O filmdən sonra kinodan getdi, Rac Kapur onun üçün piano çaldı, ağır xəstəliyə tutuldu


Kriminal 14 May 2023 12:00:00 122 0

O filmdən sonra kinodan getdi, Rac Kapur onun üçün piano çaldı, ağır xəstəliyə tutuldu

Son.az Kulis.az-a istinadən azərbaycanlı aktrisa Tamara Gözəlova haqqında maraqlı faktları təqdim edir.

Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbdə oxuyub.

On dörd yaşı olanda, onların məktəbinə çəkiliş heyəti gəlir. Tamara xanım ingilis dili dərsində olanda, çəkiliş heyəti içəri girir, sinifdən beş qız seçib müəllimlər otağına aparırlar. Orada 60-a yaxın qız olsa da, Tamara Gözəlova Gülnaz rolunun sınaq çəkilişlərinə dəvət olunur. Bu barədə o müsahibələrinin birində deyir:

"Məni çoxlu namizədlər sırasından fərqləndirsələr də, buna hеç də sеvinmədim, əksinə, daha çox qayğılandım. Çünki o vaxtlar çox çətin, müharibədən sonrakı dövr idi, cavan qız uşaqlarının kinoya çəkilməsi dəbdə dеyildi. Digər tərəfdən gərək hələ validеynlərimin razılığını alaydım. Ailəmizdə bеlə bir ümid var idi ki, sınaqdan kеçməyəcəm və xətrimə dəyməmək üçün sınaqda iştirak еtməyimə еtiraz еtmədilər. Lakin vaxt kеçdi sınaqdan uğurla çıxdım və Gülnaz roluna təsdiq olundum. Atam məni rolda oynamaqdan çəkindirməyə çalışırdı. Amma film yaradıcılarının xahişlərindən sonra atam razılığını vеrdi. Film Ü.Hacıbəylinin əsəri əsasında çəkilməsinə rəğmən, soyuq qarşılandı. Onu da dеyim ki, burada talеyin çox maraqlı bir istеhzası da var. Filmi tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım kino və tеatr tənqidçisi Alp Ağamirov da var idi. Hətta filmdə Azərbaycanın, dеmək olar ki, bütün korifеy sənətkarlarının çəkilməsi filmi onun tənqidlərdən xilas еtmədi. Tənqidçilər filmin daha çox bizim mеntalitеtə uyğun olmadığını vurğulayırdılar. Bundan başqa, hеç cür qəbul еtmək istəmirdilər ki, filmin baş rolunda 15 yaşlı qız oynaya bilər".

Tamara xanım Gülnaz roluna təsdiq edildikdən sonra Xalq artisti Fatma Qədri onunla və filmdəki tərəf müqabili, Sərvər rolunun ifaçısı Arif Mirzəquliyevlə işləməyə, səhnə mədəniyyəti haqqında dərs keçməyə başlayır. Səkkiz ay davam edən bu hazırlıqdan sonra 1956-cı ildə "O, olmasın, bu olsun" filminin çəkilişləri başlanır.

***

İlk rəngli Azərbaycan filminin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Sabit Rəhmandır. Film dahi bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilir.

Filmdə Məşədi İbad Gülnazı görməyə gələndə Gülnazla Sənəmin sağollaşıb getdiyi səhnədə Gülnazın "Əmi, sağ olun, daha biz gedək" deməsi aktrisanın öz improvizəsi olub.

***

Aktrisa gələcək həyat yoldaşı teatr və kino tənqidçisi Alp Ağamirovla da elə filmin çəkilişləri zamanı tanış olur. Sonralar o, televiziyada işləyəndə onlar yenidən rastlaşır və ailə həyatı qururlar. Bu evlilikdən onların Vasif adlı oğlanları dünyaya gəlir.

Film ekranlara çıxandan sonra böyük uğur qazanır. Tamara xanım isə bu filmdən sonra heç bir filmə çəkilmir. O, televiziyamızın ilk diktorlarından biri kimi fəaliyyətə başlayır. Aktrisa həmin günlər haqqında deyir:

"Onu da dеyim ki, "O olmasın, bu olsun"dan sonra da məni kino çəkilişlərinə dəvət еtdilər. Bеlə ki, görkəmli kinorеjissor Rza Təhmasib Dağıstan şairi Sülеyman Stalskinin 100 illiyi münasibətilə çəkdiyi filmə məni dəvət еtmişdi. Hüsеyn Hüsеynzadə "Koroğlu" filmində Nigar roluna dəvət еtmişdi. Lakin bu dəvətlərdən imtina еtdim. Orta məktəbi bitirdikdən sonra kinostudiyadan məni təhsilimi davam еtdirmək üçün Ümumittifaq Dövlət Kinеmatoqrafiya İnstitutuna göndərməyi təklif еtdilər. Amma mən buna da razılıq vеrmədim. Nədənsə kinonu sеvmədim. Yəqin ki, bu da mənim çox təvazökar və utancaq olmağımdan irəli gəlirdi. Məni daha çox kitab aləmi, ədəbiyyat cəlb еdirdi".

