Toylarla bağlı yenilik: Tikə varsa, lüləyə ehtiyac yoxdur...


Digərləri 23 May 2023 16:54:00 135 0

Toylarla bağlı yenilik: Tikə varsa, lüləyə ehtiyac yoxdur...

Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normaların tətbiq olunması təklif olunur. Belə bir təkliflə deputat Aydın Hüseynov çıxış edib. Əslində toy menyularında israfçılığın qarşısının alınması ilə bağlı uzun illərdir ki, müzakirələr gedir.

Hələ bir neçə il əvvəl şadlıq evləri ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standart hazırlanıb və bir çox tələblər qoyulub. Amma restoran sahibləri buna əməl etməyiblər.

Məsələ yenidən aktuallaşıb və toylarda qida məhsullarının kaloriliyi baxımdan qənaətə əməl edilməsi üçün xüsusi normaların tətbiqi təklif olunub.

Maraqlıdır, toyda bir nəfərin istehlak səbətinə hansı məhsullar daxil olmalıdır?

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya danışan qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamovun sözlərinə görə, Azərbaycanda bu, qlobal bir problemdir və nemətlərin tullanmaması və israfçılığın qarşısının alınması üçün standartın tətbiq olunması təqdirəlayiq addım olar:

"Amma restoran sahibləri bununla razılaşacaqlarmı? Onlar maraqlıdırlar ki, qida rasionunda bir nəfər üçün nə qədər bol məhsul olsa, o qədər də menyunu baha qiymətə satmış olarlar. Ümumiyyətlə, bir nəfər üçün qida rasionunda zülal-karbohidrat hesablaması var. Məsələn, bir nəfər 250-300 qram ət yeyə bilər. Amma süfrəyə baxanda görürsən ki, ətlə yanaşı, toyuq, qril, balıq, soyutma ət və ardı-arası kəsilməyən kabablar gəlir. Hələ sonda plov və onun da içində ət gətirilir. Yəni bu, artıq kalori mənbəyidir".

Mütəxəssis hesab edir ki, toylarda normadan artıq qida qəbul edənlər sağlamlıqlarını riskə atanlardır:

"Təsadüfi deyil ki, bəzən toylarda ürəkdən dünyasını dəyişənlər olur. Birdən-birə kalorili yeməklərlə yanaşı içkilərin içilməsi də təhlükəlidir. Yaxşı olar ki, toy menyularının xüsusi standartı olsun və bu, bütün şadlıq evlərinə şamil olunsun. Süfrədə çərəzlərdən, salatlardan və yüngül qəlyanaltılardan istifadə olunmalıdır.

Bu isə mövsümə görə dəyişməlidir. Yay aylarında mayonezli məhsulların toylarda süfrəyə qoyulması düzgün deyil. Mayonezli salatlar qonaqlardan əvvəl süfrəyə düzülür və saatlarla masanın üzərində qalır. Hansı ki, bu da qida zəhərlənməsinə gətirib çıxara bilər. Yaxşı olar ki, zeytun yağından hazırlanmış yüngül salatlardan istifadə olunsun. Bu da qida rasionunu aşmamalı, bir nəfərə 100 qramdan hesablanmalıdır.

Əgər 5-6 çeşid salat olacaqsa, bir nəfərə 30-35, maksimum 50 qram kifayət edir. Süfrəyə təqdim olunacaq kabablar adambaşı bir ədəddən çox olmamalıdır.

Yaxud lülə kabab varsa, tikəyə, tikə varsa, lüləyə ehtiyac yoxdur. Çünki hər ikisi quzu ətindən hazırlanır və kalori dəyəri çox yüksəkdir. Ümumi olaraq 100 qram salat, 200 qram ət kifayət edir. Nəinki süfrəni boş təamlarla doldurub, arası kəsilmədən qida yemək. Artıq toylarda "qonşudan qalma geri" prinsipinə son verilməlidir".

