KOBİA və bp KOBların neftqaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək göstərir FOTO


Digərləri 31 May 2023 16:14:00 141 0

KOBİA və bp KOBların neftqaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək göstərir  FOTO

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində KOB-lar üçün ayrılmış xüsusi stenddə neft-qaz şirkətləri KOB-ların məhsul və xidmətləri ilə tanış ola, əməkdaşlıq üçün görüşlər keçirə bilərlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, mayın 31-də Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas") öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və bp şirkətinin birgə dəstəyi ilə sərgidə KOB-lar üçün xüsusi stend qurulub. Burada əsas məqsəd sərgi çərçivəsində yerli KOB-ları neft-qaz şirkətləri ilə əlaqələndirmək və görüşlərini təşkil etməklə tərəflər arasında əməkdaşlığın qurulmasına töhfə vermək, KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirindəki rolunu artırmaqdır. KOB-lar üçün ayrılmış stenddə neft tullantılarının təkrar emalı, inşaat, işçi geyimlərinin istehsalı, təhlükəsizlik vasitələri ilə təchizat, təmizlik vasitələrinin, sənaye avadanlıqlarının və ehtiyat hissələrin satışı, müxtəlif avadanlıqların təmiri, metal konstruksiyaların hazırlanması, texniki xidmət və s. sahələrdə fəaliyyət göstərən 10 şirkət məhsul və xidmətlərini təqdim edir.

Qeyd olunan sahələrdə KOB-ların göstərdiyi xidmət və məhsullardan istifadə etmək, təchizat zəncirində KOB-larla əməkdaşlığa yer vermək istəyən neft-qaz şirkətləri KOBİA və bp-nin birgə stendinə yaxınlaşmaqla yerli KOB-larla görüşlər keçirə, əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər.

Qeyd edək ki, "Caspian Oil and Gas" sərgisi iyunun 2-dək davam edəcək. Sərgidə neft, qaz və energetika sahəsinin aparıcı şirkətləri tərəfindən neft və qaz avadanlıqları, neft-qaz yataqlarının işlənməsi xidmətləri, enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemləri, neft-kimya məhsulları, texniki xidmət, təhlükəsizlik sahələrində innovativ texnologiyalar və s. məhsul və xidmətlər nümayiş olunur. Sərgi çərçivəsində həmçinin iyunun 1-də, saat 11.00-da Bakı Ekspo Mərkəzində "Kiçik və orta biznesin neft və qaz şirkətlərini təmin etməsi imkanları" mövzusunda panel müzakirə təşkil olunacaq.

Prezident: Azərbaycan qazına ehtiyac artmaqdadır like
  • 31 May 16:00  
Siyasət Prezident: Azərbaycan qazına ehtiyac artmaqdadır

"Həmrəylik Halqası" adlandırılan digər bir layihəyə Azərbayca

arrow Ətraflı
Prezident: Bolqarıstan vasitəsilə digər ölkələrə də qaz nəqli imkanlarını nəzərdən keçiririk like
  • 31 May 15:28  
Siyasət Prezident: Bolqarıstan vasitəsilə digər ölkələrə də qaz nəqli imkanlarını nəzərdən keçiririk

Yunanıstan-Bolqarıstan interkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz n

arrow Ətraflı
"Evinə qızlar gətirirdi, mənzilimin qapısını döyüb yoldaşıma..." like
  • 31 May 15:22  
Kriminal "Evinə qızlar gətirirdi, mənzilimin qapısını döyüb yoldaşıma..."

Bakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü İsa münaqişə zamanı

arrow Ətraflı
Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına fond yaradılıb like
  • 31 May 15:10  
Digərləri Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına fond yaradılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına ölkədə fond yaradıl�

arrow Ətraflı
“Report”un əməkdaşı faciəvi şəkildə vəfat edib like
  • 31 May 15:06  
Digərləri “Report”un əməkdaşı faciəvi şəkildə vəfat edib

"Report" İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib

arrow Ətraflı
Nüsrət Kəsəmənlinin nəvəsi Azərbaycanın ən yaraşıqlı kişisi seçildi  FOTO like
  • 31 May 14:58  
Şou-biznes Nüsrət Kəsəmənlinin nəvəsi Azərbaycanın ən yaraşıqlı kişisi seçildi FOTO

İki gün öncə Azərbaycanda "Mister & Miss Azerbaijan 2023" yarış

arrow Ətraflı
“ASAN xidmət” ilə bağlı bu qaydalar dəyişib like
  • 31 May 14:52  
Siyasət “ASAN xidmət” ilə bağlı bu qaydalar dəyişib

"ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətl

arrow Ətraflı
İsa Həbbibəyli Siyavuş Novruzova etiraz etdi like
  • 31 May 14:46  
Digərləri İsa Həbbibəyli Siyavuş Novruzova etiraz etdi

İsa Həbibbəyli parlamentin bu gün keçirilən iclasında həmkarı Siyavuş

arrow Ətraflı
Ad, soyadın dəyişdirilməsi ilə bağlı qayda dəyişdi like
  • 31 May 14:42  
Digərləri Ad, soyadın dəyişdirilməsi ilə bağlı qayda dəyişdi

Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi barədə q

arrow Ətraflı
İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb  FOTO like
  • 31 May 14:40  
Siyasət İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb FOTO

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəs

arrow Ətraflı