Gənc oğlan sevdiyi qızı gecə evlərinə gətirdi, səhəri gün isə...


Kriminal 14 May 2023 11:00:00 164 0

Gənc oğlan sevdiyi qızı gecə evlərinə gətirdi, səhəri gün isə...

Balakən rayonunda 2001-ci il təvəllüdlü Seymur yetkinlik yaşına çatmayan sevdiyi qız - Səlimə (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Seymur 2022-ci il iyul ayının əvvəllərində tanış olduğu Səlimə ilə həmin il iyulun 12-də gecə saat 1 radələrində yaşadığı kəndin ərazisində yerləşən evinin yataq otağında onun razılığı əsasında cinsi əlaqəyə girib. O, Səlimənin qızlıq bəkarətini pozub.

İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Sevgi hislərimiz yarandı"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Balakən rayonunun kəndində anası Fəridə ilə birlikdə yaşayır: "2022-ci ilin iyul ayının əvvəllərində anamın tanışı olan Bahar qızı Səlimə ilə bizə qonaq gəldilər. Səlimə ilə münasibətim həmin vaxt yarandı. Söhbət əsnasında ondan xoşlandım. Səliməylə sevgi hislərimiz yarandı".

Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə gün sonra Səlimə anası Fəridədən onun telefon nömrəsini istəyib: "Anamın telefonunda mesaj gördüyüm üçün cavabını da özüm yazaraq telefon nömrəmi Səliməyə göndərdim. Bundan sonra onunla bir dəfə telefon əlaqəsi saxladım".

"Rəsmi nikah bağlayacağımızı bildirdim"

Seymurun sözlərinə görə, iyulun 11-də Səlimə anası Baharla yenidən onların evinə qonaq gəlib: "Təxminən günorta saatlarında isə geriyə yaşadığı evə qayıtdılar. Həmin gün axşam saatlarında Səlimə ilə telefonda danışanda ona evlənmək məqsədilə qaçırmaq istədiyimi bildirdim. Səlimə ilk öncə ciddi olmadığımı düşündü. Mən isə Səliməyə ciddi olduğumu, buna görə evlənmək məqsədilə yaşadığım evə aparmaq istədiyimi bildirdim.

Həmin zaman Səlimə anasının əsəbiləşəcəyini, bunun üçün də mənimlə gəlməyə qorxduğunu bildirdi. Mən də Səliməyə anası yatandan sonra xəbər etməyi tapşırdım, gəlib onu yaşadığım evə aparacağımı bildirdim. Səlimə mənimlə razılaşdı və o da mənimlə evlənmək istədiyini bildirdi. Səliməyə yaşı az olduğu üçun qeyri-rəsmi ailə olacağımızı, sonradan isə rəsmi nikah bağlayacağımızı söylədim".

"Anam qonaq gəldiyini düşündü"

Təqsirləndirilən şəxs deyib ki, saat təxminən 23 radələrində Səlimənin yaşadığı evə gedib: "Evə çatdım və onu çağırdım. Səlimə də həyətə gəldi, əlimdən tutaraq mənimlə birlikdə piyada yaşadığım evə getdik. Evdə olduğumuz zaman anam Səliməyə həmin gecə evimizdə qonaq qalmağı təklif elədi, səhəri gün isə anasına xəbər edəcəyini, anasının onu gəlib aparacağını dedi. Çünki anam Səlimənin yaşadığımız evə qonaq gəldiyini düşündü. Mən isə buna razı olmadım. Çünki Səliməni evlənmək məqsədilə qaçıraraq yaşadığımız evə gətirdiyimi bildirdim.

Daha sonra anam Səlimədən ailə qurmaq istəyib-istəmədiyini, həmçinin onu zorla qaçırıb-qaçırmadığımı soruşdu. Səlimə də öz istəyi ilə mənimlə gəldiyini, ailə qurmaq istədiyini bildirdi. Biz birlikdə bir müddət oturaraq söhbət etdik".

"Bir müddət keçməsini gözlədim"

Seymur deyib ki, iyulun 12-də gecə saat təxminən 1 radələrində Səlimənin öz razılığı ilə cinsi əlaqədə olublar və onun qızlıq bəkarəti pozulub: "Qan olan paltarı səhəri gün həyətdə zibil atılan yerdə yandırdım. Daha sonra Səlimənin anasının da bundan xəbəri oldu. O da bizim ailə qurmağımıza razı olduğunu bildirdi.

Bundan sonra isə Səlimə ilə cinsi əlaqədə olmamışam. Çünki Səlimənin yaşı az olduğu üçün bir müddət keçməsini gözlədim".

"Peşmanam"

Təqsirləndirilən şəxs bildirib ki, hazırda 21 yaşı var: "Səlimə ilə cinsi əlaqədə olan zaman onun 15 yaşının olduğunu bilmişəm. Çünki özü bunu mənə bildirmişdi. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ona hər hansı zor tətbiq etməmişəm. Səlimə öz razılığı ilə mənimlə cinsi əlaqədə olub.

