Yanan 2 yaşlı Fidanın vəziyyəti ilə bağlı


Digərləri 23 May 2023 10:43:00 128 0

Yanan 2 yaşlı Fidanın vəziyyəti ilə bağlı

Balakən rayonunun Talalar kəndində ağır yanıq xəsarətləri alan 2 yaşlı Fidanın çətin vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, azyaşlının ailəsinin həkimlərin yazdığı müalicəni etdirmək üçün maddi imkanı yoxdur.    

Son.az bildirir ki, "Qafqazinfo" sözügedən ailəni taparaq körpənin atası Tural Mustafayevlə danışıb.

Ata bildirib ki, uşağın yanıq xəsarətləri almasından 5 aya yaxın vaxt keçsə də, səhhətində heç bir irəliləyiş yoxdur: "Ötən ilin dekabrında iki yaşlı qızım Fidanın üstünə qaynar çay dağılıb, qarın və bel hissəsi tamamilə yanıb. Yananda burada xəstəxanada qəbul eləmədilər, Bakıya göndərdilər. 1 həftə-10 gün qaldıqdan sonra evə buraxdılar. İndi də xəstəxanaya aparırıq, amma müalicənin xeyri yoxdur. Narahatdır, qaşınır, ağlayır, paltarlarını çıxarıb cırmaq istəyir. Müalicə düşmür, iynə-dərmanın keyfiyyəti yoxdur nədirsə, bilmirəm. Heç bir irəliləyiş yoxdur. Hadisədən əvvəl bəzi sözləri deyə bilən uşağın indi nitqi də tutulub, yaralarının yeri onu incidir, heç bir çarə edə bilmirik".

Fidanın atası deyir ki, qızı indiyə qədər süni qidalarla qidalanıb. Müalicə və qidalanma üçün ailənin maddi köməyə ehtiyacı var: "İşləyirəm, mal-qaraya baxıram. Qazancım elə də çox olmur. İstəyərdim uşağın Bakıya aparılması, xəstəxanada müalicəsi və qidalanması üçün köməklik olunsun". 

Körpənin anası Pərvanə Mustafayeva isə bildirib ki, sosial yardım üçün müraciət etsə də, ona torpaq payı olduğuna görə yardımın düşmədiyi bildirilib. Balakən Rayon İcra Hakimiyyətindən ona deyilib ki, xərçəng xəstəsi olan qayınanasına kömək etdiklərinə görə, uşağa kömək edə bilməyəcəklər. 

Uşağın səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Cavab olaraq qeyd edildi ki, 09.09.2021-ci il təvəllüdlü Mustafayeva Fidan Tural qızı ötən ilin 27 dekabr tarixində qurumun tabeliyində fəaliyyət göstərən Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub: "Ona sifətin, boynun, gövdənin birinci, ikinci dərəcəli termik yanığı diaqnozu qoyulub və Bakı şəhərində yerləşən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. Körpəyə zəruri tibbi xidmətlər göstərilib və 30.12.2022-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.

26.01.2023-cü il tarixində, 15.03.2023-cü il tarixində, eləcə də 17.04.2023-cü il tarixində müxtəlif səbəblərdən (göz ağrısı, enterobioz və s.) müraciət edib. Hər birində 2021-ci il təvəllüdlü F.Mustafayevaya tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Eyni zamanda azyaşlının valideynləri tərəfindən 10.05.2023-cü il tarixində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib. Müraciət əlilliklə bağlı olub və azyaşlının valideynlərinə prosedur qaydaları ilə bağlı məlumat verilib. 

Əlavə edək ki, iddialarla bağlı tərəfimizdən valideynlərlə əlaqə saxlanılıb. Onlar tibbi xidmət aldıqları tibb müəssisələrindən razılıqlarını bildirərək, sadəcə övladlarının müalicəsi üçün lazım olan dərman və dərman vasitələrini almaqda çətinlik çəkdiklərini qeyd ediblər.

Dərmanlara gəlincə, TƏBİB-dən deyilib ki, bu, sığorta ilə qarşılanan xidmətlərə aid deyil: "TƏBİB-in tabeli müəssisələrində 09.09.2021-ci il təvəllüdlü Mustafayeva Fidan Tural qızına göstərilən xidmətlər icbari tibbi sığorta çərçivəsində olub. Həkimin yazdığı resept isə icbari tibbi sığorta ilə qarşılanmır".

Ailənin vəziyyəti, müavinət haqqı olub-olmadığını öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ailə sosial yardım üçün müraciət etməyib: "Balakən rayon sakini Pərvanə Mustafayeva ötən dövrdə ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etməyib. Onun həyat yoldaşı Tural Mustafayev ilə telefon əlaqəsi saxlanılaraq ona ailəsinə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət qaydası barədə məlumat verilib. 

