Dizel subsidiyasi kəsildi, sərnişindaşımada vəziyyət daha da ağırlaşdı FOTO


Digərləri 22 May 2023 09:40:00 147 0

Dizel subsidiyasi kəsildi, sərnişindaşımada vəziyyət daha da ağırlaşdı  FOTO

Xəbər verdiyimiz kimi, bu ilin 1 fevral tarixindən Bakı şəhərində və ətraf ərazilərdə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərə verilən dizel subsidiyası dayandırılıb. Belə ki, həmin tarixdən gediş haqqının 10 qəpik (33 faiz nisbətində) artrılması ilə paralel olaraq yanacağa görə verilən subsidiya da kəsilib.

Nəqliyyat üzrə ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov qafqazinfo-ya açıqlamasında bu qərarın ictimai nəqliyyatın nəinki inkişafını ləngidəcəyini, əksinə iqtisadi dayaqlarının daha da zəiflədəcəyini bildirib. Bir çox ölkələrdə, xüsusilə inkişaf etmiş dövlətlərdə ictimai nəqliyyatın təşviqi məqsədilə çoxsaylı dəstək tədbirlərinin nəzərdə tutulduğunu, bu sektora dövlət, meriya və ya bələdiyyə xətti ilə hərtərəfli dəstəyin verildiyini bildirən Ə.Hüseynov Azərbaycanda daşıyıcı şirkətlərə verilən və o qədər də yüksək olmayan dizel subsidiyasının kəsilməsinin məqsədəuyun qərar olmadığını deyib:

"Azərbaycanda iqtisadi nəqliyyatın iqtisadi vəiyyətinin yaxşılaşmamasının birinci səbəbi məhz bu sektora dayanıqlı dəstəyin olmaması ilə bağlıdır. İctimai nəqliyyat əslində sosial bir məsələ, sosial xidmət sahəsidir. İctimai nəqliyyat hər kəsə əlçatan olmalı, həmçinin insanları özünə cəlb etməlidir. İctimai nəqliyyatın maliyyələşməsinin yalnız sərnişinlərin hesabına olması ona gətirib çıxarır ki, gedişhaqqı istər-istəməz yüksəlir və bir çox insanlar ictimai nəqliyyatdna imtina edir. Buna görə də əksər ölkələrdə ictimai nəqliyyata subsidiya və ya dotasiya qaydasında dövlət dəstəyi həyata keçirilir. Belə ki, bəzi ölkələrdə ictimai nəqliyyat xidmətinin bir hissəsi, bəzilərində isə tam olaraq dövlət hesabına maliyyələşdirilir. Ona görə də həmin ölkələrdə ictimai nəqliyyat inkişaf edir, işlələr daha yaxşı məvacib alır, avtobus parkları yenilənir, insanlar ictimai nəqliyyata yönəlməklə tıxaclar minimuma enir, həm də şəhərlərin ekoloji vəziyyəti daha da yaxşılaşır. Təəssüf ki, Azərbaycanda belə bir dövlət dəstəyi yoxdur. Hər şey də yalnız gedişhaqqı hesabına təmin edilir və həmin gedişhaqqını da dövlət özü müəyyən edir. Bu səbəbdən də son illərdə ölkəmizdə ictimai nəqliyyatın vəziyyəti xeyli ağırlaşıb, qiymətlərin artması, həyat bahalığının yüksəlməsi, avtobusların qiymətlərinin həddindən artıq baha olması, ehtiyyat hissələri və digər xidmətlərin baha olması daşıyıcı şirkətləri çox ağır duruma salıb".

