Paşinyan Rusiyaya qarşı Kremlin cavabı


Digərləri 23 May 2023 13:44:00 112 0

Paşinyan Rusiyaya qarşı  Kremlin cavabı

Ermənistan baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi birinci sensasion fikir sözsüz ki, Qarabağın Azərbaycan torpağı olmasıdırsa, ikinci məsələ onun Rusiyaya qarşı səsləndirdiyi fikirlərdir. Söhbət onun ölkəsinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatından (KTMT) çıxacağına eyham vurmasıdır. Rusiya siaysiləri, mediası erməni baş nazirin bu fikirlərini Ermənistanın qurumu tərk etməsi anlamına gəldiyindən xəbər verdiyini yazıb.

"Kommersant"ın "Paşinyan çıxışa doğru gedir" başlıqlı məqaləsində müəllif əvvəlcə yazır ki, Paşinyana Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh müqaviləsinin imzalanması üçün üçüncü tərəfin təminatı gərəkdir. "Və cənab Paşinyanın sözlərindən belə görünür ki, İrəvan bu təminatçı kimi nə Moskvanı nə də KTMT-ni görür" deyən müəllif qeyd edir ki, hətta təşkilatı tərk etməklə hədələyib. Təşkilara qarşı İrəvanın xeyli iradlarının olduğunu qeyd edən nəşr bu qənaətə gəlir ki, Ermənistan sülh müqaviləsi üçün təminatçı qismində ənənəvi regional oyunçularla kifayətlənməyəcək.

Müəllif vurğulayr ki, "Moskvada Nikol Paşinyanın son açıqlamasına reaksiya daxil olmayıb. "Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, KTMT iştirakçı ölkələr arasında "nüfuza malikdir", təşkilatın özü isə "müxtəlif situasiyalarda öz effektivliyini artıq nümayiş etdirib" və "sonrakı inkişaf potensialına malikdir". "Ermənistanın baş nazirinin bəyanatına gəlincə, o zaman biz təbii ki, erməni dostlarımızla dialoqumuzu davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq", deyə Peskov vurğulayıb.

"Erməni ekspert icması isə təkid edir ki, "KTMT-nin Ermənistan hakimiyyətinin Azərbaycanla münaqişəyə müdaxilə etmək xahişlərinə cavab olaraq passiv mövqeyi" təşkilata narazılığı gücləndirib. ABŞ və Aİ belə bir tərəf kimi qəbul edilir, lakin onlar hələ bəyanatlardan kənara çıxmayıblar", - erməni ekspert Tatul Akopyan qəzetə açıqlamasında qeyd edib.

"Vedomosti" yazır ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov əmindir ki, baş nazir Paşinyanın KTMT-dən mümkün çıxması ilə bağlı bəyanatı Ermənistan cəmiyyətində dəstəklənmir. "Mən düşünmürəm ki, Ermənistan cəmiyyəti Paşinyanla eyni fikirdədir. Görünür, bugünkü faktorların təsiri ilə o, bu tezisə qayıtmağı mümkün sayır (Paşinyan əvvəllər də oxşar niyyəti ifadə etmişdi. - "Vedomosti"), lakin istər o vaxt, istərsə də indi Ermənistan cəmiyyəti bunu dəstəkləmirdi. Paşinyan isə bunu nəzərə almalıdır", - parlamentari bildirib. Onun sözlərinə görə, niyyət həyata keçərsə, KTMT "mütləq zəifləməyəcək", Ermənistan isə yaxşılaşmayacaq. "Məncə, bu, daha çox ritorikadır" deyə Kalaşnikov təklif edir.

"Ermənistan rəhbərliyinin KTMT-dən çıxma ehtimalını ritorikaya çevirdiyinə əsaslansaq, bunun ehtimalı kifayət qədər yüksəkdir". Bunu isə rusiyalı ekspert Stanislav Pritçin nəşrə deyib. Üstəlik, Ermənistan faktiki olaraq təşkilata üzvlüyünü dayandırıb. O, nə təlimlər səviyyəsində, nə də KTMT rəhbərliyi çərçivəsində öz kvotalarından istifadə səviyyəsində heç bir aktivlik nümayiş etdirmir.

Ekspert sonda bildirib ki, reallıqda vəziyyət sonda Ermənistan üçün fəlakətə çevrilə bilər. Pritçin hesab edir ki, Rusiya çətin ki, Ermənistanın KTMT-dən çıxmasını cavabsız qoysun və bu, ölkənin iqtisadi vəziyyətinə çox ciddi təsir göstərə bilər. "Siyasi baxımdan KTMT-dən çıxmaq təşkilat üçün ciddi imic zərbəsi olacaq, amma ilk növbədə, bu, Ermənistanın özünün təhlükəsizliyinə zərbədir", - deyə ekspert fikrini yekunlaşdırıb.

