“Bu rəqsləri toylarımızda necə gəldi oynayıb, pis günə qoyurlar...” FOTOLAR


Kriminal 24 May 2023 20:47:00 176 0

“Bu rəqsləri toylarımızda necə gəldi oynayıb, pis günə qoyurlar...”  FOTOLAR

"Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çox istedadlıdırlar. Onlar birinci sinifdən rəqs məktəbində oxuyurlar. Rəqs elə bir sənətdir ki, məktəbi keçməsən, sən onu professional səviyyədə ortaya çıxara bilməzsən. O vaxt bizim Leyla Vəkilova, Roza Cəlilova, Xumar Zülfüqarova, Afaq Məlikova, Rəfiqə Axundova kimi gözəl müəllimlərimiz var idi. Onlardan sonra tələbələrə biz öyrədirik. Biz onlara təkcə milli yox, klassik, dünya rəqslərini də öyrədirik. İndi bizim qadınlarımız da rəqslə məşğul olmağa başlayıblar. 40 yaşından sonra xanımlar deyirdilər ki, rəqslə məşğul olmaq artıq gecdir. Mənə elə gəlir ki, dünyada heç nə gec deyil. İnsan istədiyi hər şeyə nail ola bilir. Bizim qadınlarımız əlləri ilə işləməyə, hərəkətlər etməyə utanırdılar. Xanımlar daha çox toylarda gözəl oynasınlar deyə rəqsə gedirlər. Xanım həmişə xanım kimi rəqs etməlidir. Hər xanım öz yaşına uyğun geyinməlidir, rəqs etməlidir".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Təranə Muradova deyib.

"28 yaşında artıq iki övladım var idi. Bizim sənətlə ailə çox çətindir. Mən dünyanı gəzirdim, aylarla Bakıda olmurdum. Bacılarım mənə çox köməklik edirdilər. Dünyanın bir çox ölkələrindən təkliflər almışam. Amma heç vaxt öz ölkəmi qoyub, birdəfəlik getməmişəm. Avstriyada 10 il işləyib, yenidən vətənə qayıtmışam. Mənim həyatım çox maraqlıdır, gözəldir. Baxmayaraq ki, vaxtilə çox çətinliklərlə rastlaşmışam. Yenə də doğulsaydım belə həyat yaşamaq istərdim" deyə xalq artisti bildirib.

Xalq artisti deyir ki, restoranlarda rəqslərimizi layiqincə təbliğ etmirlər.

"Naz eləmə" rəqsinə vaxtilə görkəmli rəqqas Əlibaba Abdullayev quruluş verib. Bəzən toylarda oluruq, gözümün şahidi oluram ki, bu rəqsi nə günə qoyurlar. Necə gəldi oynayıb, gedirlər. Əlibaba müəllim o vaxt regionları gəzib, bu rəqsləri toplayıb. Bu rəqslər bizim tariximizdir. Tariximizi, zövqləri korlamaq olmaz. Nə olsun ki, toydur?! Toyda da gözəl, düzgün rəqs etmək olar. O vaxt da rəqqasələr toylara gediblər. Görün necə gözəl təbliğ ediblər" deyə sənətkar bildirib.

Xalq artisti "Xarıbülbül" festivalından da danışıb.

"30 il bundan əvvəl Şuşada "Xarıbülbül" festivalında iştirak etmişdim. Allaha yalvarırdım ki, torpaqlarımız qayıtsın, Şuşaya gedib, orada rəqs edəcəm. Baxmayaraq ki, 8 ildir ki, mən rəqs etmirəm. Amma arzumu yerinə yetirdim. Şuşada rəqs etmək mənim üçün çox xoş idi. Buna rəqs də demək olmazdı. Bu Allahla təmas idi. Mən orada şəhidlərimizin ruhuna baş əydim, şəhidlərimizin analarına səbr dilədim. Bilirəm ki, ana üçün bala itirmək nə deməkdir. Bu bir növ ritual idi. "Xarıbülbül" festivalında yenidən Şuşanı görmək qismət oldu. Oranın təbiəti, dağlarının əzəməti elə gözəldir ki. İnsan söz tapmır Şuşanın gözəlliklərini təsvir etsin" deyə sənətkar bildirib.

