Bu gün 14 mindən çox şagird və məzun imtahan verir


Digərləri 14 May 2023 09:42:00 176 0

Bu gün 14 mindən çox şagird və məzun imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir.

DİM-dən Son.az-a bildirilib ki, 15 şəhər və rayonda təşkil olunan imtahanlarda 14 min 328 nəfərin iştirakı nəzərdə tutulur.

Həmçinin mayın 14-də:

- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

- aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan verənlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bugünkü imtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Ümumilikdə imtahanların idarə olunmasına 56 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1340 nəzarətçi-müəllim, 157 buraxılış rejimi əməkdaşı və 56 bina nümayəndəsi cəlb edilib.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil olunur.

Sevgilisini zəlzələdə itirən gəncin müğənnidən təsirli xahişi like
  • 14 May 09:36  
Digərləri Sevgilisini zəlzələdə itirən gəncin müğənnidən təsirli xahişi

Türkiyədə Oğuzhan Uğurun Babala TV-də yayımlanan verilişində qonaqlarda

arrow Ətraflı
Ankarada 4 milyondan çox insan səsvermədə iştirak edəcək like
  • 14 May 09:28  
Digərləri Ankarada 4 milyondan çox insan səsvermədə iştirak edəcək

Türkiyənin Ankara şəhərində 4 milyondan çox insan səsvermədə iştirak

arrow Ətraflı
Bakıda bu ərazidə bina söküləcək  Sakinlər 1000 manat kompensasiyadan narazıdırlar like
  • 14 May 09:21  
Digərləri Bakıda bu ərazidə bina söküləcək Sakinlər 1000 manat kompensasiyadan narazıdırlar

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşə

arrow Ətraflı
“Avroviziya”nın qalibi o oldu like
  • 14 May 09:14  
Şou-biznes “Avroviziya”nın qalibi o oldu

"Avroviziya 2023" mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

arrow Ətraflı
Şəhidin xanımını qaynı niyə öldürüb? like
  • 14 May 09:07  
Kriminal Şəhidin xanımını qaynı niyə öldürüb?

Xəbər verdiyimiz kimi, Xızıda şəhidin xanımı öz qaynı tərəfindən q�

arrow Ətraflı
Türkiyədə prezident və parlament seçkilərinə səsvermə başladı like
  • 14 May 09:02  
Siyasət Türkiyədə prezident və parlament seçkilərinə səsvermə başladı

Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri keçirilir.

arrow Ətraflı
Qolunda minlərlə arı daşıyır, heç bir arı uçmur  VİDEO like
  • 14 May 06:06  
Digərləri Qolunda minlərlə arı daşıyır, heç bir arı uçmur VİDEO

Qanada yaşayan bu gənc qolunda arı pətəyini daşıyır, amma arılar uçmur

arrow Ətraflı
“Elektron adam”  Stalindən təhdid, Xruşovdan etinasızlıq, Brejnevdən təltif görən nazir like
  • 14 May 05:05  
Dünya “Elektron adam” Stalindən təhdid, Xruşovdan etinasızlıq, Brejnevdən təltif görən nazir

Siyasi müstəvidə şok effekti təkcə gözlənilməz bəyanatlar, sərt etira

arrow Ətraflı
Kendall Cenner sevgilisi ilə görüntüləndi  Çəkmələri ilə diqqət çəkdi  FOTO like
  • 14 May 04:04  
Şou-biznes Kendall Cenner sevgilisi ilə görüntüləndi Çəkmələri ilə diqqət çəkdi FOTO

Kendall Cenner və yeni sevgilisi Bəd Banni yenidən birlikdə görüntülənib

arrow Ətraflı
İnsan əti necə dadır?  Alimlər cavab verir like
  • 14 May 03:03  
Dünya İnsan əti necə dadır? Alimlər cavab verir

2014-cüildə BBC-nin əməkdaşı, jurnalsit Qreq Fut insan ətinin necə dadd

arrow Ətraflı
"Vannaya girməyi unutmuşam, ona görə 1 ci oldu" like
  • 14 May 02:02  
Şou-biznes "Vannaya girməyi unutmuşam, ona görə 1 ci oldu"

Türkiyəli müğənni Sinan Akçıl keçmiş sevgilisi Hadisəyə atmaca atıb.

arrow Ətraflı
Bir stəkan pivə içdi, komaya düşdü like
  • 14 May 01:01  
Digərləri Bir stəkan pivə içdi, komaya düşdü

Rusiya paytaxtı Moskvanın Marino bölgəsinin 41 yaşlı sakini bir stəkan pi

arrow Ətraflı
Günün qoroskopu: Səfər üçün pis gün deyil like
  • 14 May 00:01  
Digərləri Günün qoroskopu: Səfər üçün pis gün deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qeyrisabit, yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək like
  • 13 May 23:30  
Digərləri Qeyrisabit, yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli

arrow Ətraflı