Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi


Kriminal 13 May 2023 16:06:00 185 0

Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

Bununla bağlı mədəniyyət naziri müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının rəhbərliyinə gətirilən Mehriban Ələkbərzadə 1965-ci il avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və 17 saylı orta məktəbi bitirib.

Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.

İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessi Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.

1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib.

1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.

O, "Azdrama"da "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir qətlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb.

2003-cü ildə Naxçıvan MR-in "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-22-ci illərdə Azərbaycan Dövlət "Yuğ" teatrının baş rejissor kimi fəaliyyət göstərib.

2022-ci ildən 2023-cü ilin may ayına kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.

O, müxtəlif Prezident mükafatlarına layiq görülüb.

"İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar" like
  • 13 May 16:00  
Şou-biznes "İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar"

"Bəzən mənə yaxınlarım deyirlər ki, "sən qarışma, danışma&

arrow Ətraflı
Ukrayna çempionu döyüşlərdə həlak oldu  FOTO like
  • 13 May 15:48  
Digərləri Ukrayna çempionu döyüşlərdə həlak oldu FOTO

Baxmut uğrunda döyüşlərdə xokkey üzrə Ukrayna çempionu Aleksandr Xmel h

arrow Ətraflı
Quru Qoşunları komandanı türkiyəli nümayəndə heyəti ilə görüşdü  FOTO like
  • 13 May 15:38  
Digərləri Quru Qoşunları komandanı türkiyəli nümayəndə heyəti ilə görüşdü FOTO

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ə

arrow Ətraflı
"Sənətdə qadın, kişi yoxdur" like
  • 13 May 15:24  
Şou-biznes "Sənətdə qadın, kişi yoxdur"

Tanınmış müğənni Tacir Şahmalıoğlunun "xanımlar zəngulə vurmama

arrow Ətraflı
Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil ediləcək like
  • 13 May 15:22  
Kriminal Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil ediləcək

May ayının 22-də  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Fi

arrow Ətraflı
"Heydər Əliyev İrsi" Festivalı çərçivəsində heykəltəraşların vorkşopu keçiriləcək like
  • 13 May 14:54  
Digərləri "Heydər Əliyev İrsi" Festivalı çərçivəsində heykəltəraşların vorkşopu keçiriləcək

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə

arrow Ətraflı
Rusiyada Mi8 helikopteri qəzaya düşdü like
  • 13 May 14:52  
Digərləri Rusiyada Mi8 helikopteri qəzaya düşdü

Rusiyanın Bryansk vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb.

arrow Ətraflı
Daşkəsəndə biabırçı olay  "100 qram içəndən sonra qonşunun qızını hamamda..." like
  • 13 May 14:50  
Kriminal Daşkəsəndə biabırçı olay "100 qram içəndən sonra qonşunun qızını hamamda..."

Daşkəsən rayonunda 1986-cı il təvəllüdlü Eldar həmyerlisi Aytaca (adlar

arrow Ətraflı
Aynur Dadaşova bunu ilk dəfə etdi  FOTOSESSİYA like
  • 13 May 14:48  
Şou-biznes Aynur Dadaşova bunu ilk dəfə etdi FOTOSESSİYA

Müğənni Aynur Dadaşova yeni fotosessiyasını təqdim edib.

arrow Ətraflı
Türkiyə tarixi sınaq qarşısında  Qərb qalib gələcək, like
  • 13 May 14:26  
Siyasət Türkiyə tarixi sınaq qarşısında Qərb qalib gələcək,

Türkiyə bu gün tarixinin ən güclü, ən qüdrətli Türkiyəsi halına gəl

arrow Ətraflı
Eduard Saqalayev vəfat edib like
  • 13 May 14:24  
Digərləri Eduard Saqalayev vəfat edib

Rusiya Milli Televiziya və Radio Yayımları Assosiasiyasının prezidenti Edua

arrow Ətraflı