“Bütün teatrlarda doğma, əziz bir parçamı qoyub gedirəm...”


Kriminal 15 May 2023 20:24:00 181 0

“Bütün teatrlarda doğma, əziz bir parçamı qoyub gedirəm...”

"Harada çalışmağımızdan asılı olmayaraq Azərbaycan teatrına, teatr mədəniyyətinə xidmət edirik. Dünən bu teatr idi, ertəsi gün başqa teatr, sabah bir başqa teatr ola bilər. Bu böyük anlamda Azərbaycan teatrıdır. Akademik Milli Dram Teatrına bədii rəhbər təyinatıma çox sevindim. Əlbəttə ki, gözləyirdim. Yaradıcılığımın, həyatımın 25 ilini, hətta deyərdim ki, 25 ildən artığını həmin teatrda qoymuşam. Çünki mənim ilk diplom tamaşam 1988-ci ildə həmin teatrda olub. Sonra təyinatla gedib digər teatrlarda çalışıb, yenidən həmin teatra gəlmişəm. 2015-ci ilə qədər Akademik Milli Dram Teatrının quruluşcu rejissoru olmuşam. Daha sonra başqa teatra baş rejissor təyin olunmuşam. Sonuncu dəfə də Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin olundum. Əlbəttə ki, bütün bunlar bütövlükdə Azərbaycan teatrına xidmətdir".

Son.az xəbər verir ki, bunu moderator.az-a özəl açıqlamasında Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilən, Əməkdar incəsənət xadimi, rejssor Mehriban Ələkbərzadə deyib.

"Hər bir teatrda da çalışmışam ki, həmin teatrı buna böhranmı deyək, krizismi deyək, və yaxud da dayandığı durumdan daha önə çəkmək işini görməyə cəhd etmişəm. Müəyyən mənada buna nail olmuşam. Akademik Milli Dram Teatrı öz doğma teatrımdır, amma bu teatrda nələr edəcəyimin cavabını hələ ki, verə bilmirəm. Çünki teatrın iş planı ilə tanış deyiləm. Düzdür, rəsmi şəkildə artıq qərar verilib, mənim teatra bədii rəhbər təyinatım var. Teatrın iş planı ilə tanış olub, əlbəttə ki, müəyyən qərarları alandan sonra, artıq müəyyən struktura baxış, repertuarla tanışlıq, gələcək strajeti planın qurulması və o strateji plan üçün strategiya göstərmək və nələri necə etmək sonrakı məsələdir. Təyinat, xidmət növümüz bəllidir" deyə rejissor bildirib.

Mehriban Ələkbərzadə bildirib ki, digər teatrlarla iş birliyini davam etdirəcək.

"Əlbəttə ki, mən teatrların hər birindən çox xoş və çox gözəl münasibətlə ayrılmışam. İstər Yuğ Dövlət Teatrından, istərsə də Gənc Tamaşaçılar Teatrından. Hər birində də doğma, əziz bir parçamı qoyub gedirəm. Çünki hər birində tamaşalarım var. Hansı teatrda işləməyimdən asılı olmayaraq, həmin tamaşalar günü mən çalışıram ki, ciddi bir işim olmasa həmin tamaşa vaxtı teatrda aktyor heyətinin yanında olum. Bunu özümə vacib bir iş bilirəm. Əlbəttə ki, bu "Kod adı VXA"  tamaşası üçün də keçərlidir. May ayının 20-də bu mövsüm üçün son dəfə "Kod adı VXA" tamaşası nümayiş olunacaq. Təki sağlıq olsun. Prinsip etibarı ilə hamımız bir yerdə bütün teatrlarda olan, bütün rejissorların, aktyorların hamımızın məqsədi birdir və hamımız da o məqsədə xidmət edirik. Azərbaycan mədəniyyətinə, teatr sənətinə nə qədər gücümüz çatacaqsa, töhfəmizi də o qədər verəcəyik" deyə xanım rejissor bildirib.

Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı  Yeni təyinatlar like
  • 15 May 20:02  
Digərləri Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı Yeni təyinatlar

Binəqədi və Abşeronda polis orqanlarında yeni təyinatlar olub.

arrow Ətraflı
Ceyhun Bayramov Cozef Borel ilə nələri müzakirə etdi? like
  • 15 May 19:50  
Siyasət Ceyhun Bayramov Cozef Borel ilə nələri müzakirə etdi?

Xəbər verildiyi kimi, 15 may 2023-cü il tarixində Azərbaycan Respublikasın

arrow Ətraflı
Boşanmağa hazırlaşdığı xanımı ilə bağlı paylaşım etdi  FOTO like
  • 15 May 19:48  
Şou-biznes Boşanmağa hazırlaşdığı xanımı ilə bağlı paylaşım etdi FOTO

Aktyor Mehmet Aslantuğ boşanma qərarı aldığı 27 illik həyat yoldaşı Ar

arrow Ətraflı
Bu şəxs 10 milyon dollar təqaüd alacaq like
  • 15 May 19:24  
Digərləri Bu şəxs 10 milyon dollar təqaüd alacaq

ABŞ-da lisey şagirdinin müraciətinə 185 universitetdən cavab gəlib. 

arrow Ətraflı
Dueyn Conson “Forsaj”a görə verdiyi sözü geri götürdü  FOTO like
  • 15 May 19:12  
Şou-biznes Dueyn Conson “Forsaj”a görə verdiyi sözü geri götürdü FOTO

Məşhur aktyor Dueyn Conson "Forsaj -10" filmində xüsusi agent Luk

arrow Ətraflı
Azərbaycan Misirə dost ölkədir  Hanaf Ali Əl Gebali like
  • 15 May 18:50  
Siyasət Azərbaycan Misirə dost ölkədir Hanaf Ali Əl Gebali

Azərbaycanda özümüzü ölkəmizdəki kimi hiss edirik. Azərbaycan bizə dos

arrow Ətraflı
Biz seçkini izləyəndə Nikol Zəngəzur sözü verdi  Geqamyan like
  • 15 May 18:48  
Digərləri Biz seçkini izləyəndə Nikol Zəngəzur sözü verdi Geqamyan

İrəvanda Türkiyədəki seçkiləri izlədiyiniz bir vaxtda Brüsseldə Ermən

arrow Ətraflı
Heydər Əliyev özündən sonra möhkəm təməl qoydu  Viktor Sadovniçi like
  • 15 May 18:42  
Siyasət Heydər Əliyev özündən sonra möhkəm təməl qoydu Viktor Sadovniçi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sa

arrow Ətraflı
Göyçayda məhkəmə binasının üzərinə ağac aşdı  FOTO like
  • 15 May 18:28  
Digərləri Göyçayda məhkəmə binasının üzərinə ağac aşdı FOTO

Göyçayda güclü külək bir sıra fəsadlar törədib.

arrow Ətraflı
Köhnə binalardakı mənzillər bahalaşıb  VİDEO like
  • 15 May 17:36  
Digərləri Köhnə binalardakı mənzillər bahalaşıb VİDEO

Köhnə binalarda mənzillərin qiyməti 30-35 min manat bahalaşıb.

arrow Ətraflı