Bakı məktəbində insident: Narkotik satdığı iddia edilən şagirdin atası müəllimə hücum etdi


Digərləri 25 May 2023 15:14:00 162 0

Bakı məktəbində insident: Narkotik satdığı iddia edilən şagirdin atası müəllimə hücum etdi

Bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında insident yaşanıb. Metamfetamin satdığı iddia olunan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edib.

Müəllimənin telefonunu əlindən alan valideyn ona nalayiq ifadələr səsləndirib və beləliklə mübahisə böyüyüb. Səhər Əhmədova baş verənlərlə bağlı "102" xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib. Səhər Əhmədovanın müəllim yoldaşları da mübahisə edən tərəfləri sakitləşdirməyə cəhd ediblər.

Bizim.media-ya müraciət edən 158 nömrəli məktəbin müəllimi Səhər Əhmədova aidiyyəti qurumların sözügedən təhsil müəssisəsini nəzarətə götürmələrini istəyib. 

O, deyib ki, 10-cu sinif şagirdi Mehdi Məmmədli onunla bir sinifdə oxuduğu bacısı qızına əməlli-başlı travma yaşadır:

"Bacım qızını bu ilin sentyabrından Kürdəmirdən həmin məktəbə transfer etmişik. Şəhər mühitinə alışmamış hər gün travma yaşayır. Sinif yoldaşı Mehdi Məmmədli onun "gününü qara edib". Sən demə bir neçə ay əvvəl də qıza bıçaq çəkərək - "səni yortaram", - deyib. Bacım qızı şikayətlənmədiyi üçün xəbərimiz olmayıb. 

Ötən gün aralarında növbəti problem yaşanıb. Mehdi Məmmədli barədə məktəb daxilində heç də xoş sözlər deyilmir. Eşitmişəm ki, metamfetamin satmaqla məşğuldur, dəfələrlə məktəb çantasından qəlyan çıxıb, pis vərdişləri var, 10-cu sinfə isə bütün fənlərdən "2" qiymətlə çıxıb.

Aşağı sinif şagirdləri belə ondan qorxur, yan gəzir və kriminal uşaq olduğunu deyirlər. Bir sözlə hamıya qənim kəsilib. Məktəb direktoru isə bu vəziyyətə və baş verənlərə susur".

Səhər Əhmədovanın sözlərinə görə Mehdi Məmmədli bacısı qızına onunla bağlı xoş olmayan ifadələr səsləndirib. Bundan təngə gələn qız baş verənləri xalasına danışıb və beləliklə Mehdi Məmmədlinin atası ilə müəllim arasında qalmaqal yaşanıb:

"Ona oğlunun metamfetamin satışı ilə məşğul olduğunu dedim. "Sübut et", - deyə üzərimə hücum edərək telefonumu əlimdən aldı. Bütün bunlar isə direktorun otağında baş verdi. İş orasındadır ki, direktor da illərdir hamı üçün problem yaşadan şagirdin atasını müdafiə edir. Tələb edirəm, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi komissiya göndərsinlər və məktəbdə baş verənləri araşdırsınlar. Direktorun isə belə valideynləri niyə müdafiə etdiyi ortaya çıxsın". 

Məsələ ilə bağlı məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə yaradılıb. Danışa bilmədiyini əsas gətirərək bir neçə dəqiqə sonra özü əlaqə yaradacağını desə də, geri dönüş etməyib. Təkrar özümüz əlaqə yaratsaq da, danışmaq istəməyib. 

Mehdi Məmmədlinin sinif rəhbəri Mətanət xanım da baş verənlərlə bağlı danışıb. O, deyib ki, valideynin müəllimin üzərinə yeriməsi, hücum çəkərək təhqir etməsi düzgün olmayıb:

"Mən də oradaydım. Valideyn düz eləmədi. Hətta ağzından söyüşlər də çıxdı. Mən bunun əleyhinəyəm. Cəmiyyətdə müəllimin nüfuzu o qədər aşağı düşüb ki, valideynlər üstümüzə hücum çəkirlər. Həmin vaxt valideynə də yalvardıq, xahiş etdik ki, oturaq, sakit danışaq. Hər şey ola bilər. Biz valideynlərdən, uşaqlardan hər şey gözləyirik. Mehdinin sinif yoldaşı ilə bağlı problemində isə iştirak etməmişəm. Aralarındakı məsələ tənəffüsdə baş verib". 

