"Həmin "Sarı gəlin"i ortalıqdan yığışdırın" VİDEO


Şou-biznes 22 May 2023 22:43:00 163 0

"Həmin "Sarı gəlin"i ortalıqdan yığışdırın"  VİDEO

"Səhnəyə çıxanda özümü çox rahat aparmışam. Xasiyyətim çox ciddidir, amma səhnədə heç vaxt bunu göstərməmişəm. İstəmişəm ki, səhnəyə çıxıb sevinc gətirim, gülüm, danışım. Hər zaman səhnədə rahat olmuşam ki, insanların nəbzini tuta bilim və onlar məni özlərindən fərqli görməsinlər". 

Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Göstərir radio" verilişində deyib.  Sənətçi bildirib ki, heç zaman sevmədiyi insanlar haqda düşünmür:

"Kimsə deyəndə ki, mənim bu insandan zəhləm gedir və bunu sevmirəm. Cavab olaraq söyləyirəm ki, sevdiyin məqamları yadına sal. Kimdən zəhlən gedirsə, çalış onu sən görmə. Sevmədiyini deyil, sevdiyini gör. Sevdiklərimi görüb, onlardan danışmaq daha xoşdur.

Sevmədiyim çox şeylər var. İkiüzlülükdən, yalaçılıqdan, bir-birinin ayağının altını qazmaqdan tutmuş o qədər məqamlar var sevmədiyim. Onları heç düşünmürəm".  Dadaşova üç notla Xalq artisti fəxri adına layiq görülən həmkarlarını məsxərəyə qoyub:

"Özümdən və realist olmaqdan yorulmuşam. Bəzən səs yazma studiyasında özüm-özümü o qədər danlayıram ki,... Özümə deyirəm ki, üç notla Xalq artisti olanlar var. Axı, sən özünü niyə bu qədər çətinə salırsan?

Çalışıram ki, mahnının zili, bəmi, xırdalıqları, harmoniyası olsun. Artıq sakitləş. Ətrafa bax, üç notla necə gözəl oxuyub, özlərini rahat hiss edirlər. Bəstir, lazım deyil. Amma "lazım deyil" desəm səhv edərəm, çünki, elə dərin düşünən insanlar var ki, onların ruhlarının qidasını üstdən ödəmək olmaz. Haqqını vermək lazımdır". 

Son zamanlar xüsusi ilə el şənliklərində sürətlə populyarlaşan oynaq "Sarı gəlin" mahnısına Xalq artistinin reaksiyası birmənalı olmayıb.

Brilliant efir vasitəsi ilə üzünü musiqiçilərə tutaraq, bu mahnını ifa etməmələrini xahiş edib:  

"İndi deyəcəyəm, düşmənlərim artacaq. Musiqiçilərdən xahiş edirəm, "Sarı gəlin" adında bir oynaq mahnı bəstələmisiniz. O mahnını ortalıqdan yığışdırın. Çünki "Sarı gəlin" deyəndə yalnız bizim Xalq musiqimiz dillərdə əzbər olmalıdır. Bir dəfə bir nəfər toyda məndə həmin o oynaq mahnını oxumağımı istədi.

Məndə məclisdə Xalq musiqimiz "Sarı gəlin"i oxumağa başladım. Dedilər ki, bu mahnı yox, o birisi oynaq "Sarı gəlin"i ifa edin. Cavab olaraq söylədim ki, mən siz dediyiniz oynaq "Sarı gəlin" mahnısını bilmirəm. Həmin o mahnını bilənə də deyirəm ki, onu oxumayın. Çünki bəzi şeylərdə mənəvi dəyərlər var". 

40 yaşlı şahzadə evləndi  FOTO like
  • 22 May 22:35  
Digərləri 40 yaşlı şahzadə evləndi FOTO

Son Bavariya monarxı III Lüdviqin 40 yaşlı nəvəsi, Şahzadə Lüdviq Holl

arrow Ətraflı
Bakıda 38 yaşlı qadın dənizə düşdü  Dalğıclar... like
  • 22 May 22:27  
Digərləri Bakıda 38 yaşlı qadın dənizə düşdü Dalğıclar...

Dalğıclar dənizdə batma təhlükəsində olan şəxsi xilas edib.

arrow Ətraflı
Tədbirə sinəsi açıq vəziyyətdə getdi, qınandı  FOTO like
  • 22 May 22:15  
Digərləri Tədbirə sinəsi açıq vəziyyətdə getdi, qınandı FOTO

Aktrisa Culiya Foks Kannda təşkil olunmuş bir tədbirə şəffaf  geyimdə q

arrow Ətraflı
Lənkəranda zəlzələ olub like
  • 22 May 22:07  
Digərləri Lənkəranda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub.

arrow Ətraflı
İrana qarşı 8ci sanksiya paketi tətbiq edildi like
  • 22 May 21:58  
Dünya İrana qarşı 8ci sanksiya paketi tətbiq edildi

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkə

arrow Ətraflı
Ruhəngiz Musəvi arxiv FOTOsunu paylaşdı like
  • 22 May 21:47  
Şou-biznes Ruhəngiz Musəvi arxiv FOTOsunu paylaşdı

Əməkdar artist Ruhəngiz Musəvi arxiv fotosunu paylaşıb. 

arrow Ətraflı
Bələdiyyələr 150 min ailəni aldadıb: Belə saxta sənədləri almayın  VİDEO like
  • 22 May 21:36  
Digərləri Bələdiyyələr 150 min ailəni aldadıb: Belə saxta sənədləri almayın VİDEO

Ötən günlərdə təqdim olunan reportajda binada partlayış olub və sakinl

arrow Ətraflı
İlham Əliyevə 28 May  Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir like
  • 22 May 21:30  
Siyasət İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş

arrow Ətraflı
Gitanas Nauseda: Bu, Litva və Azərbaycan iqtisadiyyatlarını birbirinə yaxınlaşdıra bilər like
  • 22 May 21:25  
Siyasət Gitanas Nauseda: Bu, Litva və Azərbaycan iqtisadiyyatlarını birbirinə yaxınlaşdıra bilər

Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və A

arrow Ətraflı
İran xəstəxanasının acınacaqlı vəziyyəti  VİDEO like
  • 22 May 21:17  
Digərləri İran xəstəxanasının acınacaqlı vəziyyəti VİDEO

İranın Sistan və Bəlucistan əyalətində xəstəxana acınacaqlı vəziyyə

arrow Ətraflı
Prezident: Azərbaycan iqtisadiyyatının sabitliyi regional iqtisadi əməkdaşlıq üçün mühüm amildir like
  • 22 May 20:56  
Siyasət Prezident: Azərbaycan iqtisadiyyatının sabitliyi regional iqtisadi əməkdaşlıq üçün mühüm amildir

Bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən d

arrow Ətraflı
İlham Əliyev: Hazırda əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməkdir like
  • 22 May 20:53  
Siyasət İlham Əliyev: Hazırda əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməkdir

Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, t�

arrow Ətraflı
Bu şəhərdə antiterror rejimi elan olundu like
  • 22 May 20:42  
Dünya Bu şəhərdə antiterror rejimi elan olundu

Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.

arrow Ətraflı