Pakistan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 26 May 2023 12:27:00 59 0
Pakistan Prezidenti Arif Alvi Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri!
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluqla ən xoş arzularımı çatdırıram.
Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olmuşdur. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcəkdir.
Mən, həmçinin uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderin xatirəsinə dərin ehtiram bəsləyən, "Heydər Əliyev İli"ndə onun 100 illik yubileyini qeyd edən Azərbaycan xalqını təbrik edirəm.
Əminəm ki, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək üçün Sizinlə işləməkdə davam edəcəyik.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, xahiş edirəm, dərin ehtiramımı və xoş arzularımı qəbul edin".
Son.az
"Dostla düşməni ayırd edə bilsəydim bu günə heç qalardım? Onu se�

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezi

Kılıçdaroğlunun son çırpınışlarıdı, amma seçilməyəcək. O, təkcə

Bu gün Azərbaycana bu istiqamətdə verilən beynəlxalq yardım okeanda bir d

"Planet Parni iz Baku"nun konsertindən TikTok-da yayımlanan görünt

2018-2023-cü illərdə ölkəmizdə 231 min şəxsə əlillik təyin edilib və

İran bankının Azərbaycandakı filialı "Bank Milli İran Baku" bü

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir

Xəbər verdiyimiz kimi, 76-cı Kann Film Festivalına qatılanlar arasında akt

27-29 may tarixlərində Bakı şəhərində hərəkət iştirakçılarının ra

Rusiya paytaxtı Moskvada güclü yağış səbəbindən bir neçə rayonda yoll

Türkiyəli müğənni Tuğba Əkinci gəzinti zamanı görüntülənib.

Ermənistan baş naziri Nikol Paşinyan keçən ilin sonlarına qədər bildirir

Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat ba
