QMİ sədri "Rusiyaİslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir


Digərləri 19 May 2023 15:48:00 122 0

QMİ sədri "Rusiyaİslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə RF Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanovun dəvətilə Kazan şəhərində keçirilən "Rusiya -İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir. Kazan Ratuşasında keçirilən və "Rusiya - İslam aləmi: ənənəvi mənəvi dəyərlər dinlərarası əməkdaşlığın əsasıdır" mövzusuna həsr olunmuş plenar iclasda Tatarıstan başçısı R. Minnixanov, Moskva və Bütün Rusiyanın Patriarxı Kiril, Rusiya müsəlmanları ruhani idarələrin başçıları, müftilər, RF hökümət nümayəndələri, eləcə də İslam aləmini təmsil edən xarici dini liderlər və elm xadimləri iştirak etmişlər. QMİ sədri iclasda çıxış etmişdir.

Tədbir iştirakçılarını səmimi salamlayan və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını və xoş arzularını qardaş Tatarıstan xalqına və Forum iştirakçılarına çatdıran  QMİ sədri qeyd edib ki, Rusiya tarixən İslam dünyasına və müsəlman irsinə dərin hörməti ilə tanınır, İslam dininin mütərəqqiliyini və mənəvi əhəmiyyətini yüksək qiymətləndirir.

Şeyxülislam İslam dünyası ilə dinlərarası dialoqun və əməkdaşlığın inkişafına verdiyi layiqli töhfəyə görə, eləcə də Cənubi Qafqazda sülhün əldə edilməsinə və qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə Patriarx Kirilə öz minnətdarlığını bildirmişdir.

QMİ sədri tədbir iştirakçılarının nəzərinə çatdırmişdır ki, bu il Azərbaycanda müasir Azərbaycanın qurucusu, sovet dövlətinin rəhbərlərindən biri, dövrünün görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin "Ümummilli Lider İli" elan edilib. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin zəngin irsinin nəhəng potensialı sayəsində qazandığı təcrübədən istifadə edərək, onun başlatdığı işləri nəinki qoruyub saxlamış, onun rəhbərliyi ilə xalqımız ümummilli liderimizin əsas vəsiyyətini yerinə yetirərək Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməyə nail olmuşdur.

"Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin ünvanına, o cümlədən bu tədbirdə iştirak edən bir çox siyasi, din və ictimai xadimlərdən təbrik mesajları gəlməkdə davam edir, onların çoxu bu parlaq şəxsiyyətlə ünsiyyətdə olmuşlar. Heydər Əliyevin əziz xatirəsinə belə həssaslıqla yanaşdığınız üçün Azərbaycan xalqı adından sizə təşəkkür etmək istəyirəm."

Müharibələrin səngimədiyi müasir dünyada milli və ya dini dözümsüzlük səbəbindən zorakılıq aktları davam edir, dindən siyasi məqsədlər üçün sui-istifadə meylləri xüsusilə təhlükəlidir. Terrorizm və ya hər hansı zorakılığın heç bir dini əsası yoxdur və ola da bilməz, - deyə, Şeyxülislam xüsusi vurğulayıb. Şeyxülislam A.Paşazadə və Tatarıstanın rəhbəri cənab Rüstəm Minnixanov ayrıca görüşüb fikir mübadiləsi aparıblar. Cənab Minnixanov, "əziz qardaşım, dəvətimi qəbul edib bura gəldiyiniz üçün Sizə təşəkkür edirəm" deyərək, QMİ sədrini salamlayıb. Şeyxülislam Tatarıstan rəhbərinə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycan xalqının qardaş Tatarıstana və onun rəhbərliyinə dərin rəğbət və ehtiram bəslədiyini ifadə edib. Öz növbəsində cənab Minnixanov Azərbaycan dövlət rəhbərinə öz ehtiramını və salamlarını çatdırmağı xahiş edib və bütün Azərbaycan xalqını Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib.

Forum öz işinə davam edir.

MilliAz

Skuter bomba kimi partladı  VİDEO like
  • 19 May 14:58  
Digərləri Skuter bomba kimi partladı VİDEO

İngiltərədə elektriklə işləyən skuter bomba kimi partlayıb.

arrow Ətraflı
"Bunlar nəzərə alınmaqla gələcək addımlar razılaşdırılsın" like
  • 19 May 14:56  
Digərləri "Bunlar nəzərə alınmaqla gələcək addımlar razılaşdırılsın"

Ümid edirəm, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa

arrow Ətraflı
Sülh müqaviləsinə aid bir neçə bənddə razılığa gəlinib  Mirzoyan like
  • 19 May 14:54  
Siyasət Sülh müqaviləsinə aid bir neçə bənddə razılığa gəlinib Mirzoyan

Mümkün sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə razılıq əld

arrow Ətraflı
İlham Əliyev: Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır like
  • 19 May 14:52  
Siyasət İlham Əliyev: Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır

Otuz illik işğal dövründə Azərbaycan xalqı humanitar fəlakətlə üzlə�

arrow Ətraflı
"Fantomas"ın aktyoru vəfat etdi like
  • 19 May 14:46  
Şou-biznes "Fantomas"ın aktyoru vəfat etdi

Avstriyalı aktyor Helmut Berger vəfat edib.

arrow Ətraflı
Prezident: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi like
  • 19 May 14:44  
Siyasət Prezident: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi

Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpa

arrow Ətraflı
Azərbaycan və Ermənistan liderlərinin Moskvaya gələn həftə gələcəyi gözlənilir like
  • 19 May 14:34  
Siyasət Azərbaycan və Ermənistan liderlərinin Moskvaya gələn həftə gələcəyi gözlənilir

Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nik

arrow Ətraflı
Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana ekstazi və kokain gətirən dəstə saxlanılıb like
  • 19 May 14:30  
Kriminal Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana ekstazi və kokain gətirən dəstə saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək

arrow Ətraflı
Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr açıqlandı like
  • 19 May 14:26  
Dünya Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr açıqlandı

Pasport qiymətlərinin ən yüksək olduğu ölkələr açıqlanıb. Ən bahal�

arrow Ətraflı
İlk dəfə Rusiyanı hesaba almadılar  Çin Mərkəzi Asiyanı like
  • 19 May 14:17  
Siyasət İlk dəfə Rusiyanı hesaba almadılar Çin Mərkəzi Asiyanı

Çin fövqəldövlət olaraq mövqeyini gücləndirməkdə davam edir. Hədəfl�

arrow Ətraflı
Manaf QƏZƏBLƏNDİ: “Çörəyimi yeyir, amma naxələfdir” like
  • 19 May 14:15  
Şou-biznes Manaf QƏZƏBLƏNDİ: “Çörəyimi yeyir, amma naxələfdir”

"Əlimdən nə gəlirsə gənc müğənnilərə kömək edib, dəstək duru

arrow Ətraflı
Dərs ili uzadılarsa, tədrisin vəziyyəti necə olacaq? like
  • 19 May 14:06  
Digərləri Dərs ili uzadılarsa, tədrisin vəziyyəti necə olacaq?

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin uzadıl

arrow Ətraflı
“Twitter”də yenilik: Artıq iki saatlıq videoları yükləmək mümkün oldu like
  • 19 May 14:04  
Digərləri “Twitter”də yenilik: Artıq iki saatlıq videoları yükləmək mümkün oldu

"Twitter Blue" abunəsi olan təsdiqlənmiş hesab sahibləri artıq s

arrow Ətraflı
Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur like
  • 19 May 13:20  
Digərləri Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur

Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzr�

arrow Ətraflı