Niyə may ayında toy etmək olmaz?


Digərləri 15 May 2023 21:43:00 138 0

Niyə may ayında toy etmək olmaz?

"May ayında toy etmək olmaz" ifadəsini eşitməyən tapılmaz. Qədim bir inanca görə may ayında baş tutan nikahlar bədbəxt sonluqla nəticələnir. 

Son.az bildirir ki, lent.az "Belə yaranıb" rubrikasında bu qəribə inancın yaranma tarixçəsinə nəzər salacaq.

Antik dövr Romasında və Yunanıstanda may ayında baş tutan evliliklərin yarımçıq qalmasına dair deyimlər var. Məsələn romalı şair Ovidey, yunan filosofu Plutarx may toylarını öz əsərlərində "qaralamışdılar".

Qədim Pravoslav təqviminə əsasən, Pasxa bayramının bir hissəsi may ayına düşürdü. Pasxadan öncə bir sıra oruc tutmaq ritualları var idi və bu rituallara evlənmək qadağası da daxil idi. Xristianlıqda həftənin ikinci və dördüncü günləri toy etmək bəyənilən hərəkət deyil. Pasxanın yeddinci günü də evlənmək olmazdı. Bazar ertəsi və bazar günləri isə toy üçün ən münasib zaman sayılırdı.

Avropada may toyunun bədbəxt sonluğuna inancın kökü 1567-ci ilə gedib çıxır. 1567-ci ilin may ayında Şotlandiya kraliçası Mariya Stüart üçüncü dəfə ərə getdi və bu nikah böyük bədbəxtliklə nəticələndi. O gündən sonra sadə xalq da, monarx ailələri də mayda edilən toyun kraliçaya düşməməsinə inandılar. Bu ənənə sonralar bütün kral ailələrinə sirayət etdi.

Lakin 2018-ci il may ayının 19-da Britaniya kral ailəsinin amerikalı gəlini Meqan Markl bu xurafata son qoydu. Kral ailəsinin narazılığına baxmayaraq, o, toyunun mayda olmasını istədi. Hərçənd sonluq da xoş görünmədi. Meqan gələn gündən ailəsi ilə yola gedə bilmədi, ərini də götürüb vətəninə qayıtdı.

Qədim slavyanlar mayda evlənənlər "ömür boyu islanar, əzilər" ifadəsini işlədirlər. Bu may ayında ərzağın bitib-tükənməsi ilə əlaqədardır. Hər nə qədər baharda qan qaynasa, güllər, çiçəklər açsa da, bu fəsildə qışdan qalan ərzaq tükənir, yeni ərzaq  isə hələ toplanmamış olurdu. Buna görə, may toyu elə də arzuolunan sayılmırdı.

May toyuna qarşı Polşada da xurafatlar mövcuddur.

Ermənilər aprel ayının sonu, may ayının əvvəli öz qondarma soyqırımlarının matəmini tutduqlarına görə, mayda toy etmirlər.

Müsəlmanlarda isə toy edilməyən Məhərrəm və Səfər aylarında belə toy qadağası yoxdur. İnsanlar öz istəkləri ilə, peyğəmbər ailəsinə ehtiram olaraq 1400 il öncə baş vermiş faciəni yad edərək, toy etmirlər.

Psixoloqlar deyirlər ki, insan nəyi düşünürsə, onu maddiləşdirir. Ona görə mayda toy etmək olar. Yetər ki, pis şeylərə inanıb onu həyatına çəkməyəsən.

Ümumilikdə, mayda toy etməyin bədbəxtliklə nəticələnəcəyinə dair bir dəlil, əsas, dini və ya hansısa elmi fakt yoxdur.

Gözəl şeylərə inanın ki, qapınızı xoşbəxtlik çalsın.

BMT müraciət yaydı: Əhali artımı azalan sürətlə də olsa... like
  • 15 May 21:35  
Dünya BMT müraciət yaydı: Əhali artımı azalan sürətlə də olsa...

Birləşmiş Millətlər Təşkilatı (BMT) 15 may - Beynəlxalq Ailə Günü il

arrow Ətraflı
Tarixi bir uğura imza atacağıq like
  • 15 May 21:30  
Dünya Tarixi bir uğura imza atacağıq

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiri

arrow Ətraflı
İnsanlar öldüyü zaman ayaq barmaqları niyə bağlanılır?  Dəhşətli SƏBƏB like
  • 15 May 21:22  
Digərləri İnsanlar öldüyü zaman ayaq barmaqları niyə bağlanılır? Dəhşətli SƏBƏB

Azərbaycanda ölən insanların ayaqlarının baş barmaqlarının bağlandığ

arrow Ətraflı
Öldüyü deyilən 93 yaşlı Sorosdan ŞOK AÇIQLAMA like
  • 15 May 21:15  
Dünya Öldüyü deyilən 93 yaşlı Sorosdan ŞOK AÇIQLAMA

"Açıq Cəmiyyət Fondu"nun təsisçisi Corc Soros ürəktutmadan və

arrow Ətraflı
Küsülü olan təmsilçilərimizdən birbiri ilə bağlı paylaşım  VİDEO like
  • 15 May 21:00  
Şou-biznes Küsülü olan təmsilçilərimizdən birbiri ilə bağlı paylaşım VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli və Samirə

arrow Ətraflı
Məzarına şəhid yoldaşı ilə birgə FOTOsu qoyuldu like
  • 15 May 20:46  
Digərləri Məzarına şəhid yoldaşı ilə birgə FOTOsu qoyuldu

Xəbər verdiyimiz kimi, mayın 13-də Xızı rayonu, Giləzi qəsəbəsində ye

arrow Ətraflı
Çağla dəfn mərasimində Emreni tək qoymadı  FOTO like
  • 15 May 20:40  
Şou-biznes Çağla dəfn mərasimində Emreni tək qoymadı FOTO

Türkiyəli müğənni-aktyor Emre Altuğun 90 yaşında vəfat edən atası Tun

arrow Ətraflı
Sərxoş sürücülər üç nəfərin ölümünə səbəb olub like
  • 15 May 20:36  
Digərləri Sərxoş sürücülər üç nəfərin ölümünə səbəb olub

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin s�

arrow Ətraflı
"Sakit istintaq"ın aktyoru vəfat etdi like
  • 15 May 20:30  
Digərləri "Sakit istintaq"ın aktyoru vəfat etdi

Rusiyalı məşhur aktyor Vladimir Kuznetsov vəfat edib.

arrow Ətraflı
“Bütün teatrlarda doğma, əziz bir parçamı qoyub gedirəm...” like
  • 15 May 20:24  
Kriminal “Bütün teatrlarda doğma, əziz bir parçamı qoyub gedirəm...”

"Harada çalışmağımızdan asılı olmayaraq Azərbaycan teatrına, teat

arrow Ətraflı
Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı  Yeni təyinatlar like
  • 15 May 20:02  
Digərləri Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı Yeni təyinatlar

Binəqədi və Abşeronda polis orqanlarında yeni təyinatlar olub.

arrow Ətraflı