Müəllim deyib ki, Mehdi Məmmədlinin bir neçə dəfə də sinif yoldaşları ilə insidenti olub:

"Pilot sinif olduğu üçün o sinfi bu il götürmüşəm. Adi sinifdir və yığma komanda da deyə bilərik. Mehdi idmanla məşğul olur və belə pis uşaq deyil. Amma narahatlığı olduğunu gizlədə bilmərəm. Görürsən, uşaqlarla deyişir və hərdən kobud zarafatlar edir. Bir neçə dəfə sinif yoldaşları ilə insidentləri olub. Dəfələrlə danışmışıq, psixoloq da onunla məşğul olub. Nə edək? Məktəbdir və biz də bu şəraitdə işləyirik. Qaldı ki, metamfetamin satması iddiasına onun pis vərdişlərini, hansısa alışqanlığını deyə bilmərəm. Oxumağı isə, bəli, zəifdir", - deyə sinif rəhbəri əlavə edib. 

Hotel xidmətləri daha da arta bilər  VİDEO like
  • 25 May 15:08  
Digərləri Hotel xidmətləri daha da arta bilər VİDEO

Azərbaycandakı bəzi hotellərdə bahalaşma var. Qiymətlərin növbəti ayla

arrow Ətraflı
Qaribaşvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 25 May 15:06  
Siyasət Qaribaşvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Pr

arrow Ətraflı
Ayaqyolu təmizləmək üstündə düşən mübahisə ölümlə nəticələndi  VİDEO like
  • 25 May 14:55  
Digərləri Ayaqyolu təmizləmək üstündə düşən mübahisə ölümlə nəticələndi VİDEO

İstanbulun Bayrampaşa rayonunda yerləşən fabriklərin birində fəhlələr

arrow Ətraflı
Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib like
  • 25 May 14:52  
Siyasət Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə

arrow Ətraflı
"Bu görüntülərin müzakirə olunacağını bilirdim"  VİDEO  FOTO like
  • 25 May 14:44  
Şou-biznes "Bu görüntülərin müzakirə olunacağını bilirdim" VİDEO FOTO

Bir çox məşhur mahnıların bəstəkarı, müğənni Sivva (Sevinc Ağasıyev

arrow Ətraflı
Oxunması əziyyət verən dərman reseptləri: like
  • 25 May 14:33  
Digərləri Oxunması əziyyət verən dərman reseptləri:

Sağlamlığımızla bağlı hər hansı bir problemimiz olanda həkimə üz tu

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti may ayında ilk dəfə 80 dolları ötüb like
  • 25 May 14:22  
Digərləri Azərbaycan neftinin qiyməti may ayında ilk dəfə 80 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi

arrow Ətraflı
Mənzil alan şəxs hansı halda “ƏDV geri al” sistemindən yararlana bilməz? like
  • 25 May 14:11  
Digərləri Mənzil alan şəxs hansı halda “ƏDV geri al” sistemindən yararlana bilməz?

Yeni binalardan mənzil alan şəxslər "ƏDV"-nin bir hissəsini geri

arrow Ətraflı
#kitabfest: TikTok Azərbaycanda kitabsevərləri birləşdirir like
  • 25 May 14:08  
Kriminal #kitabfest: TikTok Azərbaycanda kitabsevərləri birləşdirir

#BookTok dünyanın hər yerindən kitabsevərləri birləşdirən əsl mədəni

arrow Ətraflı
Taksi fəaliyyətində vəziyyət bir o qədər ürəkaçan deyil like
  • 25 May 14:06  
Digərləri Taksi fəaliyyətində vəziyyət bir o qədər ürəkaçan deyil

Bu gün taksi daşıyıcılarının 90 %-i müxtəlif onlayn platformalar və

arrow Ətraflı
"Formula 1"in zolaqlarına sahib çıxan yoxdur... like
  • 25 May 14:00  
Digərləri "Formula 1"in zolaqlarına sahib çıxan yoxdur...

Formula-1 bir yarışlarından sonra sürücülər paytaxtın mərkəzi küçə

arrow Ətraflı
Nizamsız taksi xaosu: problemdən çıxış yolu nədir? like
  • 25 May 13:55  
Digərləri Nizamsız taksi xaosu: problemdən çıxış yolu nədir?

Son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlərin h�

arrow Ətraflı
Naxçıvanda DYP rəisi vəzifəsindən like
  • 25 May 13:53  
Digərləri Naxçıvanda DYP rəisi vəzifəsindən

Naxçıvan Muxtar Rüspublikasının Culfa Rayon Dövlət Yol Polisi İdarəsini

arrow Ətraflı
Türkiyə Malayziyaya PUA ixrac edəcək like
  • 25 May 13:51  
Digərləri Türkiyə Malayziyaya PUA ixrac edəcək

Türkiyənin Aerokosmik Sənayesi şirkəti Malayziya Hərbi Hava qüvvələri �

arrow Ətraflı
“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?” like
  • 25 May 13:49  
Şou-biznes “Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?”

"Müasir aktyorların komediyası mənə çatmır. Mən şəxsən onlar kim

arrow Ətraflı