Qəbələdə qar görən ərəblərin macəraları - VİDEO


Digərləri 19 Okt 2016 11:55:00 72 1

Qəbələdə qar görən ərəblərin macəraları - VİDEO

Qəbələ sakinləri və rayona gələn yerli və xarici turistlər hazırda burada iki fəslin vəhdətini yaşayırlar. İki gündür ki, rayonun cənub hissəsində payız, şimalında isə qış fəslidir.

Qəbələ şəhərinin şimalındakı kanat yolu ilə dağlara qalxan zaman hər kəs bu gözəl təbiət mənzərəsini seyr edə bilir. Qəbələ rayonuna ilk qarın yağması "Tufandağ" Qış-Yay Turizm Kompleksində istirahət edənlər üçün əsl sürpriz olub. Xüsusən də isti ölkələrdən Qəbələyə istirahət etmək üçün gələn ərəb turistlər bu anı yaşamaqdan xüsusi zövq alırlar. Qarın yağması ilə Qəbələdə qış turizminə erkən start verilib. Rayonun dağlıq əraziləri ağ örpəyə bürünüb. Hazırda yerli və xarici turistlərin kanat yolu ilə dağlarda gəzintisi təşkil edilir, "Tufandağ" otelində istirahəti təmin olunur.

Son.az apa.tv-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanından olan turist Muhəmməd İsmayıl deyib ki, Qəbələdə havanın qəflətən dəyişməsi və qarın yağması çox maraqlıdır.

"Tufandağ" otelində dincələn əcnəbi turistlər Qəbələyə yağan ilk qarın yaratdığı gözəl mənzərədə yüksək səviyyədə istirahət etməyə çalışırlar. Onlar bu gözəl anları videokameranın yaddaşına köçürür, xatirə şəkilləri çəkdirir, qartopu oynayır, xizəklə sürüşür, qarlı havada dağlarda meşə gəzintisinə çıxırlar. Rayon mərkəzindən 4 kilometr şimalda və dəniz səviyyəsindən 1680 metr hündürlükdə olan kanatla 4 istiqamətə dağ gəzintisinə çıxmaq və qarın yaratdığı əsrarəngiz mənzərəni seyr etmək fürsətini heç kim əldən buraxmaq istəmir. Qış turizmindən həzz almaq üçün son iki gündə Qəbələyə gələn turistlərin sayı xeyli artıb.

Səudiyyə Ərəbistanından gələn turist Hacı Əli Amar burada dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib. Birləşmiş Ərəb Əmirliklərindən gələn Muhəmməd Yasif Qəbələnin təbiətinin çox gözəl olduğunu, burada qış fəslində istirahət üçün hər cür şəraitin yaradıldığını, qar yağandan sonra arzuladığı gözəl qış mənzərəsinin məhz burada şahidi olduğunu deyib. Kanatla dağlardan aşağı, yəni Qəbələ şəhərinə doğru qayıtdıqca qış fəsli yenidən payıza, qar isə yağışa çevrilir. Sinoptiklər isə Qəbələdə qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

Videonu izləmək üçün şəklə klikləyin:

loading...
Qusarın yanan bazarında sahibkarlara dəyən ziyanın məbləği məlum olub - FOTO - VİDEO like
  • 19 Okt 11:53  
Sosial Qusarın yanan bazarında sahibkarlara dəyən ziyanın məbləği məlum olub - FOTO - VİDEO

20 satış piştaxtası, 2 geyim mağazası və mebel mağazasının bir hissəs

arrow Ətraflı
Bakıda 28 yaşlı gənc bıçaqlanıb like
  • 19 Okt 11:53  
Sosial Bakıda 28 yaşlı gənc bıçaqlanıb

Hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır

arrow Ətraflı
Ermənistanda müharibə XOFU: Mətbuat katibindən AÇIQLAMA like
  • 19 Okt 11:52  
Siyasət Ermənistanda müharibə XOFU: Mətbuat katibindən AÇIQLAMA

"Aprel müharibəsi"ndən sonra Ermənistan hökuməti, erməni hərbi

arrow Ətraflı
Əməliyyatların 3-cü günü Mosulun peykdən çəkilmiş FOTOları yayılıb like
  • 19 Okt 11:49  
Dünya Əməliyyatların 3-cü günü Mosulun peykdən çəkilmiş FOTOları yayılıb

ABŞ-ın "Stratfor" təhlükəsizlik şirkəti əməliyyatların üç

arrow Ətraflı
Bakıda ixrac imkanlarına dair konfrans keçirilib like
  • 19 Okt 11:48  
İqtisadiyyat Bakıda ixrac imkanlarına dair konfrans keçirilib

İxrac missiyalarının Avropa, MDB, Körfəz və ərəb ölkələri, eləcə d

arrow Ətraflı
BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib - FOTO like
  • 19 Okt 11:46  
Digərləri BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yan

arrow Ətraflı
Bakı məktəbində inanılmaz olay like
  • 19 Okt 11:44  
Digərləri Bakı məktəbində inanılmaz olay

Bakı şəhəri, Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad di

arrow Ətraflı
Hind məbədindən Bakıya gətirilən saçlar: onlar kimindir? - FOTO like
  • 19 Okt 11:43  
Digərləri Hind məbədindən Bakıya gətirilən saçlar: onlar kimindir? - FOTO

"Başımı qırxdırdım ki, Tanrılara təşəkkürümü bildirim"

arrow Ətraflı
Azərbaycanla İraq arasında birbaşa aviareys açıla bilər like
  • 19 Okt 11:40  
İqtisadiyyat Azərbaycanla İraq arasında birbaşa aviareys açıla bilər

Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə h

arrow Ətraflı
Azərbaycanda şəxsiyyət vəsiqələrində like
  • 19 Okt 11:40  
Digərləri Azərbaycanda şəxsiyyət vəsiqələrində

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən mə

arrow Ətraflı
BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib like
  • 19 Okt 11:39  
Sosial BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib

Tanınmış aktyor müəllim və tələbələrin suallarını cavablandırıb

arrow Ətraflı
Rusiyada yeni devalvasiya baş verə bilər like
  • 19 Okt 11:37  
İqtisadiyyat Rusiyada yeni devalvasiya baş verə bilər

Prezidentin müşaviri Sergey Qlazyev: "Rusiya büdcəsi artırılmalıdır"

arrow Ətraflı
FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır like
  • 19 Okt 11:37  
Dünya FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror

arrow Ətraflı