Türkiyə xalqı taleyini Qərbin ümidinə buraxmadı


Siyasət 15 May 2023 15:06:00 144 0

Türkiyə xalqı taleyini Qərbin ümidinə buraxmadı

Türkiyə xalqı ötən gün tarixinin növbəti sınağından üzü ağ çıxmağı bacardı. Türkiyədə keçirilən Prezident və Parlament seçkiləri öz şəffaflığı ilə dünyaya, xüsusilə də demokratiyadan bəhs edən dövlətlərə əsl dərs oldu. Türk xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini ürəyində qoydu.

Uzun illərdir Qərb dairələri tərəfindən "diktatura" və "diktator" propoqandası aparılan Qardaş Türkiyədə demokratiyanın şöləni dünyanı mat qoydu, ən əsası isə Türkiyənin düşmənlərini məyus etdi, əsas düşmənini isə öldürdü.

Belə ki, Rəcəb Tayyib Ərdoğanın "Balkon" çıxışı zamanı, ən yeni tarixdə gəlib-getmiş ən böyük Türkiyə düşməni, siyasi infrastrukturları ilə bütün dünyada şəbəkələşmiş "Açıq Cəmiyyət" imperiyasının sahibi Corc Soros infarkt keçirərək öldü.

May ayının 28- də ikinci tur keçiriləcək. Lakin Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi iqtidar partiyası - AK partiyanın böyük üstünlük qazanması bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti üçün yüksək səviyyədə baş tutan Prezident və Parlament seçkiləri fonunda dünyaya demokratiya nümunəsi sayıla bilər.

Rəsmi nəticələr yekun olaraq açıqlanmasa da, Türkiyədə seçkilərin iki nəticəsi böyük ölçüdə bəlli oldu. Parlament seçkilərini Ərdoğanın rəhbərlik etdiyi Cümhur ittifaqının qazanması və Prezident seçkilərində Ərdoğan Kılıçdaroğlunu 4 faiz səslə qabaqlasa da, 50 faizi keçə bilmədiyi üçün (yekun nəticə hələ bəlli deyil) mübarizənin II tura qalması...

Belə görünür ki, parlamenti uduzan Kılıçdaroğlunun rəhbərlik etdiyi Millət İttifaqının əsas prioriteti II turda qalib gəlmək olsa da bu şansı da çox deyil. Belə ki, bu turda 5 faizdən çox səs toplamış Sinan Oğanın tərəfdarlarının böyük əksəriyyətinin məhz R.T.Ərdoğana verəcəkləri səsləri həlledici olacaq.

Muarrəm İncənin namizədliyini geri götürməsindən sonra Kılıçdaroğlu-Ərdoğan cütlüyü ilə mübarizəni sona qədər davam etdirən Sinan Oğanın ötən gün seçkinin həlledici nəticələrinin müəyyən qədər məlum olmasından sonra etdiyi açıqlamaların ünvanı bəlli idi. S. Oğan açıq şəkildə FETÖ, PKK və Hizbullah terror təşkilatına qarşı mübarizə aparmaqdan yana olduğunu açıq bəyan etdi.

O, eyni zamanda əlavə etdi ki, "Terror təşkilatları və onun siyasi uzantılarının TBMM-yə daşınmasına qarşıyıq, bizimlə anlaşmaq istəyən terrorla, onun siyasi uzantıları ilə arasında məsafə qoymaq məcburiyyətindədir, bunu etməyən müzakirəyə gəlməsin". Buradan belə nəticə çıxarmaq olar ki, PKK-nın siyasi uzantısı olan HDP (hazırda Yaşıl Sol) ilə yaxınlığı bəlli olan, o cümlədən, FETÖ ilə müəyyən bağlantılarına dair məlumatların dolaşdığı "Altılı masa"nın tək lideri Kılıçdaroğlunun ikinci turda şansı olduqca aşağıdır. Türk xalqı bütün bunları bilərəkdən özünü oda atmayacaq.

Burada digər bir məqam isə ondan ibarətdir ki, Sinan Oğanın millətçi olduğu hər kəsə bəllidir. Buna görə də, özünün də bəyan etdiyi kimi, "Türkiyənin böhrana düşməməsi üçün" hazırki iqtidarla anlaşa bilər. Bütün bu proseslərin gedişartı isə parlamenti qazanan Rəcəb Tayyib Ərdoğanın II turda istədiyinə nail olacağından xəbər verir.

