Ceyhun Bayramovun məktubu


Siyasət 24 May 2023 15:02:00 181 0

Ceyhun Bayramovun məktubu

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu bağlı BMT Baş katibinə ünvanlandığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.

XİN-dən verilən məlumata görə, məktubda əlverişsiz hava şəraiti ilə əlaqədar yollarını azaraq itkin düşmüş, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş, işgəncə və digər qeyri-insani davranışlara məruz qalmış, barələrində qurama məhkəmə işi qurulmuş Azərbaycan Ordusunun əsgərlərinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüquqa və öhdəliklərinə zidd olaraq Azərbaycana geri qaytarılmaması barədə ciddi narahatlıq ifadə olunur.

Sosial şəbəkələrdə və digər ictimaiyyətə açıq mənbələrdə törədilmiş işgəncə və digər cinayət əməllərinin sübut olunmasına baxmayaraq, Ermənistan tərəfinin bu əməlləri törədənləri cəzalandırmaq əvəzinə, Azərbaycan əsgərlərindən sövdələşmə subyekti kimi istifadəyə cəhd etməsi BMT Baş Katibinin diqqətinə çatdırılır.

Bu məqsədlə, Azərbaycan əsgərləri ilə bağlı qondarma ittihamlarda "Məhkəmə prosesi"nin təşkil edildiyi və Aqşin Bəbirov barədə 11 il 6 ay 15 gün həbs qərarının verildiyinə etiraz bildirilir.

Məktubda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Ermənistan rəsmiləri tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən açıqlamaların verildiyi və bu cür məsuliyyətsiz davranışı ilə Ermənistanın beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymadığının bir daha nümayiş etdirildiyi qeyd olunur.

Ermənistan tərəfinin bu məsuliyyətsiz addımla ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə qarşılıq verməməsinin Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərdiyi diqqətə çatdırılır.

Ermənistan tərəfinin bütün bu təxribatçı addımlarının beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı səylərini artırdığı dövrə təsadüf etdiyi xatırlanır. Məktubda bildirilir ki, Ermənistan tərəfindən təşkil olunmuş qondarma "məhkəmə prosesi" iki ölkə xarici işlər nazirləri arasında Vaşinqtonda 4 gün davam edən danışıqlardan bir neçə gün sonra, Avropa İttifaqı və digər tərəfdaşların vasitəçiliyi ilə iki ölkənin dövlət başçılarının görüşü ərəfəsində baş vermişdir.

Məktubun sonunda BMT Baş Katibi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyəti pisləməyə və bu cür təxribatların dərhal dayandırılması, bu ölkənin öz beynəlxalq öhdəliklərinə uyğun olaraq girovluqda olan Azərbaycan əsgərlərini ləyaqət və həyatlarına hörmət prinsipi əsasında dərhal qeyd-şərtsiz azad etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırılır.

Məktubla BMT-nin aşağıdakı səhifəsində tanış olmaq mümkündür:

https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N23/134/36/pdf/N2313436.pdf?OpenElement

Zilanlı kəndi bir il yarıma tikiləcək  VİDEO like
  • 24 May 15:00  
Digərləri Zilanlı kəndi bir il yarıma tikiləcək VİDEO

Qubadlı rayonunun Bərgüşad və Həkəri çayının qovşağında yerləşən

arrow Ətraflı
"Ermənistan öhdəliklərini yerinə yetirmir" like
  • 24 May 14:56  
Siyasət "Ermənistan öhdəliklərini yerinə yetirmir"

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının preziden

arrow Ətraflı
Toyda Manafın başına "pul yağdı"  VİDEO like
  • 24 May 14:48  
Şou-biznes Toyda Manafın başına "pul yağdı" VİDEO

Müğənni Manaf Ağayev toy məclisindəki canlı ifası ilə gündəm olub.

arrow Ətraflı
Kamaləddin Qafarov: “AzərbaycanLitva münasibətləri uğurla inkişaf edir” like
  • 24 May 14:40  
Siyasət Kamaləddin Qafarov: “AzərbaycanLitva münasibətləri uğurla inkişaf edir”

"Mayın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvaya  rəsm

arrow Ətraflı
Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub like
  • 24 May 14:36  
Kriminal Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümumm

arrow Ətraflı
İcbari tibbi sığortaya yeni xidmətlər əlavə olunacaq like
  • 24 May 14:25  
Digərləri İcbari tibbi sığortaya yeni xidmətlər əlavə olunacaq

İcbari Tibbi Sığortaya yeni xidmətlər əlavə olunacaq.

arrow Ətraflı
Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb like
  • 24 May 14:14  
Kriminal Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının

arrow Ətraflı
Sinan Oğanın qərarı Ərdoğanın alacağı səslərin artmasında mühüm rol oynayacaq like
  • 24 May 14:10  
Digərləri Sinan Oğanın qərarı Ərdoğanın alacağı səslərin artmasında mühüm rol oynayacaq

Sinan Oğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi

arrow Ətraflı
Ermənistan parlamentində yenə dava düşüb like
  • 24 May 14:06  
Digərləri Ermənistan parlamentində yenə dava düşüb

Ermənistan parlamentində növbəti dəfə ara qarışıb, məzhəb itib.

arrow Ətraflı
Separatçılar panikada: like
  • 24 May 14:03  
Digərləri Separatçılar panikada:

Son günlər Xankəndidəki erməni separatçıları arasında gərginlik artıb

arrow Ətraflı
Bu il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb like
  • 24 May 14:00  
Digərləri Bu il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerl�

arrow Ətraflı
44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıbmış... like
  • 24 May 13:57  
Digərləri 44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıbmış...

"Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsa

arrow Ətraflı
Özünü xain və satqın kimi aparma  Rusiyadan Ermənistana like
  • 24 May 13:54  
Digərləri Özünü xain və satqın kimi aparma Rusiyadan Ermənistana

Ermənistan növbəti dəfə Rusiya tərəfindən təhqir olunub. Rusiya tabeliy

arrow Ətraflı
Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır like
  • 24 May 13:52  
Dünya Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır

Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır. Ölkə

arrow Ətraflı