"Teatr, kino günü olur, gözüm telefonda qalır ki, kimsə zəng edib, bizi yada salacaq"


Kriminal 16 May 2023 23:52:00 160 0

"Teatr, kino günü olur, gözüm telefonda qalır ki, kimsə zəng edib, bizi yada salacaq"

"Son günlər respublikamızda bir-birinin ardınca keçirilən festivallar, kino və teatr günləri, musiqi festivalları bu sahəyə olan diqqətin və qayğının təzahürüdür. Bütün bu tədbirlər təbii ki, yeni təyin olunmuş, cənab nazir Adil Kərimlinin bu sahədə etdikləri və edəcəklərindən xəbər verir. Mən çox çalışdım ki, bundan əvvəl ki, Mədəniyyət Naziri məni qəbul edib, dinləsin. "Bu gün qəbul edərəm, sabah qəbul edərəm" deyib, günü-günə satdı. Mən bu diqqəti əvvəlki nazirdən görmədim. Elə oldu ki, alınmadı, özü də getdi. Yeni gələn nazirin işçiləri mətbuata bildirmişdilər ki, rəsmi müraciət olmadığına görə biz Rəhimə xanımı qəbula yaza bilmərik. Sözün düzü, rəsmi müraciət etməmişdim. Artıq rəsmi müraciət etmişəm, inşallah ki, cənab nazir Adil Kərimli ilə görüşəcəyimə inanıram. Ondan çox böyük dəstək gözləyirəm. Yeni təyin olunmasına baxmayaraq çox işlər görüb. Mən də onu dəstəkləyirəm. Ümid edirəm ki, mədəniyyət sahəsində hər şey çox gözəl olacaq".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

"Problemlərim var ki, görüşə getmək istəyirəm də. Bu şəxsi mətbəxdir, fikrimi deyəcəm, problemimi söyləyəcəm, nazir nə dərəcədə dəstək olarsa həll olunar. Yaşar elə bir insan və aktyor idi ki, mən onunla yaşadığım illərdə nə edim, necə edim deməmişəm. Onun vaxtında çətinlik görməmişəm, hər qapı üzünə açıq olub. Onsuz arxam, dayağım yoxdur. Hamının problemi var, təkcə maddi problem deyil ki. Mənəvi dəstək, maddi dəstəkdən də vacibdir. Hər zaman diqqət mərkəzində olmuşuq. Bu gün diqqətsizlik məni məyus edir. Teatr, kino günü olur, gözüm telefonda qalır ki, kimsə zəng edib, bizi yada salacaq" deyə sənətkarın xanımı bildirib.

Rəhimə Nuriyeva dünyasını dəyişən sənətkarların şəxsi həyatlarına müdaxilənin yolverilməz olduğunu bildirib.

"Nə qədər Siyavuş Aslanın övladının əməllərindən danışmaq olar. O özü də haqq dünyasındadır. Siyavuş sağ olsaydı bu onun özünə də xoş gəlməzdi. Həyatda olmayan sənətkarların arxasınca danışıb, tanınmış adamların ailə mətbəxlərini üzə çıxarmaq olmaz. Əgər o sənətkarın ailəsindən kimsə sağdırsa, zəng edib soruşmaq olar ki, bu həqiqətdir yoxsa yalan? Belə şeylər düzgün deyil. Sənətkarın ruhunu incitmək olmaz. Sabah o danışanların da arxasınca danışacaqlar. Gərək indidən bu şeylərin qarşısı alınsın" deyə Rəhimə Nuriyeva bildirib.

Rəhimə Nuriyeva Yaşar Nurinin qohumları ilə daim sıx əlaqə saxladığını bildirib.

"Bu dəqiqə guya kim, kimin evinə gedib-gəlir ki? Hamının başı qarışıqdır, telefonla əlaqə saxlayırıq. Mən öz qohumlarımdan da çox Yaşarın qohumlarını sevirəm. Bu da məndən asılı deyil. Bu Yaşara olan sevgimin təzahürüdür. Münasibətimiz də çox yaxşıdır. Qohumlar mənim üçün həmişə sevimlidir" deyə sənətkarın xanımı bildirib.

Son.az  

Azərbaycanda yeni virus yayılıb like
  • 16 May 23:45  
Digərləri Azərbaycanda yeni virus yayılıb

Azərbaycanda vətəndaşlar arasında son dövrlər boğaz ağrısı ilə müş

arrow Ətraflı
“LGBT üzvü olaraq yarışa başladın”  Ağır sözlər FOTO like
  • 16 May 23:21  
Şou-biznes “LGBT üzvü olaraq yarışa başladın” Ağır sözlər FOTO

Türkiyənin məşhur "Survivor" yarışmasının iştirakçıları Se

arrow Ətraflı
"Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin sədri olacaq" like
  • 16 May 23:09  
Digərləri "Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin sədri olacaq"

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə

arrow Ətraflı
Ərdoğanın seçkidəki yeni şüarı məlum oldu like
  • 16 May 23:00  
Siyasət Ərdoğanın seçkidəki yeni şüarı məlum oldu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi H�

arrow Ətraflı
Nazir yay tətili müddətinin qısaldılmasını TƏKLİF ETDİ like
  • 16 May 22:46  
Digərləri Nazir yay tətili müddətinin qısaldılmasını TƏKLİF ETDİ

"Uşaqlar indi daha az məktəbə gedirlər. Məsələn, mən 10 il hər ş

arrow Ətraflı
Bakıda 4 otaqlı ev yandı like
  • 16 May 22:35  
Digərləri Bakıda 4 otaqlı ev yandı

Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.

arrow Ətraflı
Cəlilabadda evdən gənc oğlanın meyiti aşkar olunub like
  • 16 May 22:28  
Digərləri Cəlilabadda evdən gənc oğlanın meyiti aşkar olunub

Cəlilabad rayonunun Cavadxan küçəsində, evlərdən birində meyit aşkar ol

arrow Ətraflı
Ermənilər Xocalıda nə edir? like
  • 16 May 22:13  
Siyasət Ermənilər Xocalıda nə edir?

Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər e

arrow Ətraflı
Mehriban Ələkbərzadə "Azdrama"nın kollektivinə təqdim olundu  FOTOLAR like
  • 16 May 22:02  
Kriminal Mehriban Ələkbərzadə "Azdrama"nın kollektivinə təqdim olundu FOTOLAR

Mədəniyyət nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Milli

arrow Ətraflı
Bu kartoflar yaşlı insanlar üçün faydalıdır like
  • 16 May 21:48  
Digərləri Bu kartoflar yaşlı insanlar üçün faydalıdır

Təzə kartof C vitamini və böyük miqdarda kalium ilə zəngindir. Bu, yaşl�

arrow Ətraflı
Sabirabadda avtomobil velosipedçini vurub, xəsarət alanlar var like
  • 16 May 21:39  
Digərləri Sabirabadda avtomobil velosipedçini vurub, xəsarət alanlar var

Sabirabadda avtomobil velisopedçini vurub, 2 nəfər xəsarət alıb.

arrow Ətraflı
İllər sonra sevgili tapdı, ələlə görüntüləndilər  FOTO like
  • 16 May 21:33  
Şou-biznes İllər sonra sevgili tapdı, ələlə görüntüləndilər FOTO

47 yaşlı Hollivud ulduzu Şarliz Teronun şəxsi həyatı ilə bağlı yeni id

arrow Ətraflı
Sabah bəzi magistral yollarda... like
  • 16 May 21:20  
Digərləri Sabah bəzi magistral yollarda...

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşac

arrow Ətraflı
Rejissor məşhur aktrisaya rol verilməməsini gülməli səbəblə əlaqələndirdi  FOTO like
  • 16 May 21:12  
Şou-biznes Rejissor məşhur aktrisaya rol verilməməsini gülməli səbəblə əlaqələndirdi FOTO

Amerikalı aktrisa El Fenninq məşhur filmdə rol almağa necə rədd cavabı v

arrow Ətraflı