#kitabfest: TikTok Azərbaycanda kitabsevərləri birləşdirir
Kriminal 25 May 2023 14:08:00 88 0
#BookTok dünyanın hər yerindən kitabsevərləri birləşdirən əsl mədəni fenomenə çevrilib: bu həştəq ilə paylaşılan videolar TikTok-da 140 milyarddan çox baxış toplayıb. Videolarda müxtəlif ölkələrdən olan istifadəçilər oxuduqları kitablarla bağlı tövsiyə və təəssüratlarını paylaşırlar.
Bu xəbəri də oxu: Ağsuda 1 tondan artıq çətənə kolu məhv edilib FOTO
#BookTok artıq kitab sənayesində öz təsirini göstərməkdədir: o, yazıçıların məşhurlaşmasına və kitabların bestsellerlər siyahısına düşməsinə şərait yaradır. Artıq insanlar kitab seçərkən TikTok rəylərinə istinad edirlər. Belə ki, #kitab həştəqi ilə paylaşılan videolar artıq 300 milyondan çox baxış əldə edib.
Azərbaycanda kitab mütaliəsi trendini dəstəkləmək məqsədilə TikTok "Əli və Nino" mağazalar şəbəkəsi və "Qanun" Nəşriyyat Evi ilə birgə bu platformada #kitabfest adlı yeni kampaniyaya start verib. Təşəbbüs çərçivəsində ölkənin hər yerindən istifadəçilər #kitabfest həştəqi ilə ədəbiyyat və mütaliə mövzusunda videolar çəkməyə dəvət olunur. Videolar kitab xülasələri, qutuların açılması (unpacking), sevimli əsərlərdən hissələr, mütaliə və ədəbiyyatla bağlı şəxsi hekayələr və Bakı təşkil olunan Milli Kitab Sərgisindən reportajlar mövzularını əhatə edə bilər.
Beş ən yaradıcı videonun sahibi dəyərli mükafat - "Əli və Nino" mağazalar şəbəkəsindən 100 AZN dəyərində hədiyyə kartı qazanacaq.
TikTok haqqında
TikTok - qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
Bu gün taksi daşıyıcılarının 90 %-i müxtəlif onlayn platformalar və

Formula-1 bir yarışlarından sonra sürücülər paytaxtın mərkəzi küçə

Son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlərin h�

Naxçıvan Muxtar Rüspublikasının Culfa Rayon Dövlət Yol Polisi İdarəsini

Türkiyənin Aerokosmik Sənayesi şirkəti Malayziya Hərbi Hava qüvvələri �

"Müasir aktyorların komediyası mənə çatmır. Mən şəxsən onlar kim

2023-ci ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 237 daş

Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib.

Baxmut kampaniyası insan itkiləri baxımından Rusiya üçün ən bahalı əm�

Muzey Mərkəzində, 26 may saat 18:00-da, Eldəniz Babayevın "ZƏFƏR MÜ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazad

Şamaxıda Yuxarı məhəllələrin çirkabı aşağı məhəllədə yaşayan sa

Prezident İlham Əliyev Elmira Axundovanın 2-ci dərəcəli "Vətənə xi

2023-cü ilin sonundan başlayaraq Şuşaya təqribən 1500 nəfərin köçürü
