 19 Okt 11:39  
Sosial BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib

Tanınmış aktyor müəllim və tələbələrin suallarını cavablandırıb

arrow Ətraflı
Rusiyada yeni devalvasiya baş verə bilər like
  • 19 Okt 11:37  
İqtisadiyyat Rusiyada yeni devalvasiya baş verə bilər

Prezidentin müşaviri Sergey Qlazyev: "Rusiya büdcəsi artırılmalıdır"

arrow Ətraflı
FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır like
  • 19 Okt 11:37  
Dünya FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror

arrow Ətraflı
Gözdən əlillərə ŞAD XƏBƏR like
  • 19 Okt 11:34  
Dünya Gözdən əlillərə ŞAD XƏBƏR

29 yaşlı türk alim Berkay Özçelik kəşf etdiyi süni buynuz qişası ilə

arrow Ətraflı
“Mançester Yunayted” çempionluğa hazır deyil” like
  • 19 Okt 11:30  
İdman “Mançester Yunayted” çempionluğa hazır deyil”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda “Sky Sports”da

arrow Ətraflı
Tanınmış vizajist İlahə Hacıyeva Bakıda "make-up" seminarı keçirdi like
  • 19 Okt 11:30  
Digərləri Tanınmış vizajist İlahə Hacıyeva Bakıda "make-up" seminarı keçirdi

Tanınmış azərbaycanlı vizajist İlahə Hacıyeva oktyabrın 15-də - öz ad

arrow Ətraflı