Prezident İlham Əliyevin Qazax səfəri - YENİLƏNİB - FOTO


Siyasət 19 Okt 2016 10:33:00 242 0

Prezident İlham Əliyevin Qazax səfəri - YENİLƏNİB - FOTO

10:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda 110/35/6 kilovoltluq "Daş Salahlı" yarımstansiyasının açılış mərasimində iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına yarımstansiya barədə ətraflı məlumat verildi. Bildirildi ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni "Daş Salahlı" yarımstansiyası inşa edilib. "Daş Salahlı" son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4-cü, respublika üzrə isə 44-cü belə yarımstansiyadır.

Diqqətə çatdırıldı ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, "Daş Salahlı" artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Bildirildi ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, "Azrosprominvest" müəssisəsini, "Mətanət A" şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək.

Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Sonra foto-video slayd vasitəsilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı "Daş Salahlı" yarımstansiyasını işə saldı.

Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verildi.

----------

10:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdimatında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Birinci Şıxlı" kəndli fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin mayında başlanılıb və cari ilin oktyabrında inşaat işləri başa çatdırılıb. Təsərrüfatın ümumi ərazisi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar yaradılıb. Həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb.

Dövlətimizin başçısına məlumat verilib ki, burada istehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Burada, həmçinin mütəxəssislərin hazırlanması üçün Əkinçilik Tədris Mərkəzi fəaliyyət göstərəcək.

Sonra Prezident İlham Əliyev "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

---------

09:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonuna səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevə abidənin ətrafında və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi.

X X X 

Oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra təqdimatı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

loading...

Xəbərə aid fotolar

Vidadi Zeynalovun məhkəməsinin vaxtı dəyişdirildi like
  • 19 Okt 10:31  
Digərləri Vidadi Zeynalovun məhkəməsinin vaxtı dəyişdirildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vida

arrow Ətraflı
Azərbaycana avtomobillər yeni qaydalarla gətiriləcək like
  • 19 Okt 10:28  
Digərləri Azərbaycana avtomobillər yeni qaydalarla gətiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263

arrow Ətraflı
Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmə zalından azadlığa buraxılıb like
  • 19 Okt 10:27  
Sosial Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmə zalından azadlığa buraxılıb

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

arrow Ətraflı
Cem Yılmazın bu cavabı Ebrunu əsəbləşdirəcək like
  • 19 Okt 10:25  
Digərləri Cem Yılmazın bu cavabı Ebrunu əsəbləşdirəcək

Türkiyəli məşhur aktyor Cem Yılmaz yayda eşq yaşadığı model Ebru Şall

arrow Ətraflı
Ankarada "canlı bomba" əməliyyatı like
  • 19 Okt 10:23  
Dünya Ankarada "canlı bomba" əməliyyatı

Türkiyənin paytaxtı Ankarada terror planlaşdıran və İŞİD üzv&u

arrow Ətraflı
"Türkiyəsiz Mosulun gələcəyi yoxdur" like
  • 19 Okt 10:22  
Dünya "Türkiyəsiz Mosulun gələcəyi yoxdur"

Ankara və beynəlxalq koalisiya qüvvələri Türkiyənin Hərbi-Hava Qüvvəl

arrow Ətraflı
Azərbaycan Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər like
  • 19 Okt 10:20  
Digərləri Azərbaycan Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər

"Daha 12 ölkə Avrasiya İnkişaf Bankının üzvü olmağa namizəddir&qu

arrow Ətraflı
Azərbaycanda maşınlar niyə tez xarab olur? like
  • 19 Okt 10:19  
Digərləri Azərbaycanda maşınlar niyə tez xarab olur?

Yanacaq filtrinin dəyişmə tezliyi daha çox, avtomobilin istifadə etdiyi ben

arrow Ətraflı
PSJ-nin müdafiəçisi İngiltərə klublarının hədəfində like
  • 19 Okt 10:18  
İdman PSJ-nin müdafiəçisi İngiltərə klublarının hədəfində

PSJ-nin müdafiəçisi Prenel Kimpembe karyerasını İngiltərədə davam etdir

arrow Ətraflı
Rüfət bu klipi bağ evində çəkdirib - VİDEO like
  • 19 Okt 10:16  
Şou-biznes Rüfət bu klipi bağ evində çəkdirib - VİDEO

Müğənni Rüfət Axundov "Ya eto tı" adlı mahnıya çəkdirdiyi klipini təq

arrow Ətraflı
Bakı metrosunda texniki nasazlıq - VİDEO like
  • 19 Okt 10:13  
Digərləri Bakı metrosunda texniki nasazlıq - VİDEO

Bakı metropoliteninin vaqonlarından birində texniki nasazlıq yaranıb.

arrow Ətraflı
Ankaranı qana bulamaq istəyən "canlı bomba" məhv edildi like
  • 19 Okt 10:10  
Dünya Ankaranı qana bulamaq istəyən "canlı bomba" məhv edildi

Türkiyənin paytaxtı Ankarada antiterror əməliyyatı aparılıb.

arrow Ətraflı