Azərbaycanda nə qədər talassemiya xəstəsi var? like
  • 24 May 20:18  
Digərləri Azərbaycanda nə qədər talassemiya xəstəsi var?

2022-ci ildə ilk dəfə talassemiya diaqnozu ilə 320 nəfər qeydə alınıb.

arrow Ətraflı
15 yaşlı qız smartfona görə like
  • 24 May 20:09  
Digərləri 15 yaşlı qız smartfona görə

Qayanada (Cənubi Amerika) tələbə internat məktəbinin yataqxanasını yand�

arrow Ətraflı
Maaşları artırmayan müəssisələrə bildiriş göndərilir  VİDEO like
  • 24 May 20:00  
Digərləri Maaşları artırmayan müəssisələrə bildiriş göndərilir VİDEO

Bəzi müəssisələrə əməkhaqqıları artırmaq tövsiyə olunur.

arrow Ətraflı
İran parlamentində əlbəyaxa dava  VİDEO like
  • 24 May 19:48  
Dünya İran parlamentində əlbəyaxa dava VİDEO

İran parlamentində əlbəyaxa dava olub.

arrow Ətraflı
Ramil Nabranın atası meyxanaçı imiş like
  • 24 May 19:36  
Şou-biznes Ramil Nabranın atası meyxanaçı imiş

Reper Ramil Nabran həyatı ilə bağlı bəzi faktları açıqlayıb.

arrow Ətraflı
İqtisadi Şuranın növbəti iclası keçirilib  FOTO like
  • 24 May 19:26  
Digərləri İqtisadi Şuranın növbəti iclası keçirilib FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.

arrow Ətraflı
Vəhşi fillər yolun ortasında döyüşdülər  VİDEO like
  • 24 May 19:24  
Digərləri Vəhşi fillər yolun ortasında döyüşdülər VİDEO

Hindistanda iki vəhşi fil yolun ortasında şiddətli döyüşə çıxıb.

arrow Ətraflı
Yeni məktəbli formalarının qiyməti açıqlandı like
  • 24 May 19:12  
Digərləri Yeni məktəbli formalarının qiyməti açıqlandı

2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar haz

arrow Ətraflı
Ermənistanla Azərbaycan bu barədə razılığa gəlib  Paşinyan like
  • 24 May 19:08  
Digərləri Ermənistanla Azərbaycan bu barədə razılığa gəlib Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın qalan əraziləri ilə

arrow Ətraflı
"Polis bizi  tutub o cür fotomuzu çəkmişdi, Kübra stolun altına girmək istəyirdi"  VİDEO like
  • 24 May 19:00  
Şou-biznes "Polis bizi tutub o cür fotomuzu çəkmişdi, Kübra stolun altına girmək istəyirdi" VİDEO

Aparıcı Elgiz Əkbər pandemiya ərəfəsində qanunları pozduğunu etiraf ed

arrow Ətraflı
Sürücüdən özəl taksi şirkətlərinə: “Nökər olmaq istəmirəm”  VİDEO like
  • 24 May 18:50  
Digərləri Sürücüdən özəl taksi şirkətlərinə: “Nökər olmaq istəmirəm” VİDEO

Taksi sürücüləri özəl şirkətlərin qoyduqları qiymətlərdən narazıd�

arrow Ətraflı
Hiçkokun quşlar barədə qorxu filmi real oldu  FOTO like
  • 24 May 18:48  
Dünya Hiçkokun quşlar barədə qorxu filmi real oldu FOTO

Böyük Britaniyada qağayılar qeyri-qanuni maddələrə aludə olublar və h�

arrow Ətraflı
Lökbatanda silahlı insident  güllələnən var like
  • 24 May 18:42  
Kriminal Lökbatanda silahlı insident güllələnən var

Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsə

arrow Ətraflı