Ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını müşahidə edirik Orxan Məmmədov


Digərləri 17 May 2023 11:53:00 199 0

Ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını müşahidə edirik  Orxan Məmmədov

Hər bir ölkənin dayanıqlı iqtisadi inkişafı qadın sahibkarlığının inkişafı ilə birbaşa bağlıdır. Qadınların ölkəmizin ictimai, siyasi və iqtisadi həyatında rolunun artırılması dövlətimizin daim diqqət mərkəzində olub.

Bu xəbəri də oxu: Sürücülərin NƏZƏRİNƏ:

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "SHE Congress" tədbirində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış müasir dövlət qadın siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir.

"Bu qayğının nəticəsi olaraq hazırda ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını müşahidə edirik və qadınlar kiçik biznes yaratmağa, özünü-məşğulluğa getdikcə daha çox meyl göstərirlər. Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların çəkisi 19 faiz civarında isə, 2023-cü ilin aprel ayının statistikasına əsasən bu rəqəm artıq 22 faizi keçmişdir. Bununla yanaşı hüquqi şəxslərin və müəssisələrin təsisçiləri və idarəediciləri sırasında kifayət qədər sayda qadınlar təmsil olunur. Eyni zamanda, ölkəmizdə iqtisadi fəal əhlinin 49%-ni qadınlar təşkil edirlər.

Qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Araşdırmalar və sorğuların təhlili göstərir ki, məlumatların əldə edilməsi, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına məhdud çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çağırışlardır.

Qeyd olunanlar nəzərə alınmaqla ötən dövrlərdə KOBİA tərəfindən bir sıra dəstək mexanizmləri yaradılıb. Belə ki, qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, qrant proqramı, sərgilərdə iştirak, iri ticarət şəbəkələrinə çıxış, daxili bazar araşdırması, "Startap" şəhadətnaməsi və s. alət və xidmətlərindən yararlanırlar", - deyə O.Məmmədov əlavə edib.

O qeyd edib ki, KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən 2023-cü il ərzində keçirilən təlimlərdə 1000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb.

"Ötən müddət ərzində 9 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10-n artıq qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən "Startap" şəhadətnaməsi verilib. Qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə həyata keçirilən "Menecerlərin təlimi üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 100-dən çox qadın yararlanıb. Həmçinin, KOBİA qadınların istehsal etdikləri məhsulların bazarlara çıxarılması və tanıdılması məqsədilə müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərir. Bugünədək 1300-ə yaxın sahibkarlıq subyekti KOBİA tərəfindən təşkil olunan 50-ə qədər sərgidən faydalanmışdır ki, onların da 50%-i qadın olmuşdur", - deyə o əlavə edib.

Unibankda nağdsız əməliyyatların həcmi rekord məbləğə çatıb like
  • 17 May 11:51  
Digərləri Unibankda nağdsız əməliyyatların həcmi rekord məbləğə çatıb

Unibank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək v

arrow Ətraflı
Şuşa Qoruğuna yeni icraçı direktor təyin olundu like
  • 17 May 11:50  
Kriminal Şuşa Qoruğuna yeni icraçı direktor təyin olundu

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasın�

arrow Ətraflı
Nikola Sarkozi həbs edildi like
  • 17 May 11:49  
Dünya Nikola Sarkozi həbs edildi

Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb.

arrow Ətraflı
"Fransa hansı demokratiyadan danışır?!"  Xəlil Sisse like
  • 17 May 11:48  
Siyasət "Fransa hansı demokratiyadan danışır?!" Xəlil Sisse

Fransa hansı demokratiyadan danışır?! Onlar bizə məcbur edirlər ki, onlar

arrow Ətraflı
Azərbaycanda daha bir neçə bank bağlanacaq  Açıqlama like
  • 17 May 11:46  
Digərləri Azərbaycanda daha bir neçə bank bağlanacaq Açıqlama

Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank - "Günay Bank

arrow Ətraflı
Bu foto ilə bağlı rəsmi açıqlama like
  • 17 May 11:36  
Digərləri Bu foto ilə bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə Azərbaycanda dəmitr yolu xəttinin hazarlanması ilə

arrow Ətraflı
Bu avtobuslar Bakının girişində tıxaclara səbəb olur like
  • 17 May 11:34  
Digərləri Bu avtobuslar Bakının girişində tıxaclara səbəb olur

Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəz�

arrow Ətraflı
Azərbaycanda ilk ödənişli avtomobil yolunun tikintisi nə vaxt yekunlaşacaq? like
  • 17 May 11:32  
Digərləri Azərbaycanda ilk ödənişli avtomobil yolunun tikintisi nə vaxt yekunlaşacaq?

Azərbaycanda inşa edilən ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhədd

arrow Ətraflı
“Günay Bank”da 70 milyon manat əmanət bata bilər like
  • 17 May 11:30  
Digərləri “Günay Bank”da 70 milyon manat əmanət bata bilər

Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 m

arrow Ətraflı
“Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası yaratdı  2 saatı 41 manat... like
  • 17 May 11:12  
Digərləri “Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası yaratdı 2 saatı 41 manat...

Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən "Milli Yaylaq Fes

arrow Ətraflı
“Təəssüf ki, dünyada müstəmləkəçilik davam edir" like
  • 17 May 11:00  
Siyasət “Təəssüf ki, dünyada müstəmləkəçilik davam edir"

Azərbaycan və Afrika İttifaqı gələcəkdə anlaşma memorandumu imzalaya bi

arrow Ətraflı
Kapital Bank Xudat şəhərində yeni filialını istifadəyə verdi like
  • 17 May 10:52  
Digərləri Kapital Bank Xudat şəhərində yeni filialını istifadəyə verdi

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlar

arrow Ətraflı
İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib like
  • 17 May 10:51  
Siyasət İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı