Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum Azərbaycanla bağlı hesabatı təsdiq edib


İqtisadiyyat 19 Okt 2016 11:25:58 71 0

Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum Azərbaycanla bağlı hesabatı təsdiq edib

Fransanın paytaxtı Parisdə forumun Qiymətləndirmə Qrupunun XXIV iclası keçirilib

Parisdə (Fransa)İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi məqsədləri üçün şəffaflıq və məlumat mü­badiləsi üzrə Qlobal Forumunun Qiymətləndirmə Qrupunun XXIViclası keçirilib. Bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib.

Məlumata görə, iclasda Azərbaycan üzrə ölkə hesabatı müzakirə edilib. Müzakirələrdə VergilərNazirliyini Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi Zaur Fətizadə, həmin Baş İdarənin Beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Ülvi Yusifov və Maliyyə institutlarında vergi monitorinqi İdarəsinin rəis müavini Vüsal Şıxəliyev, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin şöbə rəisi Nigar Alimovadan ibarət nümayəndə heyəti təmsil edib. Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, Katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilərin iştirakı ilə keçirilib və hesabat təsdiq edilib. Ölkə hesabatı oktyabr ayının sonunda Qlobal Forum tərəfindən nəşr olunacaq.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralayında sözügedən foruma üzv olub. 2015-ci ildə ölkəmiz üzrə qiymət­lən­dirmənin I mərhələsinə ye­kun vurulub və Azərbaycan növbəti mərhələyə keçib. Bu il martın 9-11-də qiymətləndiricilər II mərhələ çərçivəsində Bakıda səfərdə olublar.

loading...
Rövşən Lənkəranskiyə məxsus iki otel tapıldı like
  • 19 Okt 11:24  
Digərləri Rövşən Lənkəranskiyə məxsus iki otel tapıldı

İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş "qanuni oğru"

arrow Ətraflı
Ərəb turistlərinin Azərbaycanda ən çox getdikləri yerlərin adları açıqlanıb like
  • 19 Okt 11:22  
İqtisadiyyat Ərəb turistlərinin Azərbaycanda ən çox getdikləri yerlərin adları açıqlanıb

​Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BƏƏ-nin “Əl-Fəcr

arrow Ətraflı
Maştağa sakini intihar etdi like
  • 19 Okt 11:19  
Digərləri Maştağa sakini intihar etdi

Maştağa qəsəbəsində sirkə turşusu içən şəxs dünyasını dəyişib.

arrow Ətraflı
Klinikada partlayış: ölən var like
  • 19 Okt 11:17  
Dünya Klinikada partlayış: ölən var

ABŞ-ın Kaliforniya ştatında klinika ərazisində əldəqayırma bomba partla

arrow Ətraflı
Azərbaycan Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər like
  • 19 Okt 11:15  
Digərləri Azərbaycan Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər

"Daha 12 ölkə Avrasiya İnkişaf Bankının üzvü olmağa namizə

arrow Ətraflı
Deniz Çakır sərgidə göz oxşadı - FOTO like
  • 19 Okt 11:13  
Digərləri Deniz Çakır sərgidə göz oxşadı - FOTO

"Eşkiya dünyaya hükümdar olmaz" serialında Məryəm obrazını canlandıran

arrow Ətraflı
İrəvan ərazilərin qaytarılmasına imza atıb like
  • 19 Okt 11:10  
Siyasət İrəvan ərazilərin qaytarılmasına imza atıb

"Bizim könüllü şəkildə qəbul etdiyimiz Madrid prinsipləri yalnız b

arrow Ətraflı
Azərbaycana maşınlar yeni qaydalarla gətiriləcək like
  • 19 Okt 11:07  
Digərləri Azərbaycana maşınlar yeni qaydalarla gətiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli

arrow Ətraflı
FETÖ-nün ABŞ-dakı məktəblərindən 3-ü bağlanacaq like
  • 19 Okt 11:06  
Dünya FETÖ-nün ABŞ-dakı məktəblərindən 3-ü bağlanacaq

Los-Ancelesin Təhsil Şurası razılaşdırılmış mətktəblərlə bağlı an

arrow Ətraflı
İran hərbi gəmiləri Bakıya gəlib like
  • 19 Okt 11:04  
Siyasət İran hərbi gəmiləri Bakıya gəlib

"Demavend" minaatan gəmisi və "Çoşun" reket daşıyan gəmisi Bakı limanın

arrow Ətraflı