Söhbət zamanı müəyyən olunub ki, ailə tərkibi 3-ü uşaq olmaqla 5 nəfərdən ibarətdir və ailənin əmək qabiliyyətli üzvləri işsizdir. Tural Mustafayevə pay torpağı ilə bağlı müvafiq sənədləşdirməni həyata keçirdikdən sonra ünvanlı sosial yardım üçün müraciət etməsi tövsiyə edilib".

Balakən Rayon İcra Hakimiyyətindən də mövqe öyrəndik. Bildirildi ki, aztəminatlı ailə kimi indiyə qədər onlara iki dəfə 100 AZN dəyərində köməklik edilib: "Adətən, İcra Hakimiyyəti tərəfindən hər ailəyə bir dəfə yardım edilir. Amma bu ailə bizə müraciət edib və vəziyyəti nəzərə alınaraq iki dəfə dekabr və mart aylarında maddi yardım edilib. Hazırda ailənin vəziyyəti araşdırılır və kənd bələdiyyəsi tərəfindən ailəyə yardım göstərilməsi nəzərdə tutulur".

Qeyd edək ki, Mustafayevlər ailəsinin Fidandan başqa 4 yaşlı və 7 aylıq daha iki uşağı var. 

Son.az 

Gəlin maşınları tıxacda qaldı: like
  • 23 May 10:32  
Digərləri Gəlin maşınları tıxacda qaldı:

Türkiyədə iki gəlin maşını yaranmış tıxac səbəbi ilə yolda qalıb.

arrow Ətraflı
KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb like
  • 23 May 10:31  
Digərləri KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində KOBİA

arrow Ətraflı
Sevda və həyat yoldaşı İtaliyada like
  • 23 May 10:21  
Şou-biznes Sevda və həyat yoldaşı İtaliyada

Müğənni Sevda Yahyayeva İtaliyaya tətilə yollanıb. 

arrow Ətraflı
Ermənilərin yaydığı bu məlumat yalandır like
  • 23 May 09:53  
Siyasət Ermənilərin yaydığı bu məlumat yalandır

Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər

arrow Ətraflı
Məşhur rusiyalı aktyor axtarışa verildi: like
  • 23 May 09:48  
Digərləri Məşhur rusiyalı aktyor axtarışa verildi:

Rusiya Daxili İşlər Nazirliyi məşhur rusiyalı teatr və kino aktyoru Aleks

arrow Ətraflı
Müəllim olmaq istəyənlər YENİLİKlə qarşılaşacaqlar... like
  • 23 May 09:26  
Digərləri Müəllim olmaq istəyənlər YENİLİKlə qarşılaşacaqlar...

Bu gündən müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna star

arrow Ətraflı
Sinan Oğan Mübariz İbrahimovun məzarı başında... like
  • 23 May 09:15  
Digərləri Sinan Oğan Mübariz İbrahimovun məzarı başında...

Türkiyənin "Ata İttifaqı"ndan prezidentliyə keçmiş namizəd Sin

arrow Ətraflı
Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub like
  • 23 May 08:56  
Digərləri Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbə

arrow Ətraflı
Sədərəkdə like
  • 23 May 08:17  
Digərləri Sədərəkdə

Naxçıvan Muxtar Respublikasının Sədərək Kültəpəsində Azərbaycan-Amer

arrow Ətraflı
20152021ci illər arasında 3 milyondan çox insan qətlə yetirilib like
  • 23 May 08:02  
Digərləri 20152021ci illər arasında 3 milyondan çox insan qətlə yetirilib

"Dünyada 2015-2021-ci illər arasında 3 milyon 100 min insan qətlə yeti

arrow Ətraflı
Pandanın bu hərəkətləri maraq doğurdu  VİDEO like
  • 23 May 07:55  
Digərləri Pandanın bu hərəkətləri maraq doğurdu VİDEO

Bəzən elə görünə bilər ki, Çendu (Siçuan əyaləti, Çin) tədqiqat mə

arrow Ətraflı
ABŞ maliyyə naziri ölkədə defolt təhlükəsinin olduğunu təsdiqləyib like
  • 23 May 07:47  
Dünya ABŞ maliyyə naziri ölkədə defolt təhlükəsinin olduğunu təsdiqləyib

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Ağ Ev və ABŞ Konqresinin m

arrow Ətraflı
Hədiyyə seçə bilməyənlər oxusun  Hər bürcün öz marağına uyğun... like
  • 23 May 07:31  
Digərləri Hədiyyə seçə bilməyənlər oxusun Hər bürcün öz marağına uyğun...

Bütün insanlar hədiyyə almağı sevirlər, amma başqalarından daha çox b�

arrow Ətraflı