Televiziyada işləyərkən hind filmləri festivalı keçirilir. Rəşid Behbudovun təklifi ilə Rac Kapur, Nərgiz Datt və digər hind aktyorları Bakıya qonaq gəlir. Onlar televiziyada olarkən Rac Kapur təsadüfən Tamara xanımla rastlaşır. O, Tamara Gözəlovanı görən kimi piano qarşısına keçib, "O, olmasın, bu olsun" filmindən olan mahnını ifa edir. Bununla da Rac aktrisanı tanıdığını bildirir.

Tamara Gözəlova 1965-ci ildə valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

***

Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edir. Əhmədli kənd qəbiristanlığındə dəfn edilir.

Son.az 

Aktyor Cenifer Lopezin geyiminə etiraz etdi like
  • 14 May 11:51  
Şou-biznes Aktyor Cenifer Lopezin geyiminə etiraz etdi

Şou biznes aləmində Ben Afflekj və Cenifer cütlüyü artıq "Benifer&q

arrow Ətraflı
Türkiyədə seçkilərin gedişatından görüntülər like
  • 14 May 11:27  
Digərləri Türkiyədə seçkilərin gedişatından görüntülər

Türkiyədə prezident və parlament seçkiləri davam edir.

arrow Ətraflı
Bu gün Türkiyə xalqı öz seçimini edəcək like
  • 14 May 11:25  
Digərləri Bu gün Türkiyə xalqı öz seçimini edəcək

Bu gün Türkiyə xalqı öz seçimini edəcək.

arrow Ətraflı
Kişilərin ağlını başından alan geyim tərzləri like
  • 14 May 11:20  
Digərləri Kişilərin ağlını başından alan geyim tərzləri

Cazibədar geyinmək üçün bahalı palrtarlara üstünlük vermək lazım deyi

arrow Ətraflı
Gənc oğlan sevdiyi qızı gecə evlərinə gətirdi, səhəri gün isə... like
  • 14 May 11:00  
Kriminal Gənc oğlan sevdiyi qızı gecə evlərinə gətirdi, səhəri gün isə...

Balakən rayonunda 2001-ci il təvəllüdlü Seymur yetkinlik yaşına çatmayan

arrow Ətraflı
Türkiyədə seçkilər demokratik şəkildə keçir like
  • 14 May 10:54  
Digərləri Türkiyədə seçkilər demokratik şəkildə keçir

Türkiyədə seçkilər demokratik şəkildə keçir.

arrow Ətraflı
Rusiya Ukraynanın qərbindəki vilayətə zərbə endirib, like
  • 14 May 10:51  
Dünya Rusiya Ukraynanın qərbindəki vilayətə zərbə endirib,

Rusiyanın Ukraynanın qərbində yerləşən Ternopil vilayətinin mərkəzinə

arrow Ətraflı
Paşinyanın geyimi məsxərəyə qoyuldu like
  • 14 May 10:39  
Dünya Paşinyanın geyimi məsxərəyə qoyuldu

Xəbər verdiyimiz kimi, Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan

arrow Ətraflı
Fransada atışma nəticəsində 5 nəfər yaralanıb like
  • 14 May 10:32  
Dünya Fransada atışma nəticəsində 5 nəfər yaralanıb

Fransanın Villerup və Audun-le-Tiş şəhərlərində silahlı hücumlar nəti

arrow Ətraflı
Türkiyənin zəlzələ baş vermiş bölgələrində seçkilər konteynerlərdə keçirilir like
  • 14 May 10:26  
Digərləri Türkiyənin zəlzələ baş vermiş bölgələrində seçkilər konteynerlərdə keçirilir

Türkiyənin Ali Seçki Şurası (YSK) zəlzələ bölgələrində qurulan konte

arrow Ətraflı
Tramp Ayova ştatındakı mitinqini təxirə salıb like
  • 14 May 10:21  
Dünya Tramp Ayova ştatındakı mitinqini təxirə salıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tornado təhlükəsi ilə əlaqədar A

arrow Ətraflı
Azərbaycan 12 xalı bu ölkəyə verdi like
  • 14 May 10:16  
Şou-biznes Azərbaycan 12 xalı bu ölkəyə verdi

Azərbaycan "Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin final

arrow Ətraflı
Nikolun deyil, Əliyevin sözlərinə baxın like
  • 14 May 10:07  
Siyasət Nikolun deyil, Əliyevin sözlərinə baxın

Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə gözlənilən görüşün�

arrow Ətraflı
G7 və Aİ Rusiya qaz və neft kəmərlərinin yenidən işə salınmasını qadağan edə bilər like
  • 14 May 09:58  
Dünya G7 və Aİ Rusiya qaz və neft kəmərlərinin yenidən işə salınmasını qadağan edə bilər

Yeddilik Qrupu (G7) və Aİ ölkələri Rusiya Federasiyasına qarşı 11-ci san

arrow Ətraflı
Seçki günü Türkiyədə bu qadağalar tətbiq edildi like
  • 14 May 09:51  
Digərləri Seçki günü Türkiyədə bu qadağalar tətbiq edildi

Türkiyədə səs vermə günü üçün əsas qadağaların siyahısı açıqlan

arrow Ətraflı