Ərşad Hüseynov bildirib ki, son vaxtlar Azərbaycanda ictimai nəqliyyata dövlət dəstəyi yalnız 2021-ci ildə ölkədə dizel yanacağının bahalaşması ilə əlaqədar şirkətlərə müəyyən qədər dizel subsidiyasının verilməsi ilə bağlı olub. Lakin qısa müddət sonra bu subsidiyanın dayandırılması sektorun inkişafına yaranan azacıq ümidləri də azaldıb:

"Yanacağa görə subsidiyanın kəsilməsi birmənalı olaraq ictimai nəqliyyatın vəziyyətinə mənfi təsir göstərəcək. Bu subsidiya dizelin qiymətinin 33 faiz bahalaşmasından sonra tətbiq edilirdi. Əslində özəl daşıyıcıların heç də hamısı həmin subsidiyanı ala da bilmirdi. Maliyyə şəffaflığı, hesabatlılığı ilə bağlı problemi olanlar bu subsidiyanı təbii olaraq ala bilmirdi. Lakin istənilən halda yanacağın bahalaşmasından sonra bir çox daşıyıcı şirkətlərə dizel subsidiyasının verilməsi ictimai nəqliyyata müəyəyn qədər dəstək oldu. Lakin bu il gediş haqqının faiz nisbətilə götürsək, 33 faiz artırılması ilə paralel dizel subsidiyasının kəsilməsi onsuz da güc-bəla ilə ayaqda durmağa çalışan bu sektora mənfi təsir göstərir. Belə görünür ki, gedişhaqqının 10 qəpik artırılması elə subsidiyanın kəsilməsinə hesablanıb. Əslində ictimai nəqliyyata yeni investisiya mənbələri yaratmaq yox, dövlətin yükünü azaltmaq məqsədini güdüb. Bu da təbii ki, dünyada ictimai nəqliyyata formalaşmış münasibətlər təcrübəsinə uyğun deyil. Təbii ki, bu qərar da ictimai nəqliyyatın vəziyyətinə çox pis təsir göstərəcək. Hətta nəinki yanacağa görə subsidiya məsələsi, ümumilikdə dövlətimizin ictimai nəqliyyata münasibətdə aydın siyasəti olmalıdır. Bu siyasətdə də əsas hədəflərdən biri ictimai nəqliyyata konkret ciddi dəstək tədbirlərinin müəyyən edilməsi olmalıdır. Yalnız bu halda biz ictimai nəqliyyatın inkişafını gözləyə bilərik".

Ərşad Hüseynov vurğulayıb ki, ictimai nəqliyyata bu sektordakı özəl şirkətlərin biznesi kimi yanaşılması kökündən yanlışdır:

"Özəl şirkətlərə dizel subsidiyasının verilməsinin dayandırılması tənəzzülə doğru gedən bu sahəyə daha da mənfi təsir göstərəcək. Bir daha vurğulayım ki, dövlət olaraq bu sahəyə kompleks yanaşmalıyıq. Birdəfəlik anlamalıyıq ki, ictimai nəqliyyat mükəmməl olmasa tıxac problemi də həll olmayacaq. Həmçinin yol hərəkətinin təhlükəsizliyi məsələsi arzuolunan səviyyədə olmayacaq. İctimai nəqliyyat mükəmməl deyilsə, insanların vaxt itkisi, stress-gərginlik keçirməsi hesabına sağlamlıqlarını itirməsi qaçılmaz olacaq. Bütün bunları nəzərə alaraq ictimai nəqliyyatın inkişafına hərtərəfli dəstək verilməlidir".

Tanınmış ekspert bir müddət əvvəl Prezidentin fərmanı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurasının fəaliyyətə başlaması ilə ictimai nəqliyyata manasibətin yaxşılaşmasına ümidlərin yananığını deyib: "Bu şura bütövlükdə ölkədə nəqliyyat və yol təhlükəsizliyi ilə bağlı dövlət siyasətini işləyib hazırlayaraq ortaya qoymalıdır. Dövlət siyasətində də ən öndə gələn məsələlərdən biri də məhz ictimai nəqliyyatın iqtisadi dayanıqlılığının təmin edilməsi müəyyən edilməlidir. Konkret hesablanmalar aparılmalı, inkişaf perspektivləri müəyyənləşdirilməli, yol hərəkət təhlükəsizliyi məsələləri, bütün bunların insanların gündəlik həyat keyfiyyətinə təsiri ortaya qoyulmalı və düzgün qiymətləndirilməlidir. Əslində bunlar üçün xarici ölkələrin keçdiyi yollar, hazır reseptlər də mövcuddur. Bir müddəa qırmızı xətlə cızılmalıdır ki, ictimai nəqliyyat gəlir gtirən biznes sahəi deyil, olmayıb, ola da bilməz, bu sosial bir sahədir, ona xərclənən pullar cəmiyyətin həyat komfortunu təmin etmək üçün xərclənir. Buraya investisiya qoyub, oradan birbaşa gəlir götürmək kimi bir hədəf olmamalıdır".

