"Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib FOTO


Siyasət 06 Apr 2023 11:19:00 258 0

"Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib  FOTO

Bu gün Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib.

Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu bildirib: "Ulu öndər Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib. Heydər Əliyev veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi, milli maraqlar kontekstində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə mütəmadi addımlar atırdı. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, zəngin və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli mənəvi dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər. Bu baxımdan Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə, təşkilatlanmağına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar hərəkatının formalaşması Ulu öndərin adı ilə bağlıdır.

Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummilli lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaqdır".

Daha sonra çıxış edən Cəlil Xəlilov Ulu öndərin sayəsində veteranlara dövlət qayğısının yüksək səviyyəyə çatdığını vurğulayıb: "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərindən danışarkən onun ölkədə veteran hərəkatının inkişafına göstərdiyi böyük dəstək də yada düşür. Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olub. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılıb.

Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Bunun son təzahürləri kimi Respublika Veteranlar Təşkilatına ayrılan müasir standartlara tam cavab verən inzibati binanı, 1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını və nəhayət veteranlara dövlət qayğısının artırılmasını qeyd etmək olar.

Veteranlar bu münasibəti yüksək qiymətləndirir, göstərilən qayğı və diqqəti minnətdarlıqla qeyd edirlər".

Konfransda Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, dövlət və QHT təmsilçiləri, veteranlar və gənclər iştirak edib.

Son.az 

Generalın polis qardaşı vəfat etdi like
  • 06 Apr 10:52  
Digərləri Generalın polis qardaşı vəfat etdi

Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, son olaraq Xətai Ray

arrow Ətraflı
“Guya bilmirsiniz Aygün, Röya əvvəllər hansı oyunlardan çıxıb?” like
  • 06 Apr 10:22  
Şou-biznes “Guya bilmirsiniz Aygün, Röya əvvəllər hansı oyunlardan çıxıb?”

"Həyatda düz adam olmağı bacarmaq lazımdır, fərq eləmir hansı peş

arrow Ətraflı
"Narınc” Psixologiya Mərkəzinin fəaliyyəti dayandırıldı like
  • 06 Apr 10:12  
Digərləri "Narınc” Psixologiya Mərkəzinin fəaliyyəti dayandırıldı

Bakıda fəaliyyət göstərən "Narınc" Psixologiya Mərkəzinin fə

arrow Ətraflı
Azərbaycanlı musiqiçinin 3 yaşlı oğlu və anası qəzada öldü like
  • 06 Apr 09:55  
Digərləri Azərbaycanlı musiqiçinin 3 yaşlı oğlu və anası qəzada öldü

Ötən gün Bakı-Salyan yolundakı dəhşətli qəzada ölənlərin sayı 4 nə

arrow Ətraflı
Fazil Mustafa DTXnin Hospitalında müalicə alır like
  • 06 Apr 09:52  
Digərləri Fazil Mustafa DTXnin Hospitalında müalicə alır

Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Musta

arrow Ətraflı
Bakıda “Bizim həyət” layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib like
  • 06 Apr 09:48  
Siyasət Bakıda “Bizim həyət” layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
“Kərimə” dövləti qurmaq istəyənlərin planları ifşa oldu like
  • 06 Apr 09:28  
Kriminal “Kərimə” dövləti qurmaq istəyənlərin planları ifşa oldu

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror

arrow Ətraflı
Bakı, Sumqayıt və Abşeronda mart ayı üzrə pensiyalar like
  • 06 Apr 09:24  
Digərləri Bakı, Sumqayıt və Abşeronda mart ayı üzrə pensiyalar

Aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üz

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb like
  • 06 Apr 09:21  
Digərləri Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi

arrow Ətraflı
Məhkəmə Səbinə Kətanova ilə bağlı qərar çıxardı like
  • 06 Apr 09:14  
Şou-biznes Məhkəmə Səbinə Kətanova ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən

arrow Ətraflı
Uşaq bağçasına hücum: 4 azyaşlı həlak oldu like
  • 06 Apr 09:07  
Dünya Uşaq bağçasına hücum: 4 azyaşlı həlak oldu

Çərşənbə günü Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu n�

arrow Ətraflı
Bu yollarda tıxac var like
  • 06 Apr 08:54  
Digərləri Bu yollarda tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.

arrow Ətraflı
Ukraynaya F16lar göndəriləcəkmi? like
  • 06 Apr 08:49  
Dünya Ukraynaya F16lar göndəriləcəkmi?

Ukrayna ilə Rusiya arasında danışıqlar yalnız rəsmi Kiyevin şərtləri i

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya 116 gündür davam edir  FOTO like
  • 06 Apr 08:35  
Digərləri LaçınXankəndi yolundakı aksiya 116 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Bakıda kişi 20 yaşlı hamilə arvadına like
  • 06 Apr 08:27  
Kriminal Bakıda kişi 20 yaşlı hamilə arvadına

Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.

arrow Ətraflı