Azər Nuriyev Son.az

Fərdi məlumatların üçüncü tərəfə ötürülməsi qanunidirmi? like
  • 23 May 13:41  
Digərləri Fərdi məlumatların üçüncü tərəfə ötürülməsi qanunidirmi?

Fərdi məlumatların qorunması dövrümüzdə prioritet məsələlərdən biri

arrow Ətraflı
İlham Əliyev Ermənistanla sülh müqaviləsi üçün Azərbaycanın şərtini açıqlayıb like
  • 23 May 13:32  
Siyasət İlham Əliyev Ermənistanla sülh müqaviləsi üçün Azərbaycanın şərtini açıqlayıb

Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütö

arrow Ətraflı
Mətanət İsgəndərlinin makiyajsız halı like
  • 23 May 13:30  
Şou-biznes Mətanət İsgəndərlinin makiyajsız halı

Əməkdar artist Mətanət İsgəndərlinin makiyajsız görüntüsü yayılıb.

arrow Ətraflı
Suya görə münasibətləri düşmənçilik həddinə çatan qonşular: like
  • 23 May 13:08  
Digərləri Suya görə münasibətləri düşmənçilik həddinə çatan qonşular:

Samux rayonunda yaşayan və təsərrüfatla məşğul olan bir qrup sakin İTV-

arrow Ətraflı
Sabah rayonlara yağış yağacaq like
  • 23 May 13:05  
Digərləri Sabah rayonlara yağış yağacaq

Mayın 24-də hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu,əsa

arrow Ətraflı
ABBdən sahibkarlar üçün onlayn kredit like
  • 23 May 13:01  
Digərləri ABBdən sahibkarlar üçün onlayn kredit

Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə xidmətlərini onlar ü

arrow Ətraflı
Meyxanaçı pis vərdişləri olduğu illərdən danışdı like
  • 23 May 12:57  
Şou-biznes Meyxanaçı pis vərdişləri olduğu illərdən danışdı

Meyxanaçı Rüfət Nasosnu pis vərdişlərindən xilas olmasından danışıb.

arrow Ətraflı
Kılıçdaroğlunun ümidləri "dəfn edildi" like
  • 23 May 12:50  
Siyasət Kılıçdaroğlunun ümidləri "dəfn edildi"

Sinan Oğanın Rəcəp Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turund

arrow Ətraflı
“Günay Bank”ın aqibəti digər bankları da gözləyirmi? like
  • 23 May 12:46  
Digərləri “Günay Bank”ın aqibəti digər bankları da gözləyirmi?

Banklara inamın nisbətən artdığı bir dönəmdə bağlanan daha bir bank. S

arrow Ətraflı
“Oxuya bilmirsən, utanmalısan” like
  • 23 May 12:41  
Şou-biznes “Oxuya bilmirsən, utanmalısan”

ATV-nin "Bizimləsən" proqramında keçirilən musiqi yarışmasın

arrow Ətraflı
İsrail ilə təhsil əməkdaşlığı Azərbaycana nə vəd edir? like
  • 23 May 12:38  
Digərləri İsrail ilə təhsil əməkdaşlığı Azərbaycana nə vəd edir?

Cari ildə İsrail xarici işlər naziri Eli Kohenin Azərbaycana səfəri çər

arrow Ətraflı
Kəmalə yenə gəlin oldu like
  • 23 May 12:35  
Şou-biznes Kəmalə yenə gəlin oldu

Aktrisa Kəmalə Piriyeva baş rolda olduğu "21-ci möcüzə" filmini

arrow Ətraflı
Azərbaycan Litvanın təcrübəsindən yararlana bilər like
  • 23 May 12:27  
Digərləri Azərbaycan Litvanın təcrübəsindən yararlana bilər

Azərbaycanın Litva ilə münasibətləri strateji əməkdaşlıq çərçivəsi

arrow Ətraflı
İnşası davam edən bina təhlükə saçır like
  • 23 May 12:24  
Digərləri İnşası davam edən bina təhlükə saçır

Paytaxtın Nəsimi rayonunda 19 saylı məktəbin şagird və müəllimləri tə

arrow Ətraflı
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib like
  • 23 May 12:22  
Siyasət Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

Mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Do

arrow Ətraflı