Qobustanda ağır yol qəzası  5 nəfər ölüb like
  • 22 May 09:29  
Digərləri Qobustanda ağır yol qəzası 5 nəfər ölüb

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
“Yatmış aslanın” oyanışı gözlənilir like
  • 22 May 09:09  
Dünya “Yatmış aslanın” oyanışı gözlənilir

Kolumbiya hakimiyyəti Nevado del Ruiz vulkanının püskürməsini gözləyir.

arrow Ətraflı
"Ukrayna ərazi itkisi ilə barışmağa məcbur olacaq" like
  • 22 May 08:59  
Dünya "Ukrayna ərazi itkisi ilə barışmağa məcbur olacaq"

Ukrayna münaqişəsinə son qoymaq, dərhal sülh danışıqlarına başlamaq l

arrow Ətraflı
Çin Yaponiyaya etiraz edib like
  • 22 May 08:45  
Dünya Çin Yaponiyaya etiraz edib

Çinin xarici işlər nazirinin müavini Sun Ueydun Yaponiyanın Pekindəki səf

arrow Ətraflı
Obalıya suiqəsd cəhdi: kimsə bizi susdura bilməz  İldırım like
  • 22 May 08:35  
Siyasət Obalıya suiqəsd cəhdi: kimsə bizi susdura bilməz İldırım

Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım Günaz TV-ni

arrow Ətraflı
Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1 milyonu ötüb like
  • 22 May 08:24  
Dünya Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1 milyonu ötüb

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu �

arrow Ətraflı
Türkiyədə zəlzələ olub like
  • 22 May 08:10  
Dünya Türkiyədə zəlzələ olub

Türkiyənin Adana vilayətində 4,0 bal gücündə zəlzələ baş berib.

arrow Ətraflı
"Bizim biznesimiz bu sahədə Azərbaycan tərəfinə təkliflər verəcək" like
  • 22 May 08:03  
Digərləri "Bizim biznesimiz bu sahədə Azərbaycan tərəfinə təkliflər verəcək"

Litva Azərbaycana bərpa olunan enerji sahəsində texnologiyalar təqdim edə

arrow Ətraflı
"SpaceX" şirkəti turistlərin olduğu kosmik gəmini BKSə göndərib like
  • 22 May 08:00  
Dünya "SpaceX" şirkəti turistlərin olduğu kosmik gəmini BKSə göndərib

"Axiom" kommersiya proqramı çərçivəsində "Falcon 9" ra

arrow Ətraflı
Rusiyanın seçkilərə təsir cəhdləri ilə bağlı...  Çavuşoğlu like
  • 22 May 07:53  
Dünya Rusiyanın seçkilərə təsir cəhdləri ilə bağlı... Çavuşoğlu

Rusiya tərəfindən Türkiyədə keçirilən prezident seçkilərinə təsir et

arrow Ətraflı
Danijela Durovic Azərbaycana gəlib like
  • 22 May 07:45  
Siyasət Danijela Durovic Azərbaycana gəlib

Monteneqro Parlamentinin sədri Danijela Durovic Azərbaycana gəlib.

arrow Ətraflı
Sinan Oğan qərarını like
  • 22 May 07:39  
Dünya Sinan Oğan qərarını

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı m�

arrow Ətraflı
Növbəti pandemiyanın episentri məlum oldu like
  • 22 May 07:32  
Dünya Növbəti pandemiyanın episentri məlum oldu

Tayvanın səhiyyə naziri Syu Çjyuan adanın növbəti pandemiyanın episentri

arrow Ətraflı
Çavuşoğlu: “Miqrantlarla bağlı “yol xəritəsi” hazırlanıb” like
  • 22 May 07:25  
Digərləri Çavuşoğlu: “Miqrantlarla bağlı “yol xəritəsi” hazırlanıb”

Türkiyə miqrantlarla bağlı "yol xəritəsi" hazırlayıb.

arrow Ətraflı