Bir daha qeyd edirəm ki, Səlimə artıq mənim ailəmdir. Sadəcə olaraq yaşı az olduğu üçün nikah yaşına çatdıqdan sonra biz rəsmi olaraq evlənəcəyik. Törətdiyim əməlindən peşmanam".

Seymur deyib ki, vətən müharibəsində iştirak edib, üç medalla təltif olunub: "Mən müharibədə psixoloji travma almışam. Əsəblərim pozulub. Bir neçə aydır ki, Şəki rayon psixiatriya xəstəxanasında müalicə olunuram. Müalicəm başa çatmayıb. Mənə yüngül cəza təyin edilməsini xahiş edirəm".

Bu cinayət işinə Balakən rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 1 il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.

Son.az 

Türkiyədə seçkilər demokratik şəkildə keçir like
  • 14 May 10:54  
Digərləri Türkiyədə seçkilər demokratik şəkildə keçir

Türkiyədə seçkilər demokratik şəkildə keçir.

arrow Ətraflı
Rusiya Ukraynanın qərbindəki vilayətə zərbə endirib, like
  • 14 May 10:51  
Dünya Rusiya Ukraynanın qərbindəki vilayətə zərbə endirib,

Rusiyanın Ukraynanın qərbində yerləşən Ternopil vilayətinin mərkəzinə

arrow Ətraflı
Paşinyanın geyimi məsxərəyə qoyuldu like
  • 14 May 10:39  
Dünya Paşinyanın geyimi məsxərəyə qoyuldu

Xəbər verdiyimiz kimi, Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan

arrow Ətraflı
Fransada atışma nəticəsində 5 nəfər yaralanıb like
  • 14 May 10:32  
Dünya Fransada atışma nəticəsində 5 nəfər yaralanıb

Fransanın Villerup və Audun-le-Tiş şəhərlərində silahlı hücumlar nəti

arrow Ətraflı
Türkiyənin zəlzələ baş vermiş bölgələrində seçkilər konteynerlərdə keçirilir like
  • 14 May 10:26  
Digərləri Türkiyənin zəlzələ baş vermiş bölgələrində seçkilər konteynerlərdə keçirilir

Türkiyənin Ali Seçki Şurası (YSK) zəlzələ bölgələrində qurulan konte

arrow Ətraflı
Tramp Ayova ştatındakı mitinqini təxirə salıb like
  • 14 May 10:21  
Dünya Tramp Ayova ştatındakı mitinqini təxirə salıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tornado təhlükəsi ilə əlaqədar A

arrow Ətraflı
Azərbaycan 12 xalı bu ölkəyə verdi like
  • 14 May 10:16  
Şou-biznes Azərbaycan 12 xalı bu ölkəyə verdi

Azərbaycan "Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin final

arrow Ətraflı
Nikolun deyil, Əliyevin sözlərinə baxın like
  • 14 May 10:07  
Siyasət Nikolun deyil, Əliyevin sözlərinə baxın

Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə gözlənilən görüşün�

arrow Ətraflı
G7 və Aİ Rusiya qaz və neft kəmərlərinin yenidən işə salınmasını qadağan edə bilər like
  • 14 May 09:58  
Dünya G7 və Aİ Rusiya qaz və neft kəmərlərinin yenidən işə salınmasını qadağan edə bilər

Yeddilik Qrupu (G7) və Aİ ölkələri Rusiya Federasiyasına qarşı 11-ci san

arrow Ətraflı
Seçki günü Türkiyədə bu qadağalar tətbiq edildi like
  • 14 May 09:51  
Digərləri Seçki günü Türkiyədə bu qadağalar tətbiq edildi

Türkiyədə səs vermə günü üçün əsas qadağaların siyahısı açıqlan

arrow Ətraflı
İstanbulda 11 milyondan çox insan səsvermədə iştirak edəcək like
  • 14 May 09:46  
Digərləri İstanbulda 11 milyondan çox insan səsvermədə iştirak edəcək

Türkiyənin İstanbul şəhərində 11 milyon 350 min 636 nəfər səsvermədə

arrow Ətraflı
Bu gün 14 mindən çox şagird və məzun imtahan verir like
  • 14 May 09:42  
Digərləri Bu gün 14 mindən çox şagird və məzun imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyy

arrow Ətraflı
Sevgilisini zəlzələdə itirən gəncin müğənnidən təsirli xahişi like
  • 14 May 09:36  
Digərləri Sevgilisini zəlzələdə itirən gəncin müğənnidən təsirli xahişi

Türkiyədə Oğuzhan Uğurun Babala TV-də yayımlanan verilişində qonaqlarda

arrow Ətraflı
Ankarada 4 milyondan çox insan səsvermədə iştirak edəcək like
  • 14 May 09:28  
Digərləri Ankarada 4 milyondan çox insan səsvermədə iştirak edəcək

Türkiyənin Ankara şəhərində 4 milyondan çox insan səsvermədə iştirak

arrow Ətraflı
Bakıda bu ərazidə bina söküləcək  Sakinlər 1000 manat kompensasiyadan narazıdırlar like
  • 14 May 09:21  
Digərləri Bakıda bu ərazidə bina söküləcək Sakinlər 1000 manat kompensasiyadan narazıdırlar

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşə

arrow Ətraflı