Aşıq Namiq bahalı avtomobilləri ilə diqqət çəkdi  VİDEO like
  • 23 May 16:48  
Şou-biznes Aşıq Namiq bahalı avtomobilləri ilə diqqət çəkdi VİDEO

ATV-nin "7 Canlı" proqramında qonaq olan aşıq Namiq Fərhadoğl

arrow Ətraflı
Putin: "Rusiya müharibəni sona çatdırmağa çalışır" like
  • 23 May 16:36  
Digərləri Putin: "Rusiya müharibəni sona çatdırmağa çalışır"

"Rusiya müharibəni sona çatdırmağa çalışır".

arrow Ətraflı
Ağdamda xan nəslinə aid 30dan artıq qəbir tapılıb like
  • 23 May 16:24  
Kriminal Ağdamda xan nəslinə aid 30dan artıq qəbir tapılıb

Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir tapı

arrow Ətraflı
İrem: "At kimi aşiqəm"  VİDEO like
  • 23 May 16:12  
Digərləri İrem: "At kimi aşiqəm" VİDEO

Müğənni İrem Derici şəxsi həyatı ilə gündəmə gəlib.

arrow Ətraflı
Şəkidə taxıl əkən fermerlər niyə məyusdur?  VİDEO like
  • 23 May 16:00  
Digərləri Şəkidə taxıl əkən fermerlər niyə məyusdur? VİDEO

Şəki ölkənin ən çox taxıl əkilən rayonlarından biridir. Ölkəmizdə t

arrow Ətraflı
"Bandotdel"dən əməliyyat: Saxlanılan var  VİDEO  FOTO like
  • 23 May 15:58  
Digərləri "Bandotdel"dən əməliyyat: Saxlanılan var VİDEO FOTO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübariz�

arrow Ətraflı
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib like
  • 23 May 15:50  
Siyasət Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliye

arrow Ətraflı
"İctimai TV"nin tanınmış siması kanalı tərk etdi  FOTO like
  • 23 May 15:36  
Şou-biznes "İctimai TV"nin tanınmış siması kanalı tərk etdi FOTO

Tanınmış aparıcı Vüsalə Səid Eyyubqızı İctimai TV-dəki işindən ayr

arrow Ətraflı
Bunu təhdid kimi qəbul edirik  Ryabkov like
  • 23 May 15:24  
Dünya Bunu təhdid kimi qəbul edirik Ryabkov

Qərbin hərbi-bioloji aktivliyini təhdid kimi qəbul edirik.

arrow Ətraflı
Zəngilanda iki növ yeni Xarıbülbül tapılıb like
  • 23 May 15:12  
Digərləri Zəngilanda iki növ yeni Xarıbülbül tapılıb

Zəngilandan iki növ yeni Xarıbülbül cinsi tapılaraq "Qırmızı kitab

arrow Ətraflı
Mate Kvirkviya Dağüstü parkda sevgilisinə evlilik təklifi etdi  VİDEO  FOTO like
  • 23 May 15:00  
Şou-biznes Mate Kvirkviya Dağüstü parkda sevgilisinə evlilik təklifi etdi VİDEO FOTO

Gəncə şəhərini təmsil edən "Kəpəz" Peşəkar Futbol Klubunun

arrow Ətraflı
Şəkidə 24 şagird və 3 müəllim zəhərləndi like
  • 23 May 14:54  
Digərləri Şəkidə 24 şagird və 3 müəllim zəhərləndi

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24

arrow Ətraflı
Koreya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 23 May 14:53  
Siyasət Koreya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Prezident İlham Əliyevə təbr

arrow Ətraflı
“İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiqlənib like
  • 23 May 14:52  
Siyasət “İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiqlənib

"İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahıs

arrow Ətraflı
Azərbaycanda Əməyin Mühafizəsi Mərkəzi yaradılır like
  • 23 May 14:50  
Siyasət Azərbaycanda Əməyin Mühafizəsi Mərkəzi yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müf�

arrow Ətraflı