Xərçəngin sağalmasına kimlər mane olur?


Digərləri 19 Okt 2016 11:01:00 56 0

Xərçəngin sağalmasına kimlər mane olur?

Elm, texnika əsrində bəşər övladının qalib gələ bilmədiyi xəstəliklərdən biri də xərçəngdir. Dünya alimləri, mütəxəssislər, həkimlər bu sahə ilə bağlı müxtəlif araşdırmalar, tədqiqatlar aparsa da, hələlik hər hansı nəticə hasil olmayıb.

Azərbaycanda 2015-ci ildə 10 183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Ötən il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaqlar olub.   2011-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqların 71-nə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulmuşdusa, 2014-cü ildə onların sayı 81, 2015-ci ildə 113 olub. Həmin uşaqların 66 nəfərini oğlanlar, 47 nəfərini qızlar təşkil edib. Ötən il 14-17 yaşlı uşaqların 24-nə (11 oğlan, 13 qız) ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb. 2014-cü ildə əhalinin hər 100 000 nəfərinin 101,4 nəfərinə, 2015-ci ildə isə 106,9 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.   Artıq dünyada hər 5 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir. Berlindəki Robert Koch İnstitutu Xərçəng Qeydiyyat Məlumatları Mərkəzinin Almaniyada apardığı araşdırma zamanı ölkədə hər iki nəfərdən birinin xərçəng xəstəliyinə tutulduğu məlum olub. Bu xəstəliyə tutulanların yarısından çoxu süd vəzi xərçəngi, ağciyər xərçəngi, mədə xərçəngi və prostat vəzi xərçəngindən əziyyət çəkir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, son illərdə kişilərin bu xəstəliyə yoluxma riski daha da artıb. Bu risk kişilərdə 51 faiz, qadınlarda isə 43 faiz təşkil edir. Qeyd edək ki, bu xəstəlik üçün təyin edilən dərman pereparatları, müxtəlif terapiya üsulları olduqca bahalıdır. Xərçəng xətələrinin sayı artdıqca onun müalicəsi üçün dərman pereparatları istehsal edən biznesmenlər varlanır... Bəzi mənbələrin məlumatlarına görə, xərçəng şişinin müalicəsi üçün100 faizlik müalicə üsulu, dərman aşkarlansa da, onun bazara çıxarılmasına imkan verilmir. Bunun qarşısını alanlar isə xərçəngin müalicəsində istifadə edilən dərman vasitələrinin istehsal və satışını həyata keçirən biznesmenlərdir.   "Əgər bu, baş verirsə, səbəbləri çox ciddidir"   Tibb elmləri doktoru, professor Adil Qeybulla modern.az-a deyib ki, bunlar təsdiqini tapmayan fikirlərdir: "Xərçəng şişi orqanizmdə antikomiser müdafiəsi sisteminin pozulmasından qaynaqlanır. Yəni bu, ciddi bir sistemdir. Belə atipik hüceyrələr daim bizim orqanizmimizdə əmələ gəlir. Onlar bədən tərəfindən xaric olunur, məhv olur və s. Əgər orqanizmdə belə bir inkişaf baş verirsə, bunun çox ciddi səbəbləri var. Həmin səbəblər isə indiyə qədər tam olaraq öyrənilməyib. Xərçəngi törədən maddələr, müxtəlif viruslar öyrənilsə də, birmənalı olaraq bu problemin üzərində dayanılmayıb".   "Bunlar şayiədir..."   A.Qeybulla bildirib ki, xərçəng səbəbi çox olan xəstəlikdir: "Konkret səbəb bədəndə xərçəngə qarşı müdafiə sisteminin pozulmasıdır. İndiyə qədər müxtəlif istiqamətli konsepsiyalar hazırlanıb, kimyaterapiya, şüa müalicələrindən istifadə edilsə də, effektiv nəticə əldə olunmayıb. Xəstəlik tam 100 faiz aradan qaldırıla bilmir. Düzdür, xərçəngin müalicəsilə bağlı çox yeniliklər var. Bunlardan immunoterapiya, virus terapiyası və s. müxtəlif preparatlar meydana çıxıb. Doğrudur, bunlar həddindən artıq bahadır. Nəzərinizə çatdırım ki, Amerikanın səhiyyə büdcəsi onun federal büdcəsindən yüksəkdir. Əgər federal büdcə 3 trilyondursa, səhiyyə xərcləri 4 trilyondur. Məhz bu cür preparatların, müalicə üsullarının hesabına... Dövlətin iqtisadi imkanları o qədər olmalıdır ki, vətəndaşın üzərinə çox yük düşməsin. Hələ indiyə qədər effektiv müalicə üsulu yoxdur. Çünki indiyə qədər xəstəliyin baş vermə səbəbi tam olaraq aydınlaşdırılmayıb. Çoxsaylı faktorlar var və təsirləri sübut olunub. Amma konkret səbəb bilinmir. Ola bilsin ki, yaxın gələcəkdə tamamilə yeni bir istiqamətdə bu problem öz həllini tapa bilər. Hazırda fantastik görünən metodlar təklif edilir. Onkoloji hüceyrələri bədəndə tapan və onu məhv edən hüceyrələrin, virusların hazırlanması ola bilər. Amma xəstəliyin kökü tam dərindədir. İnsanlar arasında belə fikirlər var ki, bu xəstəliyin dərmanı tapılıb, amma bunlar şayiə xarakteri daşıyır".   Bütün hüceyrələr embrion mərhələdə xərçəng kimi olur   Son.az bildirir ki, Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca məhkəmə-tibb eksperti Sərdar Cəlaloğlu da modern.az-a açıqlamasında xərçəngi səbəbi çox, nəticəsi bir olan xəstəlik kimi qiymətləndirib:   "Xəstəliyin min dərəcəyə yaxın istilikdə hazırlanmış qida məhsulları, asfalt, qır, mazut kimi neft məhsulları, radiasiya, hətta infeksion mənşəli olması ilə bağlı fikirlər də var. Ona görə konkret olaraq xərçəngin nədən yaranması ilə bağlı dəqiq nəticə yoxdur. O ki qaldı müalicəsi ilə bağlı hər hansı dərman kəşf olunmasına, heç kim onu gizlətməz, əksinə, çox böyük gəlir gətirəcəyinə görə onu təbliğ edərlər. Bu yalandır.   Niyə xərçəng xəstəliyi müalicə olunmur? Çünki xəstəlik bizim başa düşdüyümüz kimi adi xəstəlik deyil. İnsanın embrion mərhələsində bütün hüceyrələri xərçəng xəstəliyi kimi olur. Qısa müddət ərzində bir hüceyrədən milyonlarla hüceyrə əmələ gəlir, orqan formalaşır və böyümə başlayır. Sadəcə olaraq embrion mərhələdən çıxandan sonra o hüceyrələr tipini dəyişərək bizim başa düşdüyümüz adi hüceyrəyə çevrilir.   Hansısa səbəbdən embriondakı xüsusiyyət hüceyrələrdə yenidən baş qaldırır və sürətlə o biri hüceyrələrdən fərqli olaraq artır. Əgər biz xərçəng hüceyrəsini idarə edə bilsək, gələcəkdə itirilmiş orqanların yenidən yaradılmasında çox mühüm rol nəticə əldə etmiş olarıq. Amma hələlik o idarə olunmur. Mənim şəxsi fikrimə görə, xərçəng xəstəliyi metofizik bir hadisədir. Yəni daha çox fiziki faktorlarla yox, metofizik faktorlarla bağlıdır ki, onu da araşdırmaq lazımdır. Məhz dəqiq araşdırma nəticəsi müəyyən olunsaydı, dərmanı da yaratmaq mümkün olardı".

loading...
İlham Əliyev Qazaxda daha bir obyektin açılışını etdi like
  • 19 Okt 10:59  
Digərləri İlham Əliyev Qazaxda daha bir obyektin açılışını etdi

Azərbaycan prezidenti İlham Əliyev bu gün Qazax rayonunda 110/35/6 kilov

arrow Ətraflı
“Bu, “Barselona” ilə sonuncu müqaviləmdir” like
  • 19 Okt 10:59  
İdman “Bu, “Barselona” ilə sonuncu müqaviləmdir”

Xavyer Maskerano “Barselona” ilə müqaviləsini 2019-cu ilin iyununa qədə

arrow Ətraflı
İbrahim Tatlısəsin oğlu: haradan-haraya - FOTO like
  • 19 Okt 10:58  
Digərləri İbrahim Tatlısəsin oğlu: haradan-haraya - FOTO

Məşhur türk müğənni İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs yeni imici

arrow Ətraflı
Xızıda qanunsuz ov edənlərə qarşı reyd keçirilib, bir ov silahı müsadirə olunub like
  • 19 Okt 10:56  
Sosial Xızıda qanunsuz ov edənlərə qarşı reyd keçirilib, bir ov silahı müsadirə olunub

Rayonun Giləzi qəsəbəsi ərazisində 15 ədəd "İJ-12" markalı ov tüfəng

arrow Ətraflı
Abşeronda iki uşaq dərmandan zəhərləndi like
  • 19 Okt 10:49  
Digərləri Abşeronda iki uşaq dərmandan zəhərləndi

Abşeronda iki azyaşlı dərmandan zəhərlənib.

arrow Ətraflı
Obamanın qardaşı Trampı dəstəkləyir like
  • 19 Okt 10:46  
Digərləri Obamanın qardaşı Trampı dəstəkləyir

ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama sonuncu debatlar

arrow Ətraflı
Vəfa Zeynalovanı bir də belə görün - FOTO like
  • 19 Okt 10:46  
Şou-biznes Vəfa Zeynalovanı bir də belə görün - FOTO

Əməkdar artist Vəfa Zeynalova tədbirlərin birində fotokameramız qarşıs

arrow Ətraflı
Bakıda mağaza yandı like
  • 19 Okt 10:43  
Digərləri Bakıda mağaza yandı

Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci m

arrow Ətraflı
Hadisənin bacısına görə çətin anları: studiyada ağladı - FOTO like
  • 19 Okt 10:40  
Digərləri Hadisənin bacısına görə çətin anları: studiyada ağladı - FOTO

Türkiyənin məşhur müğənnisi Hadisə bacısına görə ağır günlər ke

arrow Ətraflı
300-dən çox məktəbli zəhərləndi like
  • 19 Okt 10:37  
Dünya 300-dən çox məktəbli zəhərləndi

Çinin şimalında 300-dən çox məktəbli qidadan zəhərlənib.

arrow Ətraflı
İlham Əliyev Qazaxda kəndli fermer təsərrüfatının təqdimatında like
  • 19 Okt 10:36  
Digərləri İlham Əliyev Qazaxda kəndli fermer təsərrüfatının təqdimatında

Azərbaycan prezidenti İlham Əliyev bu gün Qazax rayonunda “Birinci

arrow Ətraflı