Sabah “Məhəbbət əfsanəsi”ndə Mehmene Banu və Fərhadı onlar ifa edəcək FOTO


Kriminal 17 Sen 2023 20:02:00 411 0

Sabah “Məhəbbət əfsanəsi”ndə Mehmene Banu və Fərhadı onlar ifa edəcək  FOTO

Görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin Heydər Əliyev Sarayında möhtəşəm təqdimatına son 1 gün qaldı.

18 sentyabr - Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi dünyanı fəth edən "Məhəbbət əfsanəsi" baleti ilə olacaq.

Heydər Əliyev Sarayının səhnəsində oynanılacaq baletə uzun müddətdir hazırlıq gedir və artıq bir aydan çoxdur Bakıda tamaşaya məşqlər keçirilirdi.

Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilən "Məhəbbət əfsanəsi"ndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı xarici teatrlardan dəvət olunan solistlər də rol alıb.   Sentyabrın 18-də səhnədə şahzadə Mehmene Banunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur "Bolşoy" Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə "Bolşoy" Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa edəcəklər.   Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən rəssam Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.   Bu təqdimat möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə tamaşaçıları heyran edəcək.

Arif Məlikov "Məhəbbət əfsanəsi" baletini tanınmış türk şairi Nazim Hikmətin "Fərhad və Şirin" dramı əsasında yazdığı librettoya bəstələyib. Baletin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.   Sentyabrın 18-də və 19-dakı təqdimatın baletmeyster-rejissorları Yuri Qriqoroviçin köməkçisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Qriqoroviçin digər köməkçisi Oksana Tsvetnitskayadır.   Arif Məlikovun əsrarəngiz musiqisini Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.

Zelenski təslim olsa, Ukrayna olmayacaq  Stoltenberq like
  • 17 Sen 19:58  
Dünya Zelenski təslim olsa, Ukrayna olmayacaq Stoltenberq

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə uzun müddət davam ed�

arrow Ətraflı
Aytaç onunla tərəf müqabili oldu like
  • 17 Sen 19:46  
Şou-biznes Aytaç onunla tərəf müqabili oldu

"Atv" kanalında yayımlanması planlaşdırılan "Tutsak" s

arrow Ətraflı
Sabahın havası ilə bağlı xəbərdarlıq like
  • 17 Sen 19:22  
Digərləri Sabahın havası ilə bağlı xəbərdarlıq

Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Tanınmış aktrisa vəfat etdi  Bu məşhurla evli idi  FOTO like
  • 17 Sen 19:10  
Digərləri Tanınmış aktrisa vəfat etdi Bu məşhurla evli idi FOTO

Türkiyənin məşhur aktyoru Zeki Alasyanın keçmiş xanımı, aktrisa Oya A

arrow Ətraflı
Xalq artistinin 18 yaşlı qızı ilə görüntüsü like
  • 17 Sen 18:29  
Şou-biznes Xalq artistinin 18 yaşlı qızı ilə görüntüsü

Xalq artisti Məleykə Əsədova yeni fotosu ilə diqqət çəkib.

arrow Ətraflı
Bakıda ağır yol qəzası like
  • 17 Sen 17:51  
Digərləri Bakıda ağır yol qəzası

Bu gün Bakıda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə sosial şəbəkə

arrow Ətraflı
"Bu, Amerikanın gözünə ox olub batır! " like
  • 17 Sen 17:38  
Siyasət "Bu, Amerikanın gözünə ox olub batır! "

ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdak�

arrow Ətraflı
Kremlin Qarabağdakı “seçkilər”ə hələ də like
  • 17 Sen 17:36  
Digərləri Kremlin Qarabağdakı “seçkilər”ə hələ də

Rusiyanın Qarabağda keçirilmiş qeyri-qanuni "seçkilər" haqqında

arrow Ətraflı
Teatr kollektivindən Ülviyyəyə ad günü sürprizi like
  • 17 Sen 17:25  
Şou-biznes Teatr kollektivindən Ülviyyəyə ad günü sürprizi

Aktrisa Ülviyyə Əliyevanın ad günü olub. 

arrow Ətraflı
İtkin düşmüş çinli nazirdən xəbər var like
  • 17 Sen 17:24  
Dünya İtkin düşmüş çinli nazirdən xəbər var

İki həftədən artıqdır ictimaiyyət qarşısına çıxmayan Çinin müdafi�

arrow Ətraflı
Separatçılar Bakının şərtlərini QƏBUL ETDİLƏR like
  • 17 Sen 17:15  
Siyasət Separatçılar Bakının şərtlərini QƏBUL ETDİLƏR

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda

arrow Ətraflı
Nigar Şabanovanın 16 il əvvəl çəkilmiş videosu like
  • 17 Sen 17:12  
Şou-biznes Nigar Şabanovanın 16 il əvvəl çəkilmiş videosu

Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədə yayılan arxiv videosu

arrow Ətraflı
Soyuqdəyməni araqla müalicə etmək olmaz like
  • 17 Sen 17:00  
Digərləri Soyuqdəyməni araqla müalicə etmək olmaz

Soyuqdəymə və qripi evdə özbaşına araq, sirkə və antibiotiklə müalic�

arrow Ətraflı
Türkiyə mediası bu azərbaycanlı tələbədən yazdı: like
  • 17 Sen 16:51  
Digərləri Türkiyə mediası bu azərbaycanlı tələbədən yazdı:

Bakıda yaşayan 17 yaşlı Zəhra Nəsirli Türkiyənin Xarici Tələbə Qəbul

arrow Ətraflı
QAİda Böyük Qarakilsə rayon icmasının iclası keçirildi like
  • 17 Sen 16:44  
Digərləri QAİda Böyük Qarakilsə rayon icmasının iclası keçirildi

Sentyabrın 16-da Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmas�

arrow Ətraflı