Sinan Oğanın qərarı Ərdoğanın alacağı səslərin artmasında mühüm rol oynayacaq


Digərləri 24 May 2023 14:10:00 149 0

Sinan Oğanın qərarı Ərdoğanın alacağı səslərin artmasında mühüm rol oynayacaq

Sinan Oğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi onun ikinci turda alacağı səslərin artmasında mühüm rol oynayacaq.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli siyasi ekspert Can Acun deyib.

"Sinan Oğan siyasi partiyası olmasa belə seçkiqabağı dönəmdə milliyətçi fikirləri, Türkiyəyə gələn mühacir və qaçqınlarla bağlı məsələlərlə gündəmə gələn siyasətçidir. O, həm də Türk Dünyasına böyük önəm verən bir şəxs kimi gənclərin, xüsusilə seçicilərin diqqətini çəkməyi bacarıb", - deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, Türkiyənin Memleket Partiyasının rəhbəri Muharrem İncənin prezident namizədliyindən çəkilməsi nəticəsində Sinan Oğan seçkilərin ilk turunda 5 % səs toplayıb.

"Düşünürəm ki, bu elə də böyük bir şey deyil, lakin prezident Ərdoğanın qalib gəlməsində və rəqibinə qarşı əhəmiyyətli üstünlük əldə etməsində rol oynayacaq. S.Oğan, həmçinin, seçkilərdən sonra da qaçqınlarla bağlı məsələlərdə mübarizəyə davam edəcək", - deyə C.Acun bildirib.

Qeyd edək ki, Sinan Oğan dünən prezident seçkilərinin ikinci turunda Rəcəb tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ermənistan parlamentində yenə dava düşüb like
  • 24 May 14:06  
Digərləri Ermənistan parlamentində yenə dava düşüb

Ermənistan parlamentində növbəti dəfə ara qarışıb, məzhəb itib.

arrow Ətraflı
Separatçılar panikada: like
  • 24 May 14:03  
Digərləri Separatçılar panikada:

Son günlər Xankəndidəki erməni separatçıları arasında gərginlik artıb

arrow Ətraflı
Bu il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb like
  • 24 May 14:00  
Digərləri Bu il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerl�

arrow Ətraflı
44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıbmış... like
  • 24 May 13:57  
Digərləri 44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıbmış...

"Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsa

arrow Ətraflı
Özünü xain və satqın kimi aparma  Rusiyadan Ermənistana like
  • 24 May 13:54  
Digərləri Özünü xain və satqın kimi aparma Rusiyadan Ermənistana

Ermənistan növbəti dəfə Rusiya tərəfindən təhqir olunub. Rusiya tabeliy

arrow Ətraflı
Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır like
  • 24 May 13:52  
Dünya Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır

Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır. Ölkə

arrow Ətraflı
İradə: “Gənclər əllərindən gələni edirlər ki, xoşbəxt olmasınlar” like
  • 24 May 13:41  
Şou-biznes İradə: “Gənclər əllərindən gələni edirlər ki, xoşbəxt olmasınlar”

"Ailə qurmaq böyük şans və riskdir. Evliliyimizin bir ili tamam olmuş

arrow Ətraflı
Artıq müharibənin dönüş nöqtəsidir like
  • 24 May 13:30  
Digərləri Artıq müharibənin dönüş nöqtəsidir

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq həlledici məq

arrow Ətraflı
"Çən quraşdırmağa qoymurlar, daimi su isə verilmir" like
  • 24 May 13:19  
Digərləri "Çən quraşdırmağa qoymurlar, daimi su isə verilmir"

Daimi su təminatı var deyə su çənlərini yığışdırdılar. İndi isə fa

arrow Ətraflı
Avtobus və metrolarda kondisionerlərlə bağlı narazılığa like
  • 24 May 13:14  
Digərləri Avtobus və metrolarda kondisionerlərlə bağlı narazılığa

Havaların istiləşməsi ilə Bakıda ictimai nəqliyyatda kondisionerlərin i�

arrow Ətraflı
DokuBaku 7ci Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbulunu elan edir like
  • 24 May 13:12  
Kriminal DokuBaku 7ci Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbulunu elan edir

DokuBaku 7-ci Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizəl

arrow Ətraflı
Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçiriləcək like
  • 24 May 13:10  
Kriminal Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçiriləcək

Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, Əməkdar ar

arrow Ətraflı
Türkan sevgili axtarır  “Ən azı 40 yaşı olsun” like
  • 24 May 13:08  
Şou-biznes Türkan sevgili axtarır “Ən azı 40 yaşı olsun”

Müğənni Türkan Vəlizadə eşq yaşamaq niyyətindədir.

arrow Ətraflı