Hansı ürəkdamar xəstələrinə oruc tutmaq tövsiyə olunmur?
Digərləri 26 Mar 2023 13:00:00 128 0
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.
Son.az institutun feysbuk səhifəsinə istinadən xəbər verir ki, müraciətdə həmin xəstələrin oruc tutmaqla əlaqədar olaraq kardioloqla məsləhətləşməsi, oruc tutulmasına icazə verildiyi halda isə dərmanları hansı qaydada qəbul edəcəklərini bilmələrinin vacibliyi qeyd olunub.
Müraciətdə, həmçinin hansı ürək-damar xəstələrinin oruc tutmasının tövsiyə olunmadığı da əksini tapıb. Həmin xəstələr aşağıdakılardır:
Sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar;
İnkişaf etmiş ürək çatışmazlığı olan xəstələr;
Xüsusilə, yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir.
Son 6 ayda infarkt keçirənlər;
Ürək xəstəliyi səbəbi ilə sinə ağrısı olanlar;
Son 6 ayda balon, stent və ya bypass əməliyyatı keçirənlər;
Nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr;
Rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar.
Şirkət və qurumların adına açılan saxta veb-saytları müəyyənləşdirm

Almaniyanın Hamburq şəhərində gecə saatlarında baş verən atışmada iki

Rusiya prezidenti Vladimir Putin ölkəsinin qonşu Belarusla taktiki nüvə sil

Azərbaycanın Qarabağ bölgəsində vəziyyət və onunla bağlı məsələni

Aparıcı-aktyor İlkin Həsəni sosial şəbəkədə atasıyla bağlı paylaş

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki həftə �

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Baydenin dövründə �

Honduras Tayvanla diplomatik əlaqələri kəsdikdən sonra Çin Xalq Respublika

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiy�

Rusiya Prezidenti Vladimir Putin tez-tez Kremldəki mənzilində gecələdiyini

Aktyor Kolin Farrel 5 il münasibətdə olduğu sevgilisi Kelli Maknamaradan ayr
