BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib


Sosial 19 Okt 2016 11:39:48 72 0

BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib

Tanınmış aktyor müəllim və tələbələrin suallarını cavablandırıb

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Sənətkarla görüş” layihəsi çərçivəsində Azərbaycanın görkəmli teatr və kino aktyoru, dəyərli sənətkar, Azərbaycanın xalq artisti Fuad Poladovun Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq göruşü keçirilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov tanınmış aktyorun həyat və yaradıcılığından danışıb.O, əmin olduğunu bildirib ki, tələbələr bu görüşdən sonra Fuad Poladovdan eşitdikləri olduqca maraqlı hadisələrin əks olunduğu filmlərə yenidən baxmağa tələsəcəklər.

BANM-in müəllimlərini və tələbələrini salamlayaraq Fuad Poladov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirib: "Mən tez-tez gənclər qarşısında çıxış edirəm və mənim üçün vacibdir ki, bu görüşlərdən sonra onlar teatr sənəti ilə daha çox maraqlansınlar. Atatürk demişdir ki: "Teatr bir ölkənin mədəni səviyyəsinin güzgüsüdür ("Tiyatro məmləkətin kültür səviyyəsinin aynasıdır") - deyə Fuad Poladov qeyd edib. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, bir aktyor kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb. Fuad Poladov filmlərdəki çəkilişlər haqqında xatirələrini danışıb və bildirib ki, teatrda işləmək onu daha cox cəlb edir. “Səhnədə olarkən aktyor tamaşaçıların enerjiyasını hiss edir. Teatrda aktyor tamaşaçını aldada bilmir. Teatrda sünilik olsa, tamaşaçı onu həmin saniyə hiss edir və ikinci dəfə teatra gəlmir” - deyə o, bildirib. Aktyor çox sevdiyi məşhur Azərbaycan şairi Vaqif Səmədoğlunun şerlərindən birini ifa edib. Fuad Poladov xüsusilə də gənclərin intellektual səviyyəsinin formalaşması üçün teatrın və ümümilikdə, incəsənətin böyük əhəmiyyətini vurğulayıb.

BANM-in “Kimya mühəndisliyi” ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə aktyorun sevdiyi şair Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şerini oxuyub.

Görüş zamanı tanınmış aktyor müəllim və tələbələrin suallarını cavablandırıb.

Görüşün sonunda BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov maraqlı və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirib və ona xatirə hədiyyəsini təqdim edib.

loading...
Rusiyada yeni devalvasiya baş verə bilər like
  • 19 Okt 11:37  
İqtisadiyyat Rusiyada yeni devalvasiya baş verə bilər

Prezidentin müşaviri Sergey Qlazyev: "Rusiya büdcəsi artırılmalıdır"

arrow Ətraflı
FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır like
  • 19 Okt 11:37  
Dünya FETÖ-nün ABŞ-dakı məktəbləri bağlanır

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror

arrow Ətraflı
Gözdən əlillərə ŞAD XƏBƏR like
  • 19 Okt 11:34  
Dünya Gözdən əlillərə ŞAD XƏBƏR

29 yaşlı türk alim Berkay Özçelik kəşf etdiyi süni buynuz qişası ilə

arrow Ətraflı
“Mançester Yunayted” çempionluğa hazır deyil” like
  • 19 Okt 11:30  
İdman “Mançester Yunayted” çempionluğa hazır deyil”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda “Sky Sports”da

arrow Ətraflı
Tanınmış vizajist İlahə Hacıyeva Bakıda "make-up" seminarı keçirdi like
  • 19 Okt 11:30  
Digərləri Tanınmış vizajist İlahə Hacıyeva Bakıda "make-up" seminarı keçirdi

Tanınmış azərbaycanlı vizajist İlahə Hacıyeva oktyabrın 15-də - öz ad

arrow Ətraflı
Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edəcək like
  • 19 Okt 11:28  
Sosial Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edəcək

Görüşdə Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın

arrow Ətraflı
Azərbaycanda yeni sürüşmə sahələri əmələ gəlib like
  • 19 Okt 11:28  
Digərləri Azərbaycanda yeni sürüşmə sahələri əmələ gəlib

"Atmosfer yağıntılarının normadan artıq olması nəticəsində yeni s

arrow Ətraflı
Rövşən Lənkəranskiyə məxsus iki otel tapıldı like
  • 19 Okt 11:24  
Digərləri Rövşən Lənkəranskiyə məxsus iki otel tapıldı

İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş "qanuni oğru"

arrow Ətraflı
Ərəb turistlərinin Azərbaycanda ən çox getdikləri yerlərin adları açıqlanıb like
  • 19 Okt 11:22  
İqtisadiyyat Ərəb turistlərinin Azərbaycanda ən çox getdikləri yerlərin adları açıqlanıb

​Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BƏƏ-nin “Əl-Fəcr

arrow Ətraflı
Maştağa sakini intihar etdi like
  • 19 Okt 11:19  
Digərləri Maştağa sakini intihar etdi

Maştağa qəsəbəsində sirkə turşusu içən şəxs dünyasını dəyişib.

arrow Ətraflı