Bu isə beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini puça çıxardı. Beləcə, 21 illik Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyəcəmiyyətinin etimadının göstəricisidir. İndidən demək olar ki, türk xalqı öz siyasi liderinə növbəti dəfə etimad göstərdi və seçkilərin ikinci turunda Ərdoğanın parlaq qələbəsi qaçılmaz olacaq. Çünkü seçki ikinci tura qalasa belə, Cümhur ittifaqının parlamentdə üstünlüyü yenidən qazanması seçkini qazanması anlamına gəlir.

Məhz bu üstünlükdən, qələbəyə bərabər nəticədən dolayı dünyanın siyasi liderləri arasında ilk olaraq türkiyəli həmkarını və Cumhur İttifaqını Prezident İlham Əliyev təbrik etdi. Dövlət başçısının bu addımı bir daha iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin növbəti təzahürüdür.

Türkiyə böyük dövlətdir. Dünənki seçkilər, seçicilərin məsuliyyəti bunu sübut elədi. Belə demək mümkünsə, Ərdoğanın reallığının Kılıçdaroğlunun "viranlığı" ilə nəticələnməsinə sayılı günlər qaldı.

Təhməz Əsədov

TREND

"Azərbaycan İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən ölkədir" like
  • 15 May 14:58  
Siyasət "Azərbaycan İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən ölkədir"

Sizin (Prezident İlham Əliyev - red.) kimi böyük dünya lideri ilə görüş

arrow Ətraflı
Erotik film ulduzu millət vəkili oldu  FOTO like
  • 15 May 14:54  
Digərləri Erotik film ulduzu millət vəkili oldu FOTO

Almaniyada bir dönəmə damğa vuran erotik film ulduzu Annina Semmelhek millə

arrow Ətraflı
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı like
  • 15 May 14:48  
Digərləri Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə mayı

arrow Ətraflı
Prezident: Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyib like
  • 15 May 14:46  
Siyasət Prezident: Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyib

Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyib.

arrow Ətraflı
İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib like
  • 15 May 14:43  
Siyasət İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
13 yaşlı qardaşı qızını qaçıran əmiyə hökm oxundu like
  • 15 May 14:42  
Digərləri 13 yaşlı qardaşı qızını qaçıran əmiyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurl

arrow Ətraflı
Prezident: Azərbaycanın ərəb ölkələri ilə münasibətləri uğurla və hərtərəfli inkişaf edir like
  • 15 May 14:40  
Siyasət Prezident: Azərbaycanın ərəb ölkələri ilə münasibətləri uğurla və hərtərəfli inkişaf edir

Ulu Öndər Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişaf�

arrow Ətraflı
Bakıda əməliyyat: 92 nəfər saxlanılıb like
  • 15 May 14:31  
Kriminal Bakıda əməliyyat: 92 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əmək

arrow Ətraflı
Məşhur aktyor vəfat etdi like
  • 15 May 14:20  
Digərləri Məşhur aktyor vəfat etdi

Məşhur sovet aktyoru Vladimir Kuznetsov 79 yaşında vəfat edib.

arrow Ətraflı
BakıAnkara təyyarəsi Tbilisi hava limanına məcburi eniş edib like
  • 15 May 14:13  
Digərləri BakıAnkara təyyarəsi Tbilisi hava limanına məcburi eniş edib

AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2

arrow Ətraflı
Bakıda ağaclar kəsildi: Nazirlik hərəkətə keçdi like
  • 15 May 14:09  
Digərləri Bakıda ağaclar kəsildi: Nazirlik hərəkətə keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda ağacların kəsilm

arrow Ətraflı
İranda silahlı qarşıdurma: Üç SEPAH zabiti öldürüldü like
  • 15 May 13:58  
Digərləri İranda silahlı qarşıdurma: Üç SEPAH zabiti öldürüldü

İranın Sistan və Bəlucistan əyalətində İslam İnqilabı Keşikçiləri K

arrow Ətraflı
Aprel ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 22 milyonu ötüb like
  • 15 May 13:24  
Digərləri Aprel ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 22 milyonu ötüb

2023-cü ilin aprel ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına g�

arrow Ətraflı
Toliklə Nagehan arasında qalmaqal like
  • 15 May 13:20  
Şou-biznes Toliklə Nagehan arasında qalmaqal

Prodüser-aparıcı Tarix Əliyevlə (Tolik) bloger Nagehan Abdullayeva arasınd

arrow Ətraflı