Sahibə Qafarova Rusiyada Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş sərginin açılışında çıxış edib FOTO


Siyasət 15 May 2023 22:24:00 136 0

Sahibə Qafarova Rusiyada Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş sərginin açılışında çıxış edib  FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfəri çərçivəsində mayın 15-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, inzibati binanın qarşısında Milli Məclisin sədrini Federasiya Şurasının sədri Valentina Matviyenko qarşılayıb. Nümayəndə heyəti burada Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasiminə qatılıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Milli Məclisin deputatları, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.

Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin yüksək səviyyədə təşkilinə görə Federasiya Şurasının sədri Valentina Matviyenkoya təşəkkürünü bildirib.

Spiker Sahibə Qafarova deyib ki, Azərbaycanın müasir tarixinin bir qərinədən çoxu milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə - adını ölkəmizin tarixinə əbədi həkk etmiş, ömrünü Azərbaycan xalqının rifahına xidmətə fəda etmiş dahi insanla bağlıdır.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi həm sovet dövründə, həm də Azərbaycanın ən taleyüklü məqamlarında özünü qabarıq şəkildə göstərmişdir. Qeyd olunub ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra həyatın bütün sahələrində idarəetmə vektoru köklü surətdə dəyişmişdir. Kompleks inkişaf proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan ən inkişaf etmiş respublikalar sırasına daxil olmuşdur.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü kimi ölkə miqyaslı bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində Heydər Əliyevin böyük rolu olub. Sahibə Qafarova onlar arasında Baykal-Amur magistralının inşasını xüsusi vurğulayaraq, həmçinin onun keçmiş SSRİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsində və möhkəmləndirilməsində də Heydər Əliyevin böyük xidmətləri olduğunu qeyd edib.

Sahibə Qafarova bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra da Heydər Əliyevin böyük təcrübəsinə, unikal qabiliyyətlərinə kəskin ehtiyac duyulmuş və Ulu Öndər həyatın bütün sahələrində yaranmış böhran, qeyri-sabitlik şəraitində dövləti xilas etmək, onun dağılması təhlükəsinin qarşısını almaq, iqtisadi, sosial, siyasi tənəzzülü aradan qaldırmaq kimi tarixi missiyanı öz üzərinə götürmüşdür. Spiker Sahibə Qafarova vurğulayıb ki, Ümummilli Liderin ən qiymətli əsəri olan müasir Azərbaycan dövlətçiliyi hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməkdədir.

Sahibə Qafarova Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq, bir-birinin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq kimi möhkəm təməllərə əsaslanan hərtərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd edib. Ümummilli Liderin xarici siyasət kursunun əsasını qoyduğu dövlətlərarası münasibətlərimizin əsas vektorlarından olan strateji əməkdaşlıq indi qarşılıqlı hörmət və etimada, bir-birinin maraqlarına diqqətlə yanaşmağa əsaslanan müttəfiqlik qarşılıqlı fəaliyyətinə çevrilmişdir. Dövlətlərimiz arasında tarixi dostluq və mehriban qonşuluq ənənələri, dərin əlaqələr, siyasi dialoq, humanitar əməkdaşlıq indi dövlət başçılarımız İlham Əliyevin və Vladimir Putinin yorulmaz səyləri nəticəsində dinamik inkişaf etməkdədir.

Spikeri Sahibə Qafarova deyib ki, biz Heydər Əliyevin bütün siyasi vəsiyyətlərini Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirə bilmiş xoşbəxt millətik. Bunların arasında Qarabağın erməni işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ən görkəmli yer tutur.

Milli Məclisin sədri 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə müharibəyə son qoyan Üçtərəfli Bəyanatın imzalanmasında Prezident Vladimir Putinin səylərini və Rusiyanın rolunu xüsusi qeyd edib.

Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi ədaləti bərpa edəcəyinə, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlara sülh və firavanlıq gətirəcəyinə heç vaxt şübhə etmədiyini bildirib. Çünki silahlı münaqişələrə son qoyulması, onların dövlətlərarası münasibətlər sistemindən kənarlaşdırılması bütün xalqların maraqlarına xidmət edir. Sahibə Qafarova vurğulayıb ki, torpaqlarımıza - Şuşaya, Laçına, Kəlbəcərə, Cəbrayıla qayıdacağımızı deyən Heydər Əliyevin tarixi proqnozu bu gün artıq gerçəkləşib və hazırda işğaldan azad edilmiş ərazilərdə dinc həyata qayıtmaq üçün sürətli bərpa işləri aparılır, genişmiqyaslı infrastruktur layihələri icra edilir.

