Bakıda İsrailin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub FOTO


Siyasət 31 May 2023 00:05:00 142 0

Bakıda İsrailin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  FOTO

Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq, birinci xanım Mixal Hersoq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, dövlət və hökumət nümayəndələri, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirildi.

İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirdi ki, İsrail və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında dostluq münasibətləri inkişaf edir, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir.

Sonra çıxış edən İsrail Prezidenti İsxak Hersoq qeyd etdi ki, bu il İsrail öz müstəqilliyinin 75-ci ildönümünü qeyd edir. Eyni zamanda, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. İki ölkənin müstəqillik günləri bir-birinə yaxın tarixlərdə qeyd olunur. Ölkələrimiz arasındakı sıx əlaqələr yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır.

İsrailin və Azərbaycanın davamlı tərəqqi və inkişaf yolu ilə irəlilədiyini vurğulayan Prezident İsxak Hersoq deyib ki, xalqlarımız arasındakı əlaqələrin qədim tarixi var. Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlararası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərdir. Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması əlaqələrimizin yeni müstəvidə inkişafına kömək edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İsrail Dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdırıb. Bildirib ki, İsrail Dövlətinin milli bayramının Ulu Öndərin adını daşıyan Mərkəzdə təntənəli şəkildə qeyd edilməsi olduqca əlamətdar bir haldır. Azərbaycan-İsrail əlaqələrinin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu uğurla davam etdirir. Müstəqilliyinin 75 ili ərzində böyük inkişaf yolu keçən İsrail Dövlətinin əldə etdiyi nailiyyətlər ölkəmizdə böyük rəğbətlə izlənilir. Bu, təsadüfi deyil. Çünki Azərbaycanla İsraili qarşılıqlı hörmət və etimada əsaslanan əsl dostluq münasibətləri birləşdirir.

Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30-cu ilinin tamam olduğunu xatırladan Sahibə Qafarova xalqlarımız arasındakı əlaqələrin daha dərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb.

Sonra İsrail Prezidentinə Azərbaycan xalçası hədiyyə olundu.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi.

Günün qoroskopu:  Eksperimentlər etmək olar like
  • 31 May 00:01  
Digərləri Günün qoroskopu: Eksperimentlər etmək olar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Qovuşacağımız günə qədər məni gözlə"  Xatun qardaşından yazdı like
  • 30 May 23:55  
Şou-biznes "Qovuşacağımız günə qədər məni gözlə" Xatun qardaşından yazdı

"Çox çətin bir gün. 30 may 1983-cü il. Doğulduğun gün indiyə qə

arrow Ətraflı
İsrail Dövlətinin Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar  FOTO like
  • 30 May 23:52  
Siyasət İsrail Dövlətinin Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar FOTO

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin Prezide

arrow Ətraflı
Ərdoğan “Qalatasaray”ı təbrik edib like
  • 30 May 23:48  
Digərləri Ərdoğan “Qalatasaray”ı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23-cü dəfə Türkiyə çempionu

arrow Ətraflı
ABŞ İrana görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək like
  • 30 May 23:43  
Dünya ABŞ İrana görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

"Amerika Birləşmiş Ştatları sabah, mayın 31-də Rusiyaya qarşı yeni

arrow Ətraflı
Rusiya xaricdə hərbi bazaları artırmalıdır like
  • 30 May 23:34  
Digərləri Rusiya xaricdə hərbi bazaları artırmalıdır

Vaşinqtonun Rusiyaya qarşı düşmənçilik siyasətinin güclənməsi xaricd�

arrow Ətraflı
II Elizabet özü haqqında üç kitab yazılmasına icazə verib like
  • 30 May 23:27  
Dünya II Elizabet özü haqqında üç kitab yazılmasına icazə verib

Böyük Britaniyanın keçmiş kraliçasının qarderobunda xidmət edən Anjela

arrow Ətraflı
İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlandı  FOTO like
  • 30 May 23:12  
Digərləri İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlandı FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka ya

arrow Ətraflı
Serialları başlamadan adı dəyişdirildi like
  • 30 May 23:04  
Digərləri Serialları başlamadan adı dəyişdirildi

Baş rolunu Nilsu Berfin Aktaşın canlandırdığı "Gül ve diken" s

arrow Ətraflı
Azərbaycanlı futbolçu ilə aparıcı evlənir  FOTO like
  • 30 May 22:56  
Şou-biznes Azərbaycanlı futbolçu ilə aparıcı evlənir FOTO

Ötən ilin yayında futbolçu Ruslan Cəfərov ilə nişanlanan Baku TV-nin xə

arrow Ətraflı
“WhatsApp”dan istifadəçilərə like
  • 30 May 22:50  
Digərləri “WhatsApp”dan istifadəçilərə

"WhatsApp" tərtibatçıları videozəng zamanı istifadəçilərə ek

arrow Ətraflı
Özbaşına fərdi ev tikənlər like
  • 30 May 22:42  
Digərləri Özbaşına fərdi ev tikənlər

Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.

arrow Ətraflı
“Nəhayət oğluna qovuşdu” like
  • 30 May 22:33  
Şou-biznes “Nəhayət oğluna qovuşdu”

Əməkdar artist Aybəniz Haşımova bu gün vəfat edən kinorejissor, aktyor E

arrow Ətraflı
Bu şəxsləri işə götürənlərin NƏZƏRİNƏ: Qanunla qadağan olanlar nədir?  AÇIQLAMA like
  • 30 May 22:25  
Digərləri Bu şəxsləri işə götürənlərin NƏZƏRİNƏ: Qanunla qadağan olanlar nədir? AÇIQLAMA

"Əmək qanunvericiliyinə əsasən, 15-18 yaş aralığında işçilər ü

arrow Ətraflı
Azərbaycan 1970ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib  FOTO like
  • 30 May 22:17  
Siyasət Azərbaycan 1970ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib FOTO

30 may tarixində UNESCO-nun mənzil-qərargahında "Mədəni dəyərlərin

arrow Ətraflı