Şəhid olanların kimliyi açıqlandı


Digərləri 11 Apr 2023 20:25:00 224 0

Şəhid olanların kimliyi açıqlandı

Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin!

Elnur “Avroviziya” münsiflər heyətini ittiham etdi  VİDEO like
  • 11 Apr 20:12  
Şou-biznes Elnur “Avroviziya” münsiflər heyətini ittiham etdi VİDEO

"Azərbaycan təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları çox

arrow Ətraflı
Bu gün düşmənə ağır zərbə vuruldu: ermənilərin itkiləri çoxdur like
  • 11 Apr 20:10  
Siyasət Bu gün düşmənə ağır zərbə vuruldu: ermənilərin itkiləri çoxdur

Avropa İttifaqının "monitorinq missiyası"nın olduğu bölgədə E

arrow Ətraflı
“Deputat ola bilməsəm də prezidentimin yanında həmişə yerim var” like
  • 11 Apr 19:48  
Digərləri “Deputat ola bilməsəm də prezidentimin yanında həmişə yerim var”

Türkiyədə Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olmaq �

arrow Ətraflı
Ombudsman Ermənistanın növbəti təxribat cəhdi ilə bağlı çağırış edib like
  • 11 Apr 19:28  
Siyasət Ombudsman Ermənistanın növbəti təxribat cəhdi ilə bağlı çağırış edib

"2023-cü il, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin böl

arrow Ətraflı
48 yaşlı aktrisanın mini ətəkdəki FOTOsu gündəm oldu like
  • 11 Apr 19:24  
Şou-biznes 48 yaşlı aktrisanın mini ətəkdəki FOTOsu gündəm oldu

Sosial şəbəkələrdəki paylaşımları ilə diqqət çəkən "Çocuklar

arrow Ətraflı
İçərişəhərdə küçəyə Vətən müharibəsi şəhidinin adı verildi  FOTO like
  • 11 Apr 19:18  
Digərləri İçərişəhərdə küçəyə Vətən müharibəsi şəhidinin adı verildi FOTO

Bu gün İçərişəhərdə Vətən müharibəsi şəhidi Fərid Əliyevin adın

arrow Ətraflı
XİNdən erməni təxribatına like
  • 11 Apr 18:26  
Siyasət XİNdən erməni təxribatına

Törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üz�

arrow Ətraflı
Məşhəd ziyarətinə Azərbaycandan gediş dayandırılıb?  Açıqlandı like
  • 11 Apr 18:18  
Digərləri Məşhəd ziyarətinə Azərbaycandan gediş dayandırılıb? Açıqlandı

Son vaxtlar Azərbaycanla İran arasında yaşanan gərginlik müxtəlif məsəl

arrow Ətraflı
Gülayın malqara biznesi var imiş  Dedim ki, bir az qoyun, inək alım like
  • 11 Apr 18:12  
Şou-biznes Gülayın malqara biznesi var imiş Dedim ki, bir az qoyun, inək alım

Müğənni Gülay Zeynallının bacısı ilə birlikdə biznes qurmaq arzusu yar

arrow Ətraflı
Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində like
  • 11 Apr 18:06  
Kriminal Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində

"Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində" adlı kons

arrow Ətraflı