Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub
Siyasət 17 Sen 2023 14:16:00 373 0
17 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
XİN-dən Son.az-a bildirilib ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.
Bununla yanaşı, son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü bir daha məmnunluqla xatırlayıb.
Nazirlər arasında eyni zamanda, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan tədbirlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb. Ermənistan Baş naziri Nikol Paşinyanın 2 Sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin "seçki" adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İnsan haqları mövzusu ABŞ tərəfindən 1950-ci ildən bəri ənənəvi olar
Rusiyanın Əməkdar artisti Aleksandr Qalevskinin sol ayağını amputasiya edi
Sentyabr ayı ulduz falı üç Bürc əlamətinə ehtiraslı məhəbbət və uzu
"Avropa İttifaqı Türkiyədən qopmağa çalışır".
Supermodel İrina Şeyk Londonda keçirilən "Mowalola" brendinin n�
"Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdün
Ötən gün ərzində Baxmut istiqamətində Kleşiyevka ərazisində Ukrayna or
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vas
"Ya çok seversen" serialı ilə bağlı final qərarı alınıb.
Dazıotu çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə,
Ötən il Azərbaycanda bir çoxları Vaşinqtonda keçirilən görüşlərə ü
80 erməniəsilli şəxs Qarabağı tərk edərək Ermənistana gedib.
Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1
Braziliyanın şimalındakı ekvatorial Amazon tropik meşələrində baş verə