Tehran rejimi azərbaycanlıları qırğına verir


Digərləri 25 May 2023 09:53:00 127 0

Tehran rejimi azərbaycanlıları qırğına verir

Azərbaycanın güney hissəsində əsgərlik yaşı çatmış gənclərimiz Bəlucistanda və İranın şimali-şərqində kürdlərin yaşadığı yerlərdə güdaza verilir. İran azərbaycanlı əsgərləri öz siyasətinə alət edir.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a güneyli milli fəal və siyasi şərhçi Rəhim Sulduzlu İranda daxili qarşıdurmaları yatıran güneyli gənc hərbçilərin öldürülməsindən danışarkən deyib.

O, molla rejiminin millətlər və məzhəblərarası ixtilaf üzərində siyasətini formalaşdırdığını bildirib:

"Təəssüf ki, hər ikisindən Azərbaycan türkləri öz nəsibini alıb. Bəluclar məzhəb etibarı ilə sünnidirlər. Onlara qarşı dini ayrı-seçkilik edilir və qırğına verilir. Bu qırğınları isə guya azərbaycanlı əsgərlərin etdikləri görüntüsünü yaratmağa çalışırlar. Bununla da bəluc və Azərbaycan xalqının arasını vururlar. Gənclərimiz bu münaqişələrin qurbanına çevrilir. Eyni siyasət həm də ərəb və lorlar arasında aparılır. Başqa qeyri-fars millətlər də üz-üzə qoyulur. Onlar arasında da nifaq salınır. Burada da düşmənçilik toxumu səpilir. Meyvəsini özü yeyir, xalqları da bir-birinə düşmən etməklə, ömrünü uzadır".

Sulduzlunun sözlərinə görə, İranın mərkəz bölgələri sayılan ərazilərində xidmət edənlərin əksəriyyəti farslardan ibarət olur:

"Güney Azərbaycan gəncləri orada yaşayan digər xalqlar kimi hərbi xidmət keçməyə məcburdur. Onların başqa çarələri yoxdur. Amma İranın mərkəz bölgələrində xidmət edən əsgərlərin bir çoxu farslardır. Farslar hakimiyyətin dəyişməsinin tərəfdarı olsalar da, İran adlanan ölkənin bölünməsini istəmədikləri üçün qorxulu sayılmırlar. Odur ki, İranın mərkəzi yerlərində hərbi xidmət edirlər".

Qeyd edək ki, Bəlucistan vilayətində baş verən münaqişələri gənc azərbaycanlı əsgərlərin əli ilə yatırırlar. Sarvan münaqişələrində ölənlərin çoxu Azərbaycan və Xorasan türkləridir. Bu isə sosial şəbəkələrdə azərbaycanlıların narazılığına səbəb olub.

Bakıda yük maşını velosipedçini vurub öldürdü like
  • 25 May 09:44  
Digərləri Bakıda yük maşını velosipedçini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Aysel bu görüntü üçün 68 min xərcləyib? like
  • 25 May 09:37  
Şou-biznes Aysel bu görüntü üçün 68 min xərcləyib?

İnfluenser Aysel Şükürün doğum günü paylaşımı müzakirələrə səbə

arrow Ətraflı
İsrafçılığın qarşısını almaq üçün yeni TOY təklifləri gəlir... like
  • 25 May 09:28  
Digərləri İsrafçılığın qarşısını almaq üçün yeni TOY təklifləri gəlir...

Ölkədə toy menyuları ilə bağlı xüsusi normaların tətbiqi təklif olunu

arrow Ətraflı
Zelenski İrana qəzəbləndi: like
  • 25 May 09:21  
Dünya Zelenski İrana qəzəbləndi:

Ümumilikdə Ukraynaya qarşı təxminən 1160 "Şahid" PUA-sından is

arrow Ətraflı
Zərdabda qadın heyətində asılmış vəziyyətdə tapıldı like
  • 25 May 09:14  
Digərləri Zərdabda qadın heyətində asılmış vəziyyətdə tapıldı

Zərdabda 64 yaşlı qadın evində ölü tapılıb.

arrow Ətraflı
Türk musiqiçi 100 yaşında vəfat etdi like
  • 25 May 09:07  
Şou-biznes Türk musiqiçi 100 yaşında vəfat etdi

Türkiyənin caz musiqiçisi Bozkurt İlham Gencer vəfat edib.

arrow Ətraflı
Süleyman Soylu: “Türkiyədən Suriyaya 1 milyon adam qayıdacaq" like
  • 25 May 08:58  
Dünya Süleyman Soylu: “Türkiyədən Suriyaya 1 milyon adam qayıdacaq"

Türkiyədəki 1 milyon suriyalı qaçqının geri qayıtması üçün Suriyanı

arrow Ətraflı
Danimarkanın baş naziri NATOnun baş katibi postuna namizəd olmadığını açıqlayıb like
  • 25 May 08:49  
Dünya Danimarkanın baş naziri NATOnun baş katibi postuna namizəd olmadığını açıqlayıb

Danimarkanın baş naziri Mette Frederiksen NATO-nun baş katibi vəzifəsinə t

arrow Ətraflı
Bakıda 5ci Milli Kitab Sərgisi keçiriləcək like
  • 25 May 08:40  
Kriminal Bakıda 5ci Milli Kitab Sərgisi keçiriləcək

İçərişəhərdə 5-ci Milli Kitab Sərgisi başlayır.

arrow Ətraflı
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb like
  • 25 May 08:24  
Digərləri Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

arrow Ətraflı
Almaniya Rusiyanın müharibəyə çağırış yaşında olan 55 vətəndaşına sığınacaq verib like
  • 25 May 08:08  
Dünya Almaniya Rusiyanın müharibəyə çağırış yaşında olan 55 vətəndaşına sığınacaq verib

2022-ci il fevralın 24-də Ukraynada Rusiya müharibəsi başlayandan bu il apr

arrow Ətraflı
Qaz kəmərinin partlaması nəticəsində 7 nəfər xəsarət alıb like
  • 25 May 08:00  
Dünya Qaz kəmərinin partlaması nəticəsində 7 nəfər xəsarət alıb

Meksikada "Pemex" neft-qaz şirkətinin boru kəmərində baş vermiş

arrow Ətraflı
Sərnişin metroda başıaşağı vəziyyətdə qaldı  FOTO like
  • 25 May 07:54  
Digərləri Sərnişin metroda başıaşağı vəziyyətdə qaldı FOTO

Brüsselin xilasetmə xidməti metro işə başlayan kimi çağırış qəbul ed

arrow Ətraflı
BTİ və Azərbaycan yeni telekommunikasiya əlaqəsinin yaradılmasında əməkdaşlıq edirlər like
  • 25 May 07:51  
Siyasət BTİ və Azərbaycan yeni telekommunikasiya əlaqəsinin yaradılmasında əməkdaşlıq edirlər

Beynəlxalq Telekommunikasiya İttifaqı və Azərbaycan yeni telekommunikasiya

arrow Ətraflı
Əlahiddə Çevik Polis Alayının manqa komandiri zəhərlənərək ölüb like
  • 25 May 07:45  
Digərləri Əlahiddə Çevik Polis Alayının manqa komandiri zəhərlənərək ölüb

Mayın 25-də saat 5 radələrində polis baş serjantı xəstəxanada vəfat ed

arrow Ətraflı