Çıxışının yekununda Sahibə Qafarova deyib ki, bu gün biz yaxın tariximizə nəzər salarkən, Heydər Əliyevin ölkənin və hər bir azərbaycanlının rifahı naminə nə qədər böyük işlər həyata keçirdiyini görürük və qədirbilən xalqımız da həmişə öz böyük oğlunun xatirəsini qəlbində əziz tutacaq və yaşadacaqdır.

Sonda Spiker Sahibə Qafarova Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Heydər Əliyev Fonduna bir daha öz minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində uşaqlar çıxış edərək Azərbaycan və rus dillərində Ulu Öndər Heydər Əliyevin sevdiyi şeirlərdən parçaları səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təkbətək görüşü olub. Görüşdə Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə dərin təşəkkürünü bildirib. O, qeyd edib ki, burada keçirilən tədbirlər bu dahi şəxsiyyətin necə böyük bir zirvəni fəth etdiyini göstərir.

Söhbət zamanı Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin bugünü və gələcək inkişaf perspektivləri, həmçinin tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

“Türkiyə gözəli” də deputat seçildi  FOTO like
  • 15 May 22:17  
Dünya “Türkiyə gözəli” də deputat seçildi FOTO

Mayın 14-də keçirilən parlament seçkilərində "Türkiyə gözəli&quo

arrow Ətraflı
Qocalmaq bu bürclər üçün qorxulu deyil: Şanslılar hansılardır? like
  • 15 May 22:10  
Digərləri Qocalmaq bu bürclər üçün qorxulu deyil: Şanslılar hansılardır?

Astroloqlar, nümayəndələrinin tez-tez yüz ildən çox yaşayan bürcləri a

arrow Ətraflı
XİN: "Azərbaycanda yaşayan erməni sakinlərin də..." like
  • 15 May 22:04  
Siyasət XİN: "Azərbaycanda yaşayan erməni sakinlərin də..."

Azərbaycanda yaşayan erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölk

arrow Ətraflı
Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı açıqlama like
  • 15 May 21:57  
Siyasət Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı açıqlama

Bütün qonşularla normal münasibətlərin qurulması vacibdir.

arrow Ətraflı
BMT müraciət yaydı: Əhali artımı azalan sürətlə də olsa... like
  • 15 May 21:35  
Dünya BMT müraciət yaydı: Əhali artımı azalan sürətlə də olsa...

Birləşmiş Millətlər Təşkilatı (BMT) 15 may - Beynəlxalq Ailə Günü il

arrow Ətraflı
Tarixi bir uğura imza atacağıq like
  • 15 May 21:30  
Dünya Tarixi bir uğura imza atacağıq

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiri

arrow Ətraflı
İnsanlar öldüyü zaman ayaq barmaqları niyə bağlanılır?  Dəhşətli SƏBƏB like
  • 15 May 21:22  
Digərləri İnsanlar öldüyü zaman ayaq barmaqları niyə bağlanılır? Dəhşətli SƏBƏB

Azərbaycanda ölən insanların ayaqlarının baş barmaqlarının bağlandığ

arrow Ətraflı
Öldüyü deyilən 93 yaşlı Sorosdan ŞOK AÇIQLAMA like
  • 15 May 21:15  
Dünya Öldüyü deyilən 93 yaşlı Sorosdan ŞOK AÇIQLAMA

"Açıq Cəmiyyət Fondu"nun təsisçisi Corc Soros ürəktutmadan və

arrow Ətraflı
Küsülü olan təmsilçilərimizdən birbiri ilə bağlı paylaşım  VİDEO like
  • 15 May 21:00  
Şou-biznes Küsülü olan təmsilçilərimizdən birbiri ilə bağlı paylaşım VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli və Samirə

arrow Ətraflı
Məzarına şəhid yoldaşı ilə birgə FOTOsu qoyuldu like
  • 15 May 20:46  
Digərləri Məzarına şəhid yoldaşı ilə birgə FOTOsu qoyuldu

Xəbər verdiyimiz kimi, mayın 13-də Xızı rayonu, Giləzi qəsəbəsində ye

arrow Ətraflı
Çağla dəfn mərasimində Emreni tək qoymadı  FOTO like
  • 15 May 20:40  
Şou-biznes Çağla dəfn mərasimində Emreni tək qoymadı FOTO

Türkiyəli müğənni-aktyor Emre Altuğun 90 yaşında vəfat edən atası Tun

arrow Ətraflı
Sərxoş sürücülər üç nəfərin ölümünə səbəb olub like
  • 15 May 20:36  
Digərləri Sərxoş sürücülər üç nəfərin ölümünə səbəb olub

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin s�

arrow Ətraflı