İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir


Siyasət 22 May 2023 21:30:00 191 0

İlham Əliyevə 28 May  Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

"Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Bu il müstəqil Azərbaycan Respublikasının tarixində xüsusi il - "Heydər Əliyev İli"dir. Ümummilli Lider 1993-cü ildə müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi zamanda hakimiyyətə qayıtdı və müstəqilliyimizi qoruyub saxladı. Azərbaycanda sabitlik yarandı, enerji sahəsində dünyanın aparıcı şirkətləri ilə böyük layihələr həyata keçirildi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə sülh və inkişaf gətirdi.

Siz Heydər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz, 30 ilǝ yaxın işğal altında qalmış torpaqlarımız Sizin siyasətinizin nəticəsində azad edildi.

Möhtərəm cənab Prezident, artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü bərpa olundu və doğma yurdlarını tərk etmiş vətəndaşlarımız bu gün çiçəklənən Qarabağa, Şərqi Zəngəzura - ana yurdlarına qayıdırlar. Bu proseslər Sizin uzun illərə hesablanmış və düşünülmüş siyasətiniz nəticəsində mümkün oldu.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi xalqımızın Qələbəsi ilə başa çatdı və bu gün ölkəmizdə böyük bərpa işləri həyata keçirilir, Qarabağa onun əvəzsiz gözəlliyi və mənəvi həyatı qaytarılır.

Sizə işlərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzulayıram".

XXX

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri Həsən Mirzəyev Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə irimiqyaslı siyasi, iqtisadi islahatlar və böyük dəyişikliklər, əhalinin sosial rifahının artırılması yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan və Rusiya arasında iqtisadi, siyasi, mədəni əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. 2022-ci ilin fevralında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətli şəkildə artmasına kömək edəcək və bu da bizim dost xalqlarımızın maraqlarına tam cavab verir. Mən həmvətənli olaraq, tarixi Vətənimlə fəxr edir, qürur duyuram.

Xüsusi vurğulamaq istəyirəm ki, Siz Azərbaycan Respublikasında Heydər Əlirza oğlu Əliyevin islahatçılıq yolunun layiqli davamçısısınız. Sizin vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövləti vəzifələri mükəmməl surətdə icra etməyiniz Vətənə layiqli xidmətin nümunəsidir.

Qoy, enerji, gümrahlıq və ruh yüksəkliyi daim Sizin nəsibiniz olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram".

Gitanas Nauseda: Bu, Litva və Azərbaycan iqtisadiyyatlarını birbirinə yaxınlaşdıra bilər like
  • 22 May 21:25  
Siyasət Gitanas Nauseda: Bu, Litva və Azərbaycan iqtisadiyyatlarını birbirinə yaxınlaşdıra bilər

Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və A

arrow Ətraflı
İran xəstəxanasının acınacaqlı vəziyyəti  VİDEO like
  • 22 May 21:17  
Digərləri İran xəstəxanasının acınacaqlı vəziyyəti VİDEO

İranın Sistan və Bəlucistan əyalətində xəstəxana acınacaqlı vəziyyə

arrow Ətraflı
Prezident: Azərbaycan iqtisadiyyatının sabitliyi regional iqtisadi əməkdaşlıq üçün mühüm amildir like
  • 22 May 20:56  
Siyasət Prezident: Azərbaycan iqtisadiyyatının sabitliyi regional iqtisadi əməkdaşlıq üçün mühüm amildir

Bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən d

arrow Ətraflı
İlham Əliyev: Hazırda əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməkdir like
  • 22 May 20:53  
Siyasət İlham Əliyev: Hazırda əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməkdir

Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, t�

arrow Ətraflı
Bu şəhərdə antiterror rejimi elan olundu like
  • 22 May 20:42  
Dünya Bu şəhərdə antiterror rejimi elan olundu

Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.

arrow Ətraflı
Prezident: Azərbaycan Avropaya qaz ixracını 2027ci ilədək 20 milyard kubmetrə çatdıracaq like
  • 22 May 20:33  
Siyasət Prezident: Azərbaycan Avropaya qaz ixracını 2027ci ilədək 20 milyard kubmetrə çatdıracaq

2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, b

arrow Ətraflı
Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib like
  • 22 May 20:30  
Digərləri Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib

2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən

arrow Ətraflı
Planetdə baş verən ölüm hallarının üçdəbiri BU SƏBƏBDƏN baş verir  HESABAT like
  • 22 May 20:22  
Digərləri Planetdə baş verən ölüm hallarının üçdəbiri BU SƏBƏBDƏN baş verir HESABAT

Son illər ümumdünya səviyyəsində səhiyyə sahəsində əsas göstəricil�

arrow Ətraflı
Prezident: Bərpaolunan enerji məsələləri Azərbaycanın və Litvanın gündəliyinə daxil edilib like
  • 22 May 20:16  
Siyasət Prezident: Bərpaolunan enerji məsələləri Azərbaycanın və Litvanın gündəliyinə daxil edilib

Bu gün biz cənab Prezident Nauseda ilə əməkdaşlıq üçün potensial sahə

arrow Ətraflı
Rəşad Dağlının azadlığa çıxması ilə bağlı xəbərlərə like
  • 22 May 20:00  
Şou-biznes Rəşad Dağlının azadlığa çıxması ilə bağlı xəbərlərə

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə b

arrow Ətraflı
Maaşa əlavələri necə almaq olar? like
  • 22 May 19:48  
Digərləri Maaşa əlavələri necə almaq olar?

Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaq

arrow Ətraflı
Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib like
  • 22 May 19:37  
Siyasət Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun 28 May

arrow Ətraflı