Yaşar Əliyev Ermənistan XİN rəhbərinin müavininin yalanlarından danışıb


Siyasət 24 May 2023 07:47:00 94 0

Yaşar Əliyev Ermənistan XİN rəhbərinin müavininin yalanlarından danışıb

Ölkəmə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törətmiş, nəticədə on minlərlə dinc sakin həlak olmuş, kütləvi etnik təmizləmə aparılmış, yaşayış məntəqələri dağıdılmış və mədəniyyət məhv edilmişdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda İsveçrənin sədrliyi ilə çağrılan Təşkilatın Təhlükəsizlik Şurasının "Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi" mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.

Səfir bildirib ki, bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir.

"Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər", - deyə o bildirib.

Yaşar Əliyevin sözlərinə görə, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturı hədəf alıb.

Səfir münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın hələ də Azərbaycan ərazisinə yerləşdirdiyi minalar haqqında məlumat vermədiyini diqqətə çatdırıb.

Diplomat Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata da aydınlıq gətirib:

"Həmin bəyanatda Laçın-Xankəndi yolunun "blokadası", Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, "soyqırımı niyyəti" ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.

Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır", - daimi nümayəndə vurğulayıb.

İldə cəmi 2 və ya 3 gün istirahət edir like
  • 24 May 07:40  
Digərləri İldə cəmi 2 və ya 3 gün istirahət edir

Dünyaca məşhur milyarder İlon Mask necə məhsuldar qaldığının sirrini b

arrow Ətraflı
Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə like
  • 24 May 07:34  
Digərləri Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə

Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində vəfat edi

arrow Ətraflı
Almaniya Ukraynaya 54 PUA göndərdi like
  • 24 May 07:27  
Dünya Almaniya Ukraynaya 54 PUA göndərdi

Almaniya Ukraynaya 54 ədəd "Vektor" kəşfiyyat PUA-sı, çoxfunksiy

arrow Ətraflı
Separatçılar “silahlı müqavimətə” hazırlaşır like
  • 24 May 07:14  
Siyasət Separatçılar “silahlı müqavimətə” hazırlaşır

Ermənistan Baş naziri Nikol Paşinyanın "Qarabağ da daxil olmaqla, Azə

arrow Ətraflı
Standart olmayan taunhaus  FOTO like
  • 24 May 07:07  
Digərləri Standart olmayan taunhaus FOTO

GAAGA memarlıq bürosu CB005 adlı taunhausun layihə müəllifidir.

arrow Ətraflı
Onları siçovul kimi məhv etmək lazımdır  Medvedyev like
  • 24 May 07:00  
Dünya Onları siçovul kimi məhv etmək lazımdır Medvedyev

Belqorod vilayətinə daxil olan ukraynalı diversantları əsir götürmək olm

arrow Ətraflı
İlk Lamborghini elektrokarı  FOTO like
  • 24 May 06:06  
Digərləri İlk Lamborghini elektrokarı FOTO

Bu il Lamborghini markası daxili yanma mühərriki ilə təchiz edilmiş son mo

arrow Ətraflı
Kondisioner quraşdırmaq istəyən qadın divarda qorxulu tablo aşkarladı  FOTO like
  • 24 May 05:05  
Digərləri Kondisioner quraşdırmaq istəyən qadın divarda qorxulu tablo aşkarladı FOTO

Evində kondisioner quraşdırmaq istəyən qadın divardakı ventilyasiya kanal

arrow Ətraflı
Parklarda oturacaqlar niyə kölgədə quraşdırılmır?  VİDEO like
  • 24 May 03:03  
Digərləri Parklarda oturacaqlar niyə kölgədə quraşdırılmır? VİDEO

İstirahət etmək üçün parka gedirsən amma, oturmağa yer tapmırsan. Payta

arrow Ətraflı
İrina Şeyk tədbirə bikinidə qatıldı  FOTO like
  • 24 May 02:02  
Şou-biznes İrina Şeyk tədbirə bikinidə qatıldı FOTO

Rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film Festivalının növbəti

arrow Ətraflı
Kişilər nələri qısqanırlar? like
  • 24 May 01:01  
Digərləri Kişilər nələri qısqanırlar?

Elə bilməyin ki, tək qadınlar qısqanclıqda peşəkarlaşıb. Əsla. Xanım

arrow Ətraflı
Abxaziyada Türkiyə vətəndaşı güllələndi like
  • 24 May 00:18  
Dünya Abxaziyada Türkiyə vətəndaşı güllələndi

Abxaziyada Suxuminin mərkəzində silahlı atışma nəticəsində Türkiyə v�

arrow Ətraflı
Günün qoroskopu: bir yerdə oturmayın like
  • 24 May 00:01  
Digərləri Günün qoroskopu: bir yerdə oturmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Öləcəyini düşünənlərə MESAJ: "Sakitləşin, uzun müddət əzab çəkəcəksiniz" like
  • 23 May 23:58  
Dünya Öləcəyini düşünənlərə MESAJ: "Sakitləşin, uzun müddət əzab çəkəcəksiniz"

Belarus Prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə m

arrow Ətraflı