Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub


İqtisadiyyat 19 Okt 2016 10:30:58 82 0

Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılışı olub

Mərasimdə dövlət başçısı İlham Əliyev iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib.

“Report”un xəbərinə görə, dövlət başçısına yarımstansiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni “Daş Salahlı” yarımstansiyası inşa edilib. “Daş Salahlı” son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4–cü, respublika üzrə isə 44–cü belə yarımstansiyadır.

Diqqətə çatdırılıb ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Bildirilib ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, “Azrosprominvest” müəssisəsini, “Mətanət A” şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək.

Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Sonra foto-video slayd vasitəsilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verilib.

Dövlət başçısı “Daş Salahlı” yarımstansiyasını işə salıb.

Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verildi.

loading...
Azərbaycana avtomobillər yeni qaydalarla gətiriləcək like
  • 19 Okt 10:28  
Digərləri Azərbaycana avtomobillər yeni qaydalarla gətiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263

arrow Ətraflı
Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmə zalından azadlığa buraxılıb like
  • 19 Okt 10:27  
Sosial Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmə zalından azadlığa buraxılıb

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

arrow Ətraflı
Cem Yılmazın bu cavabı Ebrunu əsəbləşdirəcək like
  • 19 Okt 10:25  
Digərləri Cem Yılmazın bu cavabı Ebrunu əsəbləşdirəcək

Türkiyəli məşhur aktyor Cem Yılmaz yayda eşq yaşadığı model Ebru Şall

arrow Ətraflı
Ankarada "canlı bomba" əməliyyatı like
  • 19 Okt 10:23  
Dünya Ankarada "canlı bomba" əməliyyatı

Türkiyənin paytaxtı Ankarada terror planlaşdıran və İŞİD üzv&u

arrow Ətraflı
"Türkiyəsiz Mosulun gələcəyi yoxdur" like
  • 19 Okt 10:22  
Dünya "Türkiyəsiz Mosulun gələcəyi yoxdur"

Ankara və beynəlxalq koalisiya qüvvələri Türkiyənin Hərbi-Hava Qüvvəl

arrow Ətraflı
Azərbaycan Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər like
  • 19 Okt 10:20  
Digərləri Azərbaycan Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər

"Daha 12 ölkə Avrasiya İnkişaf Bankının üzvü olmağa namizəddir&qu

arrow Ətraflı
Azərbaycanda maşınlar niyə tez xarab olur? like
  • 19 Okt 10:19  
Digərləri Azərbaycanda maşınlar niyə tez xarab olur?

Yanacaq filtrinin dəyişmə tezliyi daha çox, avtomobilin istifadə etdiyi ben

arrow Ətraflı
PSJ-nin müdafiəçisi İngiltərə klublarının hədəfində like
  • 19 Okt 10:18  
İdman PSJ-nin müdafiəçisi İngiltərə klublarının hədəfində

PSJ-nin müdafiəçisi Prenel Kimpembe karyerasını İngiltərədə davam etdir

arrow Ətraflı
Rüfət bu klipi bağ evində çəkdirib - VİDEO like
  • 19 Okt 10:16  
Şou-biznes Rüfət bu klipi bağ evində çəkdirib - VİDEO

Müğənni Rüfət Axundov "Ya eto tı" adlı mahnıya çəkdirdiyi klipini təq

arrow Ətraflı
Bakı metrosunda texniki nasazlıq - VİDEO like
  • 19 Okt 10:13  
Digərləri Bakı metrosunda texniki nasazlıq - VİDEO

Bakı metropoliteninin vaqonlarından birində texniki nasazlıq yaranıb.

arrow Ətraflı
Ankaranı qana bulamaq istəyən "canlı bomba" məhv edildi like
  • 19 Okt 10:10  
Dünya Ankaranı qana bulamaq istəyən "canlı bomba" məhv edildi

Türkiyənin paytaxtı Ankarada antiterror əməliyyatı aparılıb.

arrow Ətraflı
İranın Qərbi Azərbaycan ostanının qubernatoru Azərbaycana səfər edəcək like
  • 19 Okt 10:07  
Siyasət İranın Qərbi Azərbaycan ostanının qubernatoru Azərbaycana səfər edəcək

Səfərin dəqiq tarixi və proqramı hazırda diplomatik kanallar vasitəsilə

arrow Ətraflı
Ötən gün Bakıda 2 yol qəzası - 4 yaralı like
  • 19 Okt 10:07  
Digərləri Ötən gün Bakıda 2 yol qəzası - 4 yaralı

Oktyabrın 18-də